General information
- Subject code
- İFS-3495y
- Credits
- 6
- Student workload
- 180
- Semester
- Autumn semester
- Academic year
- —
- Subject type
- Elective
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 45 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
- Out-of-class hours
- a) 75 saat - TSİ b) 30 saat - MRTSİ
About the subject
“yükqaldıran maşın və qurğular” fənni sənayenin bütün sahələrində yükvurma-yükboşaltma, nəqliyyat və anbar işlərinin mexanikləşdirilməsini və avtomatlaşdırılmasını təmin etmək üçün yeni yüksək keyfiyyətli yükqaldıran maşın və qurğuların layihələndirilməsini, mövcud maşınların əsaslı sürətdə modernizə olunmasının, yeni kinematik sxemlərdən, daha mütərəqqi hesablama üsullarından, həmçinin maşınqayırmanın yeni proqressiv texnologiyasından istifadə etməklə yükqaldıran maşın və qurğuların metal tutumunu xeyli azaldıb eyni zamanda onun yükqaldırma qabiliyyətinin artırılmasının, avtomatik, yarımavtomatik və uzaqdan idarə olunan mexanizmlərin, xüsusi yüktutucu və digər qaldırıcı aqreqatların sürətlərinin geniş diapazonda nizamlanması hesabına müxtəlif növ avadanlıqların məhsuldarlığının artırılmasının əsaslarını öyrənir.
Teaching methods
- lecture
- laboratory work
- interactive discussion
- seminar
- presentations
Course learning outcomes (CLO)
CLO 1: Ftn 1. sənaye müəssisələrində istifadə olunan yükqaldıran maşın və qurğuların növlərini, təyinatını və iş prinsipini izah edir.
CLO 2: Ftn 2. yükqaldıran maşın və qurğuların əsas mexaniki elementlərinin, düyün və detallarının hesablanmasının nəzəri əsaslarını izah edir.
CLO 3: Ftn 3. yükqaldıran maşın və qurğuların yükqaldırma qabiliyyətini, möhkəmliyini və dayanıqlığını nəzərə alaraq əsas parametrlərini hesablamağı bacarır.
CLO 4: Ftn 4. yükqaldıran maşın və qurğuların layihələndirilməsi və konstruksiya edilməsi üçün müasir metodları tətbiq edir, onların səmərəliliyini və texniki göstəricilərini qiymətləndirir.
CLO 5: Ftn 5. yükqaldıran maşın və qurğuların layihələndirilməsində normativ-texniki sənədlərdən istifadə edir, müasir texnologiyaların tətbiqi imkanlarını təhlil edir.
Topic plan
- 1.Yükqaldıran maşınlar və qurğular haqqında ümumi məlumat. giriş. yükqaldıran maşınlar və qurğular haqqında ümumi məlumat. yükqaldıran maşınların əsas parametrləri.Lecture
- 2.Yükqaldıran maşınların çevik element-ləri. yükqaldıran maşınların yüktutucu tərtibatları. yükqaldıran maşınların çevik elementləri. kanatlar və zəncirlər. yükqaldıran maşınların barabanları, blokları və ulduzcuqları.Lecture
- 3.Baraban düyümü detallarının hesablanmasına aid məsələ həlli.Seminar
- 4.Yükqaldıran maşınların baraban düyümlərinin öyrənilməsi. barabanların əsas ölçülərinin təyiniLaboratory
- 5.Polispastlar. birqat və ikiqat polispastlar. ümümi məlumat, konstruksiyaları və hesablanmasıLecture
- 6.Verilmiş yükqaldırma qabiliyyətinə və polispastın məlum sxeminə əsasən kanatın hesabı və seçilməsinə aid məsələ həlliSeminar
- 7.Yükqaldıran maşınların yüktutucu tərtibatları. qarmaqlar və ilgəklər. qarmaq asqıları. qarmaq asqısının detalları.Lecture
- 8.Qarmaq asqısının və onun detallarının hesablanmasına aid məsələ həlli.Seminar
- 9.Yükqaldıran maşınların qarmaq asqılarının öyrənilməsiLaboratory
- 10.Ədədi və səpmə yüklər üçün yüktutucu tərtibatlar. stroplar və yük ilgəkləriLecture
- 11.Yükqaldıran maşın və qurğularda istifadə olunan dayandırıcılar və tormozlar. dayandırıcılar və tormozlar. xırxıralı və diyircəkli dayandırıcıların konstruksiyaları və hesablanması.Lecture
- 12.Qəlibli tormozlar. qısa gedişli və uzun gedişli elektromaqniti olan qəlibli tormozlar. lentli tormozlar. sadə, diferensial və cəmləşdirici lentli tormozlar.Lecture
- 13.Qısagedişli elektromaqniti olan qəlibli tormozların hesabına aid məsələ həlli.Seminar
- 14.Yükqaldıran maşınların tormozlarının öyrənilməsi.Laboratory
- 15.Sadə qaldırıcı qurğular. domkratlar və tal-lar. konstruksiyaları və hesablanması.Lecture
- 16.Yükqaldıran maşınların hərəkətverici qurğuları. yükqaldıran maşınların əsas mexanizmləri. yükqaldıran maşınlarda yaranan dinamiki qüvvələr. yükqaldıran maşınların hərəkətverici qurğuları. yük-qaldırma mexanizmi. əl və maşın intiqallı yükqaldırma mexanizmləri.Lecture
- 17.Kranın yükqaldırma mexanizmi üçün mühərrikin seçilməsi və yoxlanılmasına aid məsələ həlli.Seminar
- 18.Yükqaldıran maşınların yükqal-dırma mexanizmlərinin öyrənilməsiLaboratory
- 19.Yükqaldıran maşınların hərəkət mexanizmləri. əllə işləyən və maşın intiqallı hərəkət mexanizmləri.Lecture
- 20.Yükqaldıran maşınların dönmə mexanizmləri. konstruksiyaları, prinsipial sxemləri və hesablanmasıLecture
- 21.Kranın dönmə mexanizmi üçün mühərrikin seçilməsi və yoxlanılmasına aid məsələ həlli.Seminar
- 22.Qolun aşırımını dəyişən mexanizmlər. konstruksiyaları və hesablanması.Lecture
- 23.Qolun aşırımını dəyişən mexanizmlərin hesablanmasına aid aid məsələ həlli.Seminar
- 24.Yükqaldıran maşınlarda yaranan dinamiki qüvvələrLecture
- 25.Yükqaldıran maşınların təhlükəsizlik qurğuları.Lecture
- 26.Yükqaldıran maşınların növləri. yükqaldıran maşınların növləri. dönən kranlar. divara bərkidilmiş və sərbəst sütun üzərində duran kranlar.Lecture
- 27.Körpülü kranlar. konstruksiyaları və hesablanma xüsusiyyətləri.Lecture
- 28.Çatılı kranlar. konstruksiyaları və hesablanma xüsusiyyətləri.Lecture
- 29.Qollu kranlar. konstruksiyaları və hesablanma xüsusiyyətləri. qollu özü hərəkət edən kranların işarələnməsi. düz və əyrixətli qollu özü hərəkət edən kranların konstruksiyaları.Lecture
- 30.Qülləli kranlar. konstruksiyaları və hesablanma xüsusiyyətləri. qülləli kranların işarələnməsi.Lecture
- 31.Portal kranlar. konstruksiyaları və hesab-lanma xüsusiyyətləri. sərt və elastik dartqılı portal kranların konstruksiyaları, portal kranların qol qurğularının, mexanizmlərinin və portallarının konstruksiyaları.Lecture
- 32.Stasionar xortumlu kranın öyrənilməsi.Laboratory
- 33.Avtomobil kranları. konstruksiyaları və hesablanma xüsusiyyətləri. avtomobil kranlarının işarələnməsi, avtomobil kranlarının mexanizmlərinin və autrigerlərinin konstruksiyalarıLecture
- 34.Liftlər və yükləyicilər. liftlər, onların təyinatı, təsnifatı və konstruksiyaları.Lecture
- 35.Liftlərin müxtəlif konstruksiyalarının təhlili.Seminar
- 36.Yükləyicilərin konstruksiyaları. təyinatına görə yükləyicilərin konstruksiyaları, avto-yükləyicilərin və elektrik yükləyicilərinin konstruksiyalarıLecture
- 37.Körpülü kranın verilmiş yükqaldırma mexanizmini hesablamalı.Independent work
- 38.Çatılı kranın verilmiş hərəkət mexanizmini hesablamalıIndependent work
- 39.Divara bərkidilmiş dönən kranın arabacığının verilmiş hərəkət mexanizmini hesablamalı.Independent work
- 40.Konsol kranın verilmiş yükqaldırma mexanizmini hesablamalı.Independent work
- 41.Qülləli kranın yükqaldırma mexanizmini hesablamalı.Independent work
- 42.Tırtıllı kranın dönmə mexanizmini hesablamalı.Independent work
- 43.Avtomobil kranının yükqaldırma mexanizmini hesablamalı.Independent work
- 44.Pnevmatik təkərli kranın dönmə mexanizmini hesablamalı.Independent work
- 45.Portal kranın qolunun aşırımını dəyişən mexanizmi hesablamalı.Independent work
- 46.Sərnişin liftinin verilmiş yükqaldırma mexanizmini hesablamalı.Independent work
Reading list
- Əhmədov b.b., nəcəfov ə.m. yükqaldıran maşınlar.bakı, 2014
- Kərimov ə.h. yükqaldıran maşınlar və liftlər. bakı, 2006.
- Qəribov m.h., əhmədov b.b. xüsusi kranların layihələndirilməsi.bakı, 2006.
- Miriyev s.m., çərkəsov ş.b., yusubov ş.t. yükqaldıran maşınlardan laboratoriya praktikumu.bakı, 2005.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |