Fənn · Hərbi rabitə vasitələri mühəndisliyi
Radioverici, radioqəbuledici və antenna qurğularıCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 |
|---|---|---|---|---|---|---|
| CLO 1CLO-60291Radiovericinin təyinatı, qurluşu, iş prinsipi və əsas spesfik prinsiplərini izah edilir. | uyğundur | uyğun deyil | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur |
| CLO 2CLO-70533Radiovericinin əsas parametrləri və anlayışlarını izah edilir. | uyğun deyil | uyğun deyil | uyğundur | uyğundur | uyğun deyil | uyğun deyil |
| CLO 3CLO-28966Radioqəbuledicinin təyinatı, qurluşu, iş prinsipi və əsas spesfik prinsiplərini izah edilir. | uyğundur | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 4CLO-54075Superheterodin, birbaşa çevirməli və digər qəbuledici sxemlərin iş prinsiplərini müqayisə edilir. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur |
| CLO 5CLO-62580Həssaslıq, seçicilik, səs-küy əmsalı, dinamik diapazon və siqnal-küy nisbəti kimi əsas radioqəbuledici parametrlərini təhlil edilir. | uyğundur | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur | uyğundur |
| CLO 6CLO-55883Modulyasiya və demodulyasiya proseslərini izah edir və AM, FM, PM və rəqəmsal modulyasiya üsullarının xüsusiyyətlərini fərqləndirir. | uyğun deyil | uyğundur | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 7CLO-41691Antennaların təyinatları,iş prinsipləri, növləri və əsas parametrləri izah edilir. | uyğun deyil | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur | uyğun deyil |
| CLO 8CLO-46445Laboratoriya və ölçmə avadanlıqlarından təhlükəsiz və düzgün istifadə edir, ölçmə nəticələrini emal və təhlil edir | uyğundur | uyğun deyil | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur |
| CLO 9CLO-36912Radioverici, radioqəbuledici və antenna-fider sistemlərinin effektivliyini qiymətləndirir və onların təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirir. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; ixtisası üzrə ən azı bir xarici dildə, xüsusilə ingilis dilində texniki və akademik ünsiyyət qurmaq, hərbi rabitə vasitələri mühəndisliyi sahəsinə aid elmi-texniki məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və peşə fəaliyyətində istifadə etmək bacarıqlarına yiyələnir.
Töhfə verən: CLO 1, CLO 3, CLO 5, CLO 8
PLO 2
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsasları, müasir dünyada Azərbaycan Respublikasının yeri və rolu haqqında sistemli biliklərə malik olur; milli dövlətimizin inkişaf istiqamətlərini, vətəndaş məsuliyyətini, etik davranış qaydalarını və mühəndislik fəaliyyətində sosial məsuliyyət prinsiplərini nəzərə almaq bacarıqlarına yiyələnir.
Töhfə verən: CLO 4, CLO 6, CLO 9
PLO 3
İş yerində informasiya texnologiyalarından istifadə etmək; riyazi analiz, xətti cəbr, analitik həndəsə, fizika, tətbiqi fizika, kimya, elektrik dövrələri, proqramlaşdırma və mühəndis qrafikası üzrə bilikləri hərbi rabitə vasitələri mühəndisliyinə aid texniki məsələlərin həllində tətbiq etmək; hesablama, modelləşdirmə, alqoritmləşdirmə və texniki sənədlərin hazırlanması bacarıqlarına malik olur.
Töhfə verən: CLO 2, CLO 3, CLO 5, CLO 6, CLO 7
PLO 4
Hərbi rabitə sistemlərinin, rəqəmli radiorabitə vasitələrinin, radioverici, radioqəbuledici, antena-fider qurğularının, elektrik qida sistemlərinin və televiziya texnikasının quruluşunu, iş prinsipini, texniki parametrlərini və tətbiq sahələrini izah etmək; rabitə vasitələrinin layihələndirilməsi, quraşdırılması, konstruksiya edilməsi, elektrik prinsipial sxemlərinin hazırlanması və elektron hesablamalarında iştirak etmək; rabitə vasitələrinin funksional imkanlarını, istismar xüsusiyyətlərini,effektivliyini, informasiya təhlükəsizliyini, maneəyədavamlılığını və etibarlılıq göstəricilərini qiymətləndirmək; müasir standartların tələbləri əsasında texniki sənədlər, sxemlər və istismar materialları ilə işləmək bacarıqlarına yiyələnir.
Töhfə verən: CLO 1, CLO 2, CLO 4, CLO 8, CLO 9
PLO 5
Elektrodinamika, elektromaqnit dalğalarının yayılması, radiosiqnalların gücləndirilməsi, detektə olunması, çevrilməsi, rəqəmsal modulyasiyası, siqnalların rəqəmsal emalı və ötürülməsi prinsiplərini hərbi rabitə vasitələrinin təhlili, layihələndirilməsi və istismarında tətbiq etmək; radioverici, radioqəbuledici, antena-fider qurğuları, elektrik qida sistemləri, rəqəmli radiorabitə və televiziya texnikasının struktur sxemlərini, texniki parametrlərini, tezlik və siqnal xarakteristikalarını qiymətləndirmək; radiodalğaların yayılması, istiqamətləndirici sistemlər, ionosfer, troposfer və stratosfer mühitində rabitə proseslərini nəzərə almaq; rabitə sistemlərinin maneəyədavamlılığı, siqnal keyfiyyəti, etibarlılığı və təhlükəsizliyi üzrə mühəndis hesablamaları aparmaq bacarıqlarına malik olur.
Töhfə verən: CLO 5, CLO 7
PLO 6
Hərbi rabitə vasitələrinin layihələndirilməsi, quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi, istismarı, texniki xidməti və diaqnostikası proseslərində iştirak etmək; elektrik qida qurğuları, antena-fider sistemləri, radioverici və radioqəbuledici qurğular, rəqəmli radio və televiziya avadanlıqları ilə işləmək; rabitə təhlükəsizliyi, rabitə intizamı, informasiya ötürülməsinin etibarlılığı, mülki müdafiə, ekoloji və texniki-istismar tələblərini nəzərə almaq; texniki sənədləri oxumaq və hazırlamaq, peşə fəaliyyətini planlaşdırmaq, komanda ilə işləmək, nasazlıqları müəyyən etmək, onların aradan qaldırılması üzrə mühəndis qərarları qəbul etmək və normativ-texniki sənədlərdən istifadə etmək bacarıqlarına yiyələnir.
Töhfə verən: CLO 1, CLO 4, CLO 5, CLO 8