Fənn · Sistemlər mühəndisliyi

Mühəndis hazırlığıCLO↔PLO matrisi

İF -4540x4 kreditYaz semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

6 CLO × 6 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6
CLO 1CLO-43173Tələbələr bu kursu mənimsəməklə sistemlər mühəndisliyinə giriş edəcək və mühəndis hazırlığının elementləri ilə tanış olacaqlar.uyğunduruyğun deyiluyğunduruyğun deyiluyğunduruyğun deyil
CLO 2CLO-38291Sistemlər mühəndisliyinin əsas anlayışlarını, inkişaf tarixini və standartlarını izah edə bilməkuyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 3CLO-72243Xüsusi radiorabitə sistem və vasitələrinin, struktur sxemlərini və iş prinsiplərini təhlil edə bilməkuyğunduruyğun deyiluyğunduruyğun deyiluyğunduruyğundur
CLO 4CLO-76541Radioelektron sistem və vasitələrinin iş prinsiplərini və siqnal formalarını izah edə bilməkuyğunduruyğun deyiluyğun deyiluyğunduruyğun deyiluyğun deyil
CLO 5CLO-71464Radiolokasiya və radionaviqasiya sistemlərinin növlərini, şüalanma xüsusiyyətlərini təhlil edə bilməkuyğun deyiluyğunduruyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 6CLO-93927Avtomatlaşdırılmış idarəetmə sistemlərinin layihələndirilməsi və istismarına dair normative sənədləri təhlil edə bilməkuyğun deyiluyğun deyiluyğun deyiluyğunduruyğun deyiluyğundur

Proqram təlim məqsədləri

  1. PLO 1

    İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; ixtisası üzrə ən azı bir xarici dildə, xüsusilə ingilis dilində texniki və akademik ünsiyyət qurmaq, sistemlər mühəndisliyi sahəsinə aid elmi-texniki məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və peşə fəaliyyətində istifadə etmək bacarıqlarına yiyələnir.

    Töhfə verən: CLO 1, CLO 3, CLO 4

  2. PLO 2

    Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsasları, müasir dünyada Azərbaycan Respublikasının yeri və rolu haqqında sistemli biliklərə malik olur; milli dövlətimizin inkişaf istiqamətlərini, vətəndaş məsuliyyətini, etik davranış qaydalarını, sosial və ekoloji məsuliyyət prinsiplərini mühəndislik fəaliyyətində nəzərə almaq bacarıqlarına yiyələnir.

    Töhfə verən: CLO 5

  3. PLO 3

    İş yerində informasiya texnologiyalarından istifadə etmək; riyazi analiz, diferensial tənliklər, xətti cəbr, ehtimal nəzəriyyəsi, riyazi statistika, alqoritmləşdirmə, proqramlaşdırma, fizika və kimya üzrə bilikləri sistemlər mühəndisliyi sahəsində texniki və idarəetmə məsələlərinin həllində tətbiq etmək; hesablama, modelləşdirmə, simulyasiya və məlumatların təhlili bacarıqlarına malik olur.

    Töhfə verən: CLO 1, CLO 3

  4. PLO 4

    Sosial-texniki, istehsalat, təşkilati və mürəkkəb mühəndis sistemlərinin layihələndirilməsi, idarə edilməsi və inkişaf strategiyalarının hazırlanmasında iştirak etmək; sistemlərin məqsədlərini, funksiyalarını, tələblərini, iyerarxik quruluşunu, elementlərarası qarşılıqlı əlaqələrini, tətbiq məhdudiyyətlərini və səmərəlilik meyarlarını müəyyən etmək; sistemlərin təhlili, layihələndirilməsi, optimallaşdırılması və dəyişikliklərin idarə olunması proseslərində sistemli yanaşma, prosesli yanaşma və mühəndis metodlarından istifadə etmək; informasiya texnologiyaları, modelləşdirmə vasitələri və idarəetmə sistemləri əsasında texniki və təşkilati problemləri təhlil etmək, müxtəlif səviyyəli sistemlər arasında əlaqələri müəyyənləşdirmək bacarıqlarına yiyələnir.

    Töhfə verən: CLO 4, CLO 6

  5. PLO 5

    Riyazi modelləşdirmə, simulyasiya, əməliyyatların tədqiqi, ehtimal nəzəriyyəsi, riyazi statistika, sistemli analiz və idarəetmə qərarlarının qəbulu metodlarından istifadə etməklə sosial-texniki, istehsalat, texniki və təşkilati sistemlərin fəaliyyətini təhlil etmək; mürəkkəb sistemlərdə baş verən prosesləri modelləşdirmək, sistemin əsas elementlərini və onlar arasındakı qarşılıqlı əlaqələri müəyyən etmək; risk, qeyri-müəyyənlik, etibarlılıq, texniki-iqtisadi səmərəlilik, resurs təminatı, zaman məhdudiyyətləri və keyfiyyət göstəriciləri nəzərə alınmaqla alternativ həll yollarını müqayisə etmək; Matlab/Simulink və digər müasir informasiya texnologiyalarından istifadə etməklə imitasiya modelləri qurmaq, nəticələri təhlil etmək, proqnozlaşdırma aparmaq və əsaslandırılmış idarəetmə qərarları qəbul etmək bacarıqlarına malik olur.

    Töhfə verən: CLO 1, CLO 3

  6. PLO 6

    Sosial-texniki sistemlərin layihələndirilməsi, idarə edilməsi, inkişaf etdirilməsi, dəyişikliklərin idarə olunması, istismarı və təkmilləşdirilməsi proseslərində iştirak etmək; rabitə vasitələri, idarəetmə sistemləri, logistika, metrologiya, standartlaşdırma, sertifikatlaşdırma, elektrotexnika, elektronika, mühəndis qrafikası və mühəndis hazırlığı üzrə bilikləri sistemlərin idarə olunması və texniki proseslərin təşkili zamanı tətbiq etmək; istehsalın təşkili və planlaşdırılması, layihələrin idarə edilməsi, resurslardan səmərəli istifadə, komanda işinin təşkili, konfliktlərin həlli, təhlükəsizlik və ekoloji tələblərə riayət olunması sahəsində qərarlar qəbul etmək; normativ-texniki sənədlər, standartlar, texniki hesabatlar və layihə sənədləri ilə işləmək, sistemin mövcud vəziyyətini qiymətləndirmək və onun təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq bacarıqlarına yiyələnir.

    Töhfə verən: CLO 3, CLO 6