Ümumi məlumat
- Fənn kodu
- İF-3925ySSSM
- Kredit
- 5
- Tələbənin iş yükü
- 149
- Semestr
- Yaz semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) mühazirə-15 saat, b) seminar-30 saat, c) laboratoriya -15 saat
- Auditoriyadan kənar saatlar
- 90 saat
Fənn haqqında
«Tərsimi həndəsə və mühəndis qrafikası» fənni – mühəndis qrafikasınının bütün bölmələrini və kompüter qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən fənlərdən biridir. «Tərsimi həndəsə və mühəndis qrafikası»nın öyrə-nilməsində əsas məqsəd: tələbələrə cisimlərin ortogonal proyeksiyalanmaya əsaslanan və KSVS uyğyn təsvirləri əldə etmək yollarını və əksinə cizgilərə əsasən onların fəza formaların müəyyən edilməsi ilə bağlı məsələləri həll etmək bacarığını öyrədir. «Tərsimi həndəsə və mühəndis qrafikası» mühəndis-texniki təhsilin formalaşması və mənimsənil-məsi işində əsas fənlərdən biri sayılır.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Giriş. Proyeksalama üsulları haqqında. Nöqtənin ortoqonal proyeksiyaları. Monj epürü. Nöqtənin iki və üç müstəviyə ortoqonal proyeksiyalanması. Nöqtənin xüsusi vəziyyətləri. Nöqtənin rüblərdə və oktandlarda təsviri haqqında.(M)Mühazirə
- 2.Düz xəttin epürdə təsviri. Düz xəttin proyeksiya müstəvilərinə nəzərən xüsusi vəziyyətləri. Nöqtənin düz xəttə mənsub olması şərti. Düz xəttin izi. Düz xətt parçasının həqiqi boyunun (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz olunması üsulu ilə) təyini. Fəzada iki düz xəttin qarşılıqlı vəziyyəti.(M)Mühazirə
- 3.Müstəvilərin verilməsi üsulları və epürdə təsviri. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması şərti. Müstəvinin baş xətləri. Müstəvinin proyeksiya müstəvilərinə nəzərən xüsusi vəziyyətləri.(M)Mühazirə
- 4.İki müstəvinin, düz xətlə müstəvinin kəsişməsi. Düz xətlə müstəvinin və iki müstəvinin paralelliyi və perpendikulyarlığı.(M).Mühazirə
- 5.Çoxüzlülər. Çoxüzlülərin ortoqonal proyeksiyaları (piramida və prizma). Nöqtənin çoxüzlülüyə mənsubluğu. Çoxüzlünün müstəvi və düz xətlə kəsişməsi.(M)Mühazirə
- 6.Əyri xətlər. Texnikada istifadə edilən əyri xətlər və onların ortoqonal proyeksiyalarının qurulması. Yiv xətti. Səthlərin növləri. Fırlanma səthləri: silindr, konus, sfera və tor səthlərinin ortoqonal proyeksiyalarının qurulması. Nöqtənin fırlanma səthlərinə mənsubluğu. Fırlanma sətlərinin müstəvi və düz xətlə kəsişməsi.(M)Mühazirə
- 7.Çoxüzlü və fırlanma sətlərinin açılışı. Prizma, piramida, silindr və konus səthlərinin tam açılışı.(M)Mühazirə
- 8.Kəsən müstəvilər və konsentrik sferalar üsulu. İki səthin kəsişməsində xüsusi hallar.(M)Mühazirə
- 9.Çertyojların tərtibi üçün bəzi standartlar (formatlar, miqyaslar, çertyoj xətləri, şriftlər). Əsas yazının (künc ştampının) yerinə yetirilməsi qaydaları.(S)Məşğələ
- 10.-Tərsimi həndəsnin predmeti haqqında. Nöqtə bəhsinə aid məsələ həlli. Nöqtənin iki və üç müstəviyə ortoqonal proyeksiyalanması. Sərbət işin 1-ci və 2-ci tapşırıqlarının verilməsi və izahı(S)Məşğələ
- 11.-Düz xəttin epürdə təsviri. Nöqtənin düz xəttə mənsubluğu. Parçanın verilmiş nisbətdə bölünməsi. Düz xəttin əsl boyunun tapılmasına aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (3- cü məsələ).(S)Məşğələ
- 12.Müstəvilərin verilməsi üsulları. Düz xəttin və nöqtənin müstəviyə mənsub olmasına və müstəvinin baş xətləri bəhsinə aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (4-cü məsələ).(S)Məşğələ
- 13.-Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsi bəhsinə aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (5- ci məsələ).(S)Məşğələ
- 14.-Düz xətlə müstəvinin və iki müstəvinin paralelliyi və perpendikul yarlığı. Mövqe və metrik məsələlərə aid məşğələ.(S)Məşğələ
- 15.-Çoxüzlülərin ortoqonal proyeksiyaları. Nöqtənin çoxüzlülüyə mənsubluğu bəhsinə aid məsələ həlli.(S).Məşğələ
- 16.Çoxüzlünün müstəvi və düz xətlə kəsişməsi mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (6-ci məsələ).(S)Məşğələ
- 17.Çoxüzlü səthlərdən ibarət fiqurların ortoqonal proyeksiyaları mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (7-ci məsələ).(S)Məşğələ
- 18.Fırlanma səthləri. Silindr, konus, sfera və tor - fırlanma səthlərinin ortoqonal proyeksiyalarının qurulması. Nöqtənin fırlanma səthlərinə mənsubluğuna aid məsələ həlli.(S)Məşğələ
- 19.Fırlanma səthlərin müstəvi və düz xətlə kəsişməsi, fiqurların ortoqonal proyeksiyaları mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (8- ci məsələ).Məşğələ
- 20.Çoxüzlülərin açılışı mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (9- cu məsələ). (S)Məşğələ
- 21.Fırlanma səthlərin açılışı mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (10-cu məsələ).(S)Məşğələ
- 22.İki səthlərin kəsişməsi mövzusuna aid məsələ həlli.(S)Məşğələ
- 23.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L)Laboratoriya
- 24.LAB.№2.Nöqtənin proyeksiyalarının qurulması. (L)Laboratoriya
- 25.LAB.№3. Yastı konturun çəkilməsi. (L)Laboratoriya
- 26.LAB. №4. Ücbucaq müstəvisinin kompleks çertyojunun çəkilməsi.(L)Laboratoriya
- 27.LAB. №5. Kəsik çoxüzlünün proyeksiyalarının qurulması.(L)Laboratoriya
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 20 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |
| laboratoriya | Fənn üzrəlaboratoriya işlərinin yerinə yetirilməsi | 10 bal |