Fənn · Sənaye mühəndisliyi

Yükqaldıran maşın və qurğularSillabus

İFS-3495y6 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-3495y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 75 saat - TSİ b) 30 saat - MRTSİ

Fənn haqqında

“Yükqaldıran maşın və qurğular” fənni sənayenin bütün sahələrində yükvurma-yükboşaltma, nəqliyyat və anbar işlərinin mexanikləşdirilməsini və avtomatlaşdırılmasını təmin etmək üçün yeni yüksək keyfiyyətli yükqaldıran maşın və qurğuların layihələndirilməsini, mövcud maşınların əsaslı sürətdə modernizə olunmasının, yeni kinematik sxemlərdən, daha mütərəqqi hesablama üsullarından, həmçinin maşınqayırmanın yeni proqressiv texnologiyasından istifadə etməklə yükqaldıran maşın və qurğuların metal tutumunu xeyli azaldıb eyni zamanda onun yükqaldırma qabiliyyətinin artırılmasının, avtomatik, yarımavtomatik və uzaqdan idarə olunan mexanizmlərin, xüsusi yüktutucu və digər qaldırıcı aqreqatların sürətlərinin geniş diapazonda nizamlanması hesabına müxtəlif növ avadanlıqların məhsuldarlığının artırılmasının əsaslarını öyrənir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Sənaye müəssisələrində istifadə olunan yükqaldıran maşın və qurğuların növlərini, təyinatını və iş prinsipini izah edir.

  2. CLO 2: FTN 2. Yükqaldıran maşın və qurğuların əsas mexaniki elementlərinin, düyün və detallarının hesablanmasının nəzəri əsaslarını izah edir.

  3. CLO 3: FTN 3. Yükqaldıran maşın və qurğuların yükqaldırma qabiliyyətini, möhkəmliyini və dayanıqlığını nəzərə alaraq əsas parametrlərini hesablamağı bacarır.

  4. CLO 4: FTN 4. Yükqaldıran maşın və qurğuların layihələndirilməsi və konstruksiya edilməsi üçün müasir metodları tətbiq edir, onların səmərəliliyini və texniki göstəricilərini qiymətləndirir.

  5. CLO 5: FTN 5. Yükqaldıran maşın və qurğuların layihələndirilməsində normativ-texniki sənədlərdən istifadə edir, müasir texnologiyaların tətbiqi imkanlarını təhlil edir.

Mövzu planı

  1. 1.
    Yükqaldıran maşınlar və qurğular haqqında ümumi məlumat. Giriş. Yükqaldıran maşınlar və qurğular haqqında ümumi məlumat. Yükqaldıran maşınların əsas parametrləri. Mühazirə
  2. 2.
    Yükqaldıran maşınların çevik element-ləri. Yükqaldıran maşınların yüktutucu tərtibatları. Yükqaldıran maşınların çevik elementləri. Kanatlar və zəncirlər. Yükqaldıran maşınların barabanları, blokları və ulduzcuqları.Mühazirə
  3. 3.
    Baraban düyümü detallarının hesablanmasına aid məsələ həlli.Məşğələ
  4. 4.
    Yükqaldıran maşınların baraban düyümlərinin öyrənilməsi. Barabanların əsas ölçülərinin təyiniLaboratoriya
  5. 5.
    Polispastlar. Birqat və ikiqat polispastlar. Ümümi məlumat, konstruksiyaları və hesablanmasıMühazirə
  6. 6.
    Verilmiş yükqaldırma qabiliyyətinə və polispastın məlum sxeminə əsasən kanatın hesabı və seçilməsinə aid məsələ həlliMəşğələ
  7. 7.
    Yükqaldıran maşınların yüktutucu tərtibatları. Qarmaqlar və ilgəklər. Qarmaq asqıları. Qarmaq asqısının detalları. Mühazirə
  8. 8.
    Qarmaq asqısının və onun detallarının hesablanmasına aid məsələ həlli.Məşğələ
  9. 9.
    Yükqaldıran maşınların qarmaq asqılarının öyrənilməsiLaboratoriya
  10. 10.
    Ədədi və səpmə yüklər üçün yüktutucu tərtibatlar. Stroplar və yük ilgəkləriMühazirə
  11. 11.
    Yükqaldıran maşın və qurğularda istifadə olunan dayandırıcılar və tormozlar. Dayandırıcılar və tormozlar. Xırxıralı və diyircəkli dayandırıcıların konstruksiyaları və hesablanması.Mühazirə
  12. 12.
    Qəlibli tormozlar. Qısa gedişli və uzun gedişli elektromaqniti olan qəlibli tormozlar. Lentli tormozlar. Sadə, diferensial və cəmləşdirici lentli tormozlar. Mühazirə
  13. 13.
    Qısagedişli elektromaqniti olan qəlibli tormozların hesabına aid məsələ həlli.Məşğələ
  14. 14.
    Yükqaldıran maşınların tormozlarının öyrənilməsi. Laboratoriya
  15. 15.
    Sadə qaldırıcı qurğular. Domkratlar və tal-lar. Konstruksiyaları və hesablanması. Mühazirə
  16. 16.
    Yükqaldıran maşınların hərəkətverici qurğuları. Yükqaldıran maşınların əsas mexanizmləri. Yükqaldıran maşınlarda yaranan dinamiki qüvvələr. Yükqaldıran maşınların hərəkətverici qurğuları. Yük-qaldırma mexanizmi. Əl və maşın intiqallı yükqaldırma mexanizmləri. Mühazirə
  17. 17.
    Kranın yükqaldırma mexanizmi üçün mühərrikin seçilməsi və yoxlanılmasına aid məsələ həlli.Məşğələ
  18. 18.
    Yükqaldıran maşınların yükqal-dırma mexanizmlərinin öyrənilməsiLaboratoriya
  19. 19.
    Yükqaldıran maşınların hərəkət mexanizmləri. Əllə işləyən və maşın intiqallı hərəkət mexanizmləri.Mühazirə
  20. 20.
    Yükqaldıran maşınların dönmə mexanizmləri. Konstruksiyaları, prinsipial sxemləri və hesablanmasıMühazirə
  21. 21.
    Kranın dönmə mexanizmi üçün mühərrikin seçilməsi və yoxlanılmasına aid məsələ həlli.Məşğələ
  22. 22.
    Qolun aşırımını dəyişən mexanizmlər. Konstruksiyaları və hesablanması. Mühazirə
  23. 23.
    Qolun aşırımını dəyişən mexanizmlərin hesablanmasına aid aid məsələ həlli. Məşğələ
  24. 24.
    Yükqaldıran maşınlarda yaranan dinamiki qüvvələrMühazirə
  25. 25.
    Yükqaldıran maşınların təhlükəsizlik qurğuları. Mühazirə
  26. 26.
    Yükqaldıran maşınların növləri. Yükqaldıran maşınların növləri. Dönən kranlar. Divara bərkidilmiş və sərbəst sütun üzərində duran kranlar. Mühazirə
  27. 27.
    Körpülü kranlar. Konstruksiyaları və hesablanma xüsusiyyətləri.Mühazirə
  28. 28.
    Çatılı kranlar. Konstruksiyaları və hesablanma xüsusiyyətləri. Mühazirə
  29. 29.
    Qollu kranlar. Konstruksiyaları və hesablanma xüsusiyyətləri. Qollu özü hərəkət edən kranların işarələnməsi. Düz və əyrixətli qollu özü hərəkət edən kranların konstruksiyaları. Mühazirə
  30. 30.
    Qülləli kranlar. Konstruksiyaları və hesablanma xüsusiyyətləri. Qülləli kranların işarələnməsi. Mühazirə
  31. 31.
    Portal kranlar. Konstruksiyaları və hesab-lanma xüsusiyyətləri. Sərt və elastik dartqılı portal kranların konstruksiyaları, portal kranların qol qurğularının, mexanizmlərinin və portallarının konstruksiyaları. Mühazirə
  32. 32.
    Stasionar xortumlu kranın öyrənilməsi.Laboratoriya
  33. 33.
    Avtomobil kranları. Konstruksiyaları və hesablanma xüsusiyyətləri. Avtomobil kranlarının işarələnməsi, avtomobil kranlarının mexanizmlərinin və autrigerlərinin konstruksiyalarıMühazirə
  34. 34.
    Liftlər və yükləyicilər. Liftlər, onların təyinatı, təsnifatı və konstruksiyaları. Mühazirə
  35. 35.
    Liftlərin müxtəlif konstruksiyalarının təhlili. Məşğələ
  36. 36.
    Yükləyicilərin konstruksiyaları. Təyinatına görə yükləyicilərin konstruksiyaları, avto-yükləyicilərin və elektrik yükləyicilərinin konstruksiyalarıMühazirə
  37. 37.
    Körpülü kranın verilmiş yükqaldırma mexanizmini hesablamalı. Sərbəst iş
  38. 38.
    Çatılı kranın verilmiş hərəkət mexanizmini hesablamalıSərbəst iş
  39. 39.
    Divara bərkidilmiş dönən kranın arabacığının verilmiş hərəkət mexanizmini hesablamalı. Sərbəst iş
  40. 40.
    Konsol kranın verilmiş yükqaldırma mexanizmini hesablamalı. Sərbəst iş
  41. 41.
    Qülləli kranın yükqaldırma mexanizmini hesablamalı. Sərbəst iş
  42. 42.
    Tırtıllı kranın dönmə mexanizmini hesablamalı.Sərbəst iş
  43. 43.
    Avtomobil kranının yükqaldırma mexanizmini hesablamalı. Sərbəst iş
  44. 44.
    Pnevmatik təkərli kranın dönmə mexanizmini hesablamalı.Sərbəst iş
  45. 45.
    Portal kranın qolunun aşırımını dəyişən mexanizmi hesablamalı.Sərbəst iş
  46. 46.
    Sərnişin liftinin verilmiş yükqaldırma mexanizmini hesablamalı.Sərbəst iş

Ədəbiyyat

  1. Əhmədov B.B., Nəcəfov Ə.M. Yükqaldıran maşınlar.Bakı, 2014
  2. Kərimov Ə.H. Yükqaldıran maşınlar və liftlər. Bakı, 2006.
  3. Qəribov M.H., Əhmədov B.B. Xüsusi kranların layihələndirilməsi.Bakı, 2006.
  4. Miriyev S.M., Çərkəsov Ş.B., Yusubov Ş.T. Yükqaldıran maşınlardan laboratoriya praktikumu.Bakı, 2005.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5