Fənn · Silah və silah sistemləri mühəndisliyi

Tərsimi həndəsə və mühəndis qrafikasıMövzu planı

İF-3925ySSSM5 kreditYaz semestriMəcburi

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

27 mövzu
  1. 1. Giriş. Proyeksalama üsulları haqqında. Nöqtənin ortoqonal proyeksiyaları. Monj epürü. Nöqtənin iki və üç müstəviyə ortoqonal proyeksiyalanması. Nöqtənin xüsusi vəziyyətləri. Nöqtənin rüblərdə və oktandlarda təsviri haqqında.(M)

    Mühazirə
  2. 2. Düz xəttin epürdə təsviri. Düz xəttin proyeksiya müstəvilərinə nəzərən xüsusi vəziyyətləri. Nöqtənin düz xəttə mənsub olması şərti. Düz xəttin izi. Düz xətt parçasının həqiqi boyunun (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz olunması üsulu ilə) təyini. Fəzada iki düz xəttin qarşılıqlı vəziyyəti.(M)

    Mühazirə
  3. 3. Müstəvilərin verilməsi üsulları və epürdə təsviri. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması şərti. Müstəvinin baş xətləri. Müstəvinin proyeksiya müstəvilərinə nəzərən xüsusi vəziyyətləri.(M)

    Mühazirə
  4. 4. İki müstəvinin, düz xətlə müstəvinin kəsişməsi. Düz xətlə müstəvinin və iki müstəvinin paralelliyi və perpendikulyarlığı.(M).

    Mühazirə
  5. 5. Çoxüzlülər. Çoxüzlülərin ortoqonal proyeksiyaları (piramida və prizma). Nöqtənin çoxüzlülüyə mənsubluğu. Çoxüzlünün müstəvi və düz xətlə kəsişməsi.(M)

    Mühazirə
  6. 6. Əyri xətlər. Texnikada istifadə edilən əyri xətlər və onların ortoqonal proyeksiyalarının qurulması. Yiv xətti. Səthlərin növləri. Fırlanma səthləri: silindr, konus, sfera və tor səthlərinin ortoqonal proyeksiyalarının qurulması. Nöqtənin fırlanma səthlərinə mənsubluğu. Fırlanma sətlərinin müstəvi və düz xətlə kəsişməsi.(M)

    Mühazirə
  7. 7. Çoxüzlü və fırlanma sətlərinin açılışı. Prizma, piramida, silindr və konus səthlərinin tam açılışı.(M)

    Mühazirə
  8. 8. Kəsən müstəvilər və konsentrik sferalar üsulu. İki səthin kəsişməsində xüsusi hallar.(M)

    Mühazirə
  9. 9. Çertyojların tərtibi üçün bəzi standartlar (formatlar, miqyaslar, çertyoj xətləri, şriftlər). Əsas yazının (künc ştampının) yerinə yetirilməsi qaydaları.(S)

    Məşğələ
  10. 10. -Tərsimi həndəsnin predmeti haqqında. Nöqtə bəhsinə aid məsələ həlli. Nöqtənin iki və üç müstəviyə ortoqonal proyeksiyalanması. Sərbət işin 1-ci və 2-ci tapşırıqlarının verilməsi və izahı(S)

    Məşğələ
  11. 11. -Düz xəttin epürdə təsviri. Nöqtənin düz xəttə mənsubluğu. Parçanın verilmiş nisbətdə bölünməsi. Düz xəttin əsl boyunun tapılmasına aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (3- cü məsələ).(S)

    Məşğələ
  12. 12. Müstəvilərin verilməsi üsulları. Düz xəttin və nöqtənin müstəviyə mənsub olmasına və müstəvinin baş xətləri bəhsinə aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (4-cü məsələ).(S)

    Məşğələ
  13. 13. -Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsi bəhsinə aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (5- ci məsələ).(S)

    Məşğələ
  14. 14. -Düz xətlə müstəvinin və iki müstəvinin paralelliyi və perpendikul yarlığı. Mövqe və metrik məsələlərə aid məşğələ.(S)

    Məşğələ
  15. 15. -Çoxüzlülərin ortoqonal proyeksiyaları. Nöqtənin çoxüzlülüyə mənsubluğu bəhsinə aid məsələ həlli.(S).

    Məşğələ
  16. 16. Çoxüzlünün müstəvi və düz xətlə kəsişməsi mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (6-ci məsələ).(S)

    Məşğələ
  17. 17. Çoxüzlü səthlərdən ibarət fiqurların ortoqonal proyeksiyaları mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (7-ci məsələ).(S)

    Məşğələ
  18. 18. Fırlanma səthləri. Silindr, konus, sfera və tor - fırlanma səthlərinin ortoqonal proyeksiyalarının qurulması. Nöqtənin fırlanma səthlərinə mənsubluğuna aid məsələ həlli.(S)

    Məşğələ
  19. 19. Fırlanma səthlərin müstəvi və düz xətlə kəsişməsi, fiqurların ortoqonal proyeksiyaları mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (8- ci məsələ).

    Məşğələ
  20. 20. Çoxüzlülərin açılışı mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (9- cu məsələ). (S)

    Məşğələ
  21. 21. Fırlanma səthlərin açılışı mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (10-cu məsələ).(S)

    Məşğələ
  22. 22. İki səthlərin kəsişməsi mövzusuna aid məsələ həlli.(S)

    Məşğələ
  23. 23. LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L)

    Laboratoriya
  24. 24. LAB.№2.Nöqtənin proyeksiyalarının qurulması. (L)

    Laboratoriya
  25. 25. LAB.№3. Yastı konturun çəkilməsi. (L)

    Laboratoriya
  26. 26. LAB. №4. Ücbucaq müstəvisinin kompleks çertyojunun çəkilməsi.(L)

    Laboratoriya
  27. 27. LAB. №5. Kəsik çoxüzlünün proyeksiyalarının qurulması.(L)

    Laboratoriya