Bakalavr proqramı
Silah və silah sistemləri mühəndisliyi
Proqram haqqında
Silah və silah sistemləri mühəndisliyi (XTB050106) ixtisası üzrə təhsil proqramı üzrə əyani forma təhsil 240 (4 il) AKTS kreditindən ibarətdir, onlardan ümumi fənlər-30, ixtisas fənləri -180, Təcrübə və buraxılış işi-30 kredit Bu proqram müdafiə sənayesi sahələrinin müasir tələblərinə cavab verən, silah və silah sistemlərinin layihələndirilməsi, istehsalı və modernləşdirilməsi istiqamətində peşəkar fəaliyyət göstərə bilən bakalavr mühəndislərin hazırlanmasına yönəlmişdir. Proqram çərçivəsində tələbələr riyaziyyat, fizika, materialşünaslıq, mexanika, maşın hissələri, ballistika, silahların konstruksiyası, istehsal texnologiyaları, avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD/CAM/CAE), metrologiya, standartlaşdırma, keyfiyyətin idarə edilməsi, texniki təhlükəsizlik və informasiya-kommunikasiya texnologiyaları üzrə fundamental və peşə bilikləri əldə edirlər. Tədris prosesi nəzəri hazırlıqla yanaşı laboratoriya məşğələləri, praktik dərslər, istehsalat təcrübələri, kurs layihələri və buraxılış işi vasitəsilə tələbələrin analitik düşünmə, mühəndis hesabatlarının hazırlanması, texniki problemlərin həlli, elmi-tədqiqat və layihələndirmə bacarıqlarının formalaşdırılmasını təmin edir. Təhsil proqramını uğurla başa vuran məzunlar silah və silah sistemlərinin layihələndirilməsi, istehsalı, istismarı, sınağı, texniki xidmətinin təşkili, keyfiyyətə nəzarət, elmi-tədqiqat və innovativ texnologiyaların tətbiqi sahələrində peşə fəaliyyətini həyata keçirə, həm dövlət, həm də özəl sektorda fəaliyyət göstərən müdafiə sənayesi müəssisələrində, maşınqayırma və yüksək texnologiyalar sahəsində çalışan təşkilatlarda mühəndis vəzifələrində işləyə, həmçinin təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər.
Dərəcə tələbləri
Silah və silah sistemləri mühəndisliyi (XTB050106) ixtisasının təhsil proqramının tələbləri silah və silah sistemlərinin layihələndirilməsi, istehsalı, sınağı, istismarı, texniki xidməti və təkmilləşdirilməsi sahələrində peşə fəaliyyətini həyata keçirə bilən yüksəkixtisaslı mühəndislərin hazırlanmasına yönəlmişdir. Proqram məzunların fundamental mühəndislik biliklərinə, müasir istehsal və informasiya texnologiyalarından istifadə bacarıqlarına, analitik və tənqidi düşünmə, elmi-tədqiqat, layihələndirmə, təhlükəsizlik, keyfiyyətin idarə edilməsi və peşə etikası sahələrində zəruri kompetensiyalara yiyələnməsini təmin edir. Təhsil proqramı ali təhsil standartlarına uyğun olaraq nəzəri hazırlıqla yanaşı, praktiki vərdişlərin formalaşdırılmasını və məzunların müdafiə sənayesi və əlaqəli mühəndislik sahələrinin əmək bazarının tələblərinə cavab verməsini nəzərdə tutur.
Proqramı araşdırın
Fənn nəticələri
Hər fənn üzrə təlim nəticələri
Səriştə matrisi
Fənlərin səriştələrə töhfəsi