Fənn · Hərbi rabitə vasitələri mühəndisliyi

Hərbi rabitə vasitələrinin layihələndirilməsi və texnoloqiyası

İF-4535y7 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

135saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Fənnin tədrisinin məqsədi hərbi rabitə vasitələrinin (HRV) layihələndirilməsi və texnoloqiyasının ümumi məsələləri ilə tanış olmaq, konstruktiv iyerarxiyanı, konstruktiv-layihələndirilmənin əsas müddalarını və onların təyin edilməsi prinsiplərini, HRV-in layihələndirilməsi və konstruksiya edilməsinin əsas mərhələləri analiz olunmaqla sistemli yanaşma üsullarından istifadə etməklə HRV - in təsnifatını, onun layihələndirilmə prinsiplərini və hazırlanma texnologiyaları texniki tələblərə uyğun, həmçinin layihə - konstruktor sənədlərinin xarakteristikalarını bilməlidir. “Hərbi rabitə vasitələrinin layihələndirilməsi və texnoloqiyasi” fənni XTB 050102 –“Hərbi rabitə mühəndisliyi” ixtisasının bakalavriat səviyyəsində tədris olunan əsas fənnlərdən biri sayılır.

Fənn təlim nəticələri

  1. CLO 1: Hərbi rabitə vasitələrinin layihələndirilməsinin əsas mərhələləri və xarakteristikalarını təqdim edir

  2. CLO 2: Hərbi rabitə vasitələrinin konstruktor sənədlərinin layihələndirilməsi prinsiplərini tətbiq edir.

  3. CLO 3: Hərbi rabitə vasitələrinin layihələndirilməsində komponovkanın yerinə yetirilməsini müəyyən edir

  4. CLO 4: Hərbi rabitə vasitələrinin daşıyıcı konstruksiyalarının və elektrik birləşdiricilərinin layihələndirilməsini tətbiq edir

  5. CLO 5: Hərbi rabitə vasitələrinin istehsalında texnoloji proseslərin qurulma prinsipləri analiz edir.

  6. CLO 6: Hərbi rabitə vasitələrinin detallarının hazırlanma üsullarını müəyyən edir.

  7. CLO 7: Hərbi rabitə vasitələrinin texnoloji yığımı və montajının təşkil etmək bacarıqlarına yiyələnir.