About this subject
Credits
4
Workload
120hours
Semester
Spring
Academic year
2025-2026
Description
İxtisasa giriş kursu qida mikrobiologiyası, qida kimyası, qida biokimyası, tətbiqi fizika elmləri, texnoloji əməliyyatlar, maşın və avadanlıqlar sahələrini özündə birləşdirən çoxşaxəli bir sahədir. qida mühəndisliyi qənaətli məhsul istehsalı məqsədi ilə səmərəli xidməti həyata keçirmək üçün vacib olan biliklərin texnologiyaya ötürülməsini təmin edir. fənnin tədrisi fizika, kimya, mikrobiologiya, qida biokimyası, texnoloji avadanlıqlar, soyudulma texnologiyası, tədqiqat metodları kimi fənləri həm mühəndislik baxımından mənimsəmək, həm də məhsul istehsal etmək məqsədi ilə qida sənayesinin ayrı-ayrı sahələrindəki əməliyyatları dərk etmək üçün əsasdır. qida mühəndisliyi geniş spektrli fəaliyyət sahəsini əhatə edir.
Course learning outcomes
CLO 1: Ftn 1. qida mühəndisliyində istifadə olunan əsas texnoloji prosesləri izah edir.
CLO 2: Ftn 2. qida məhsulları istehsalında hazır məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsi yollarını izah edir.
CLO 3: Ftn 3. i̇stehsalın bütün mərhələlərində, xammalın və hazır məhsulların saxlanılması və realizasiyası zamanı məhsul itkilərinin aradan qaldırılması üsullarını izah edir.
CLO 4: Ftn 4. emal müəssisələrinin xammal bazalarına yaxın yerləşdirilməsinin əhəmiyyətini və yerləşdirilmənin təkmilləşdirilməsi yollarını izah edir.
CLO 5: Ftn 5. qida xammalının emalı texnologiyasının nəzəri və elmi əsaslarını izah edir.
CLO 6: Ftn 6. qida xammalının hazırlanması və ilkin emalı üsullarını öyrədir.