Fənn · Hərbi rabitə vasitələri mühəndisliyi
Hərbi rabitə vasitələrinin layihələndirilməsi və texnoloqiyasıCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 |
|---|---|---|---|---|---|---|
| CLO 1CLO-95391Hərbi rabitə vasitələrinin layihələndirilməsinin əsas mərhələləri və xarakteristikalarını təqdim edir | uyğundur | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğundur |
| CLO 2CLO-91098Hərbi rabitə vasitələrinin konstruktor sənədlərinin layihələndirilməsi prinsiplərini tətbiq edir. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 3CLO-69173Hərbi rabitə vasitələrinin layihələndirilməsində komponovkanın yerinə yetirilməsini müəyyən edir | uyğun deyil | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur | uyğun deyil |
| CLO 4CLO-70426Hərbi rabitə vasitələrinin daşıyıcı konstruksiyalarının və elektrik birləşdiricilərinin layihələndirilməsini tətbiq edir | uyğun deyil | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğundur |
| CLO 5CLO-35295Hərbi rabitə vasitələrinin istehsalında texnoloji proseslərin qurulma prinsipləri analiz edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur |
| CLO 6CLO-31739Hərbi rabitə vasitələrinin detallarının hazırlanma üsullarını müəyyən edir. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil |
| CLO 7CLO-76094Hərbi rabitə vasitələrinin texnoloji yığımı və montajının təşkil etmək bacarıqlarına yiyələnir. | uyğundur | uyğun deyil | uyğun deyil | uyğundur | uyğundur | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; ixtisası üzrə ən azı bir xarici dildə, xüsusilə ingilis dilində texniki və akademik ünsiyyət qurmaq, hərbi rabitə vasitələri mühəndisliyi sahəsinə aid elmi-texniki məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və peşə fəaliyyətində istifadə etmək bacarıqlarına yiyələnir.
Töhfə verən: CLO 1, CLO 7
PLO 2
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsasları, müasir dünyada Azərbaycan Respublikasının yeri və rolu haqqında sistemli biliklərə malik olur; milli dövlətimizin inkişaf istiqamətlərini, vətəndaş məsuliyyətini, etik davranış qaydalarını və mühəndislik fəaliyyətində sosial məsuliyyət prinsiplərini nəzərə almaq bacarıqlarına yiyələnir.
Töhfə verən: CLO 2, CLO 6
PLO 3
İş yerində informasiya texnologiyalarından istifadə etmək; riyazi analiz, xətti cəbr, analitik həndəsə, fizika, tətbiqi fizika, kimya, elektrik dövrələri, proqramlaşdırma və mühəndis qrafikası üzrə bilikləri hərbi rabitə vasitələri mühəndisliyinə aid texniki məsələlərin həllində tətbiq etmək; hesablama, modelləşdirmə, alqoritmləşdirmə və texniki sənədlərin hazırlanması bacarıqlarına malik olur.
Töhfə verən: CLO 1, CLO 3, CLO 4
PLO 4
Hərbi rabitə sistemlərinin, rəqəmli radiorabitə vasitələrinin, radioverici, radioqəbuledici, antena-fider qurğularının, elektrik qida sistemlərinin və televiziya texnikasının quruluşunu, iş prinsipini, texniki parametrlərini və tətbiq sahələrini izah etmək; rabitə vasitələrinin layihələndirilməsi, quraşdırılması, konstruksiya edilməsi, elektrik prinsipial sxemlərinin hazırlanması və elektron hesablamalarında iştirak etmək; rabitə vasitələrinin funksional imkanlarını, istismar xüsusiyyətlərini,effektivliyini, informasiya təhlükəsizliyini, maneəyədavamlılığını və etibarlılıq göstəricilərini qiymətləndirmək; müasir standartların tələbləri əsasında texniki sənədlər, sxemlər və istismar materialları ilə işləmək bacarıqlarına yiyələnir.
Töhfə verən: CLO 5, CLO 6, CLO 7
PLO 5
Elektrodinamika, elektromaqnit dalğalarının yayılması, radiosiqnalların gücləndirilməsi, detektə olunması, çevrilməsi, rəqəmsal modulyasiyası, siqnalların rəqəmsal emalı və ötürülməsi prinsiplərini hərbi rabitə vasitələrinin təhlili, layihələndirilməsi və istismarında tətbiq etmək; radioverici, radioqəbuledici, antena-fider qurğuları, elektrik qida sistemləri, rəqəmli radiorabitə və televiziya texnikasının struktur sxemlərini, texniki parametrlərini, tezlik və siqnal xarakteristikalarını qiymətləndirmək; radiodalğaların yayılması, istiqamətləndirici sistemlər, ionosfer, troposfer və stratosfer mühitində rabitə proseslərini nəzərə almaq; rabitə sistemlərinin maneəyədavamlılığı, siqnal keyfiyyəti, etibarlılığı və təhlükəsizliyi üzrə mühəndis hesablamaları aparmaq bacarıqlarına malik olur.
Töhfə verən: CLO 3, CLO 7
PLO 6
Hərbi rabitə vasitələrinin layihələndirilməsi, quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi, istismarı, texniki xidməti və diaqnostikası proseslərində iştirak etmək; elektrik qida qurğuları, antena-fider sistemləri, radioverici və radioqəbuledici qurğular, rəqəmli radio və televiziya avadanlıqları ilə işləmək; rabitə təhlükəsizliyi, rabitə intizamı, informasiya ötürülməsinin etibarlılığı, mülki müdafiə, ekoloji və texniki-istismar tələblərini nəzərə almaq; texniki sənədləri oxumaq və hazırlamaq, peşə fəaliyyətini planlaşdırmaq, komanda ilə işləmək, nasazlıqları müəyyən etmək, onların aradan qaldırılması üzrə mühəndis qərarları qəbul etmək və normativ-texniki sənədlərdən istifadə etmək bacarıqlarına yiyələnir.
Töhfə verən: CLO 1, CLO 4, CLO 5