Fənn haqqında
Kredit
6
İş yükü
120saat
Semestr
Payız
Tədris ili
—
Fənnin təsviri
Fənnin məqsədi tələbələrə sistem mühəndisliyi, rabitə vasitələri və ölçmə texnikası sahəsində işlənən ingilis terminlərini öyrətməkdir. Kursda peşələr, alətlər, cihaz hissələri, elektrik anlayışları, telefon, radio, siqnallar, kabel, antena, internet, simsiz rabitə, ölçü vahidləri, multimetr, osiloskop, təhlükəsizlik, sadə nasazlıqlar, texniki e-poçt, qısa hesabat və təqdimat kimi ümumi mövzular öyrənilir. Dərslər başlanğıc səviyyədə, qısa mətnlər, şəkillər, dialoqlar və asan praktik tapşırıqlar vasitəsilə aparılır.
Fənn təlim nəticələri
CLO 1: Ümumi texniki və rabitə sahəsinə aid sadə ingilis terminlərini tanıyır və izah edir.
CLO 2: Cihazların, alətlərin, kabel və rabitə vasitələrinin əsas hissələrini ingilis dilində adlandırır.
CLO 3: Sadə texniki mətn, cihaz etiketi, sxem və təlimatlardakı əsas məlumatı anlayır.
CLO 4: Sadə ölçmə prosesini, təhlükəsizlik qaydasını və texniki problemi qısa cümlələrlə təsvir edir.
CLO 5: Sadə texniki e-poçt, qısa iş hesabatı və kiçik şifahi təqdimat hazırlayır.