Fənn · Sistemlər mühəndisliyi

İdarəetmə psixologiyası və sosiologiyasıSillabus

İF-4202x4 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-4202x
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat
Auditoriyadan kənar saatlar
a) 65 saat b) 25 saat

Fənn haqqında

İdarəetmə psixologiyası və sosialologiyası, təşkilati həyatın müxtəlif sahələrində insan davranışlarını və sosial qarşılıqlı əlaqələri araşdıran bir elmi sahədir. Bu fənnin əsas hədəfi, təşkilatlarda insan amilinin və sosial dinamikaların idarə olunmasını təmin etməkdir. İdarəetmə psixologiyası, işçilərin motivasiyasını, davranışlarını, iş yerindəki emosional vəziyyətlərini və psixoloji ehtiyaclarını analiz edərək, effektiv idarəetmə strategiyaları inkişaf etdirməyi məqsəd qoyur. Sosialologiya isə təşkilat daxilindəki sosial strukturların və əlaqələrin, eləcə də sosial təsirlərin necə formalaşdığını və iş mühitinə necə təsir etdiyini öyrənir. Bu fənnin məqsədləri arasında liderlik, komanda işbirliyi, təşkilat mədəniyyəti və münaqişə idarəetməsi kimi məsələlər yer alır. İdarəetmə psixologiyası və sosialologiyası, təşkilatların daha məhsuldar və davamlı fəaliyyət göstərməsi üçün işçilərin ehtiyaclarını və davranışlarını başa düşməyi təmin edir. Bu sahə həmçinin, işçilərin iş məmnuniyyətini artırmağa, psixoloji rifahını gücləndirməyə və sosial əlaqələri gücləndirməyə yönəlmiş praktiki yanaşmalar təqdim edir.

Tədris metodları

  • mühazirə
  • problem-based learning
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • case study
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Kurs haqqında ümumi məlumat – fənnin məqsədi və əhəmiyyəti. İdarəetmənin elmi əsasları. Sosial-iqtisadi idarəetmənin mahiyyətiMühazirə

    Bu mövzu idarəetmə elminin əsas anlayışlarını, məqsədini və cəmiyyətdəki rolunu öyrədir. İdarəetmənin planlaşdırma, təşkil etmə, motivasiya və nəzarət kimi əsas funksiyaları izah olunur. Eyni zamanda sosial-iqtisadi idarəetmənin mahiyyəti, insan resurslarının və maddi imkanların səmərəli istifadəsi prinsipləri araşdırılır.

  2. 2.
    Rəhbər işçinin psixoloji potensialı. Təşkilatlarda sosial-psixoloji mühitMühazirə

    Rəhbərin psixoloji keyfiyyətləri, liderlik bacarığı, emosional intellekti və ünsiyyət qabiliyyəti təşkilatın uğurunda mühüm rol oynayır. Sağlam sosial-psixoloji mühit əməkdaşlar arasında qarşılıqlı hörmət, etibar və əməkdaşlığı gücləndirir.

  3. 3.
    Psixoloji və sosioloji metodlar, insan psixoloji tipləri. Liderlik və rəhbərlik psixologiyasıMühazirə

    Bu mövzuda insan davranışını öyrənən psixoloji və sosioloji metodlar, müxtəlif psixoloji tiplər və onların idarəetməyə təsiri araşdırılır. Liderlik və rəhbərlik psixologiyası əməkdaşların motivasiyası, qərarvermə və effektiv idarəetmə üsullarını əhatə edir.

  4. 4.
    Münaqişə və onun idarə olunmasıMühazirə

    Münaqişə fərqli maraqların və baxışların toqquşması nəticəsində yaranır. Mövzuda münaqişələrin yaranma səbəbləri, növləri, inkişaf mərhələləri və onların səmərəli həlli yolları izah edilir.

  5. 5.
    Motivasiya və stimullaşdırma psixologiyasıMühazirə

    Motivasiya insanların fəaliyyətə marağını artıran daxili və xarici amilləri əhatə edir. Stimullaşdırma isə əməkdaşların daha məhsuldar işləməsini təmin edən maddi və mənəvi təşviq vasitələrini öyrənir.

  6. 6.
    İşgüzar ünsiyyət və biznes davranışıMühazirə

    İşgüzar ünsiyyət təşkilat daxilində və xaricində peşəkar əlaqələrin qurulmasını təmin edir. Biznes davranışı etik normalara riayət etməyi, düzgün ünsiyyət qurmağı və əməkdaşlıq bacarıqlarını əhatə edir.

  7. 7.
    Qərarvermə prosesinin psixologiyası. İnsan münasibətləri və davranışına sinergetik yanaşmaMühazirə

    Qərarvermə prosesində insanın təcrübəsi, emosiyaları və məntiqi düşüncəsi mühüm rol oynayır. Sinergetik yanaşma isə kollektiv əməkdaşlığın və qarşılıqlı təsirin ümumi nəticəyə müsbət təsirini izah edir.

  8. 8.
    Sosial idrak və sosial menecmentMühazirə

    Sosial idrak insanların sosial mühiti və bir-birini necə dərk etdiyini öyrənir. Sosial menecment isə sosial proseslərin və insan münasibətlərinin məqsədyönlü idarə edilməsini əhatə edir.

  9. 9.
    Sosiologiyanın tarixi, məzmunu və funksiyalarıMühazirə

    Sosiologiya cəmiyyəti, sosial münasibətləri və insanların qarşılıqlı fəaliyyətini öyrənən elmdir. Onun əsas funksiyaları sosial hadisələri araşdırmaq, izah etmək və inkişaf istiqamətlərini proqnozlaşdırmaqdır.

  10. 10.
    Şəxsiyyətin sosiologiyası və sosiallaşmaMühazirə

    Şəxsiyyət sosial mühitdə formalaşır və sosiallaşma prosesi vasitəsilə cəmiyyətin norma və dəyərlərini mənimsəyir. Ailə, təhsil müəssisələri və sosial mühit bu prosesdə mühüm rol oynayır.

  11. 11.
    Təşkilatdaxili sosial münasibətlər və idarəetməMühazirə

    Təşkilat daxilində əməkdaşlar arasında qarşılıqlı münasibətlər idarəetmənin effektivliyinə birbaşa təsir göstərir. Əməkdaşlıq, etibar və qarşılıqlı hörmət sağlam iş mühitinin əsasını təşkil edir.

  12. 12.
    Münaqişənin sosiologiyasıMühazirə

    Münaqişənin sosiologiyası sosial qruplar və fərdlər arasında yaranan ziddiyyətlərin səbəblərini, inkişafını və nəticələrini öyrənir. Münaqişələrin elmi təhlili onların qarşısının alınmasına və düzgün həllinə kömək edir.

  13. 13.
    Sosioloji tədqiqatlar və metodlarMühazirə

    Sosioloji tədqiqatlarda sorğu, müsahibə, müşahidə, eksperiment və statistik təhlil kimi metodlardan istifadə olunur. Bu metodlar cəmiyyət və sosial proseslər haqqında obyektiv məlumat əldə etməyə imkan verir.

  14. 14.
    Sosial aspektli idarəetmə qərarları və onların qəbuluMühazirə

    Sosial aspektli idarəetmə qərarları insanların maraqları, sosial ehtiyacları və təşkilatın məqsədləri nəzərə alınmaqla qəbul edilir. Bu qərarlar obyektiv məlumatlara, sosial məsuliyyət prinsipinə və kollektivin rifahına əsaslanmalıdır.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan yazılı-elektron ilə keçirilir50 balFTN 1-5