Subject · Industrial engineering

Yükqaldıran maşın və qurğular

İFS-3495y6 creditsAutumn semesterElective

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

—

Description

“yükqaldıran maşın və qurğular” fənni sənayenin bütün sahələrində yükvurma-yükboşaltma, nəqliyyat və anbar işlərinin mexanikləşdirilməsini və avtomatlaşdırılmasını təmin etmək üçün yeni yüksək keyfiyyətli yükqaldıran maşın və qurğuların layihələndirilməsini, mövcud maşınların əsaslı sürətdə modernizə olunmasının, yeni kinematik sxemlərdən, daha mütərəqqi hesablama üsullarından, həmçinin maşınqayırmanın yeni proqressiv texnologiyasından istifadə etməklə yükqaldıran maşın və qurğuların metal tutumunu xeyli azaldıb eyni zamanda onun yükqaldırma qabiliyyətinin artırılmasının, avtomatik, yarımavtomatik və uzaqdan idarə olunan mexanizmlərin, xüsusi yüktutucu və digər qaldırıcı aqreqatların sürətlərinin geniş diapazonda nizamlanması hesabına müxtəlif növ avadanlıqların məhsuldarlığının artırılmasının əsaslarını öyrənir.

Course learning outcomes

  1. CLO 1: Ftn 1. sənaye müəssisələrində istifadə olunan yükqaldıran maşın və qurğuların növlərini, təyinatını və iş prinsipini izah edir.

  2. CLO 2: Ftn 2. yükqaldıran maşın və qurğuların əsas mexaniki elementlərinin, düyün və detallarının hesablanmasının nəzəri əsaslarını izah edir.

  3. CLO 3: Ftn 3. yükqaldıran maşın və qurğuların yükqaldırma qabiliyyətini, möhkəmliyini və dayanıqlığını nəzərə alaraq əsas parametrlərini hesablamağı bacarır.

  4. CLO 4: Ftn 4. yükqaldıran maşın və qurğuların layihələndirilməsi və konstruksiya edilməsi üçün müasir metodları tətbiq edir, onların səmərəliliyini və texniki göstəricilərini qiymətləndirir.

  5. CLO 5: Ftn 5. yükqaldıran maşın və qurğuların layihələndirilməsində normativ-texniki sənədlərdən istifadə edir, müasir texnologiyaların tətbiqi imkanlarını təhlil edir.