Subject · Food engineering

Qida biotexnologiyası

İF - 3544y4 creditsSpring semesterMandatory

About this subject

Credits

4

Workload

120hours

Semester

Spring

Academic year

—

Description

“qida biotexnologiyası” fənninin məqsədi qida məhsullarının istehsalında bioloji təbiət proseslərinin mahiyyətinin öyrənilməsi, yüksək keyfiyyətli bioloji tam dəyərli məhsulların alınmasında, bu prosesləri idarə etməyin üsul və yollarının mənimsənilməsidir. qida mühəndisliyi üzrə çalışan ixtisasçılar üçün qida biotexnologiyasının vacibliyi onunla izah edilir ki, qida məhsullarının istehsalında mikroorqanizmlərin və ya ferment preparatlarının, biotexnoloji proseslərin tətbiqi onların istehlak xassələrinə və keyfiyyət göstəricilərinə mühüm təsir göstərir. qida biotexnologiyasinin vəzifəsi insanın sağlamlığının möhkəmlənməsi və əhali arasında xəstəliklərin profilaktikasına imkan verən sağlam qidalanmaya daxil olan məhsulların işlənib hazırlanmasıdır. qida biotexnologiyasının əhəmiyyəti ərzaq məhsullarının keyfiyyət göstəriciləri və xassələrinə əsaslı dərəcədə təsir göstərməsindədir. biotexnoloji prosesləri bilməklə qida məhsullarının xarab olma səbəblərini və qüsurlarını müəyyən etmək olur.

Course learning outcomes

  1. CLO 1: Ftn 1. müxtəlif mikroorqanizmlərdə həyat fəaliyyəti prosesində baş verən dəyişikliklərin xüsusiyyətlərini və ümumi qanunauyğunluqlarını izah edir.

  2. CLO 2: Ftn 2. mikroorqanizmlərdə biosintez və biotransformasiya proseslərinin mahiyyətini və xüsusiyyətlərini izah edir.

  3. CLO 3: Ftn 3. i̇nsanlar üçün faydalı məhsulların istehsalında istifadə olunan əsas biotexnoloji metodları izah edir.

  4. CLO 4: Ftn 4. qida sənayesində istifadə olunan ənənəvi biotexnoloji prosesləri izah edir.

  5. CLO 5: Ftn 5. biotexnoloji istehsalın əsas mərhələlərini izah edir.

  6. CLO 6: Ftn 6. qida sənayesində biotexnologiyanın müasir nailiyyətlərini izah edir.