Subject · Food engineering
Texniki xarici dil (ingilis dili)
About this subject
Credits
6
Workload
180hours
Semester
Spring
Academic year
2025-2026
Description
I.fənnin hədəf və məqsədləri “texniki xarici dil” fənninin 050635-qida mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrə tədris olunmasında əsas məqsəd qida mühəndisliyi sahəsində tələbələrin xarici dil vasitəsilə texniki və elmi məlumatları oxuma, anlama və düzgün istifadə etmə bacarıqlarını inkişaf etdirməkdir. tələbələr laboratoriya hesabatlarını, texniki sənədləri və elmi məqalələri anlaya, peşəkar terminologiyanı mənimsəyə və yazılı və şifahi ünsiyyətdə səlis şəkildə iştirak edə bilərlər. bu da onlara universitetdə daha hazırlıqlı olmağa, beynəlxalq elmi mənbələrdən faydalanmağa və qida mühəndisliyi sahəsində layihələrdə uğurla iştirak etməyə imkan yaradır.
Course learning outcomes
CLO 1: Ftn 1. qida mühəndisliyi sahəsində istifadə olunan əsas texniki terminləri və peşəkar ünsiyyət qaydalarını izah edir.
CLO 2: Ftn 2. qida mühəndisliyi üzrə xarici dildə, xüsusilə ingilis dilində olan elmi məqalələri, hesabatları və texniki sənədləri oxumağı və anlamağı öyrədir.
CLO 3: Ftn 3. qida mühəndisliyi sahəsində elmi və texniki məlumatları yazılı və şifahi formada düzgün, aydın və ardıcıl ifadə etməyi öyrədir.
CLO 4: Ftn 4. beynəlxalq elmi mənbələrdən məlumat toplamağı, əldə olunan məlumatları təhlil etməyi və tədqiqat işlərində tətbiq etməyi öyrədir.
CLO 5: Ftn 5. qida mühəndisliyi üzrə layihə və tədqiqat işlərində xarici dil biliklərini tətbiq etməyi, elmi təqdimatlar və peşəkar yazılı materiallar hazırlamağı öyrədir.