Bakalavr proqramı

Sistemlər mühəndisliyiFənn nəticələri

BakalavrXTB050107Xüsusi Texnika və TexnologiyaMüdafiə Sistemləri və Texnoloji İnteqrasiya24 fənn

Fənn təlim nəticələri

Hər fənnin sonunda tələbənin əldə etməli olduğu nəticələr.

6 fənn
  • İF -4540x

    Mühəndis hazırlığı

    Fənnin səhifəsi: Mühəndis hazırlığı
    1. CLO 1: Tələbələr bu kursu mənimsəməklə sistemlər mühəndisliyinə giriş edəcək və mühəndis hazırlığının elementləri ilə tanış olacaqlar.

    2. CLO 2: Sistemlər mühəndisliyinin əsas anlayışlarını, inkişaf tarixini və standartlarını izah edə bilmək

    3. CLO 3: Xüsusi radiorabitə sistem və vasitələrinin, struktur sxemlərini və iş prinsiplərini təhlil edə bilmək

    4. CLO 4: Radioelektron sistem və vasitələrinin iş prinsiplərini və siqnal formalarını izah edə bilmək

    5. CLO 5: Radiolokasiya və radionaviqasiya sistemlərinin növlərini, şüalanma xüsusiyyətlərini təhlil edə bilmək

    6. CLO 6: Avtomatlaşdırılmış idarəetmə sistemlərinin layihələndirilməsi və istismarına dair normative sənədləri təhlil edə bilmək

  • ÜF-1302y-Xüsusi-texnika--və--texnologiya

    Azərbaycan tarixi

    Fənnin səhifəsi: Azərbaycan tarixi
    1. CLO 1: • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.

    2. CLO 2: • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.

    3. CLO 3: • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.

    4. CLO 4: • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.

    5. CLO 5: • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.

  • ÜF-1306y-Sistemlərmühəndisliyi

    Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

    Fənnin səhifəsi: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
    1. CLO 1: • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.

  • ÜF-1303y-sistemlər-mühəndisliyi

    Fəlsəfə

    Fənnin səhifəsi: Fəlsəfə
    1. CLO 1: .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.

    2. CLO 2: .FTN2: Əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.

    3. CLO 3: .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.

    4. CLO 4: .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.

    5. CLO 5: .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.

    6. CLO 6: .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.

    7. CLO 7: .FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir

    8. CLO 8: .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.

  • İFS-4542x

    Texniki xarici dil

    Fənnin səhifəsi: Texniki xarici dil
    1. CLO 1: Ümumi texniki və rabitə sahəsinə aid sadə ingilis terminlərini tanıyır və izah edir.

    2. CLO 2: Cihazların, alətlərin, kabel və rabitə vasitələrinin əsas hissələrini ingilis dilində adlandırır.

    3. CLO 3: Sadə texniki mətn, cihaz etiketi, sxem və təlimatlardakı əsas məlumatı anlayır.

    4. CLO 4: Sadə ölçmə prosesini, təhlükəsizlik qaydasını və texniki problemi qısa cümlələrlə təsvir edir.

    5. CLO 5: Sadə texniki e-poçt, qısa iş hesabatı və kiçik şifahi təqdimat hazırlayır.

  • İFS-4598x

    Hərbi sistemlərin arxitekturası və inteqrasiyası

    Fənnin səhifəsi: Hərbi sistemlərin arxitekturası və inteqrasiyası
    1. CLO 1: Hərbi sistem arxitekturasının əsas anlayışlarını və arxitektura yanaşmalarını izah edir.

    2. CLO 2: Sistem, alt sistem, interfeys və məlumat axınları arasındakı funksional əlaqələri təhlil edir.

    3. CLO 3: Sensor, rabitə, komanda-idarəetmə və icraedici alt sistemlərin inteqrasiya prinsiplərini fərqləndirir.

    4. CLO 4: İnterfeys, uyğunluq, etibarlılıq, təhlükəsizlik və inteqrasiya sınaqlarını qiymətləndirir.

    5. CLO 5: Hərbi sistem üçün funksional arxitektura modeli və inteqrasiya planı hazırlayır, EasyEDA mühitində sadə elektron sxem və interfeys əlaqələrini layihələndirir və nəticələri texniki təqdimat şəklində təqdim edir.