Bakalavr proqramı

Hərbi rabitə vasitələri mühəndisliyiTəlim məqsədləri

BakalavrXTB 050102Xüsusi Texnika və TexnologiyaMüdafiə Sistemləri və Texnoloji İnteqrasiya23 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

6 PLO
  1. PLO 1PLO-48747

    İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; ixtisası üzrə ən azı bir xarici dildə, xüsusilə ingilis dilində texniki və akademik ünsiyyət qurmaq, hərbi rabitə vasitələri mühəndisliyi sahəsinə aid elmi-texniki məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və peşə fəaliyyətində istifadə etmək bacarıqlarına yiyələnir.

  2. PLO 2PLO-70523

    Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsasları, müasir dünyada Azərbaycan Respublikasının yeri və rolu haqqında sistemli biliklərə malik olur; milli dövlətimizin inkişaf istiqamətlərini, vətəndaş məsuliyyətini, etik davranış qaydalarını və mühəndislik fəaliyyətində sosial məsuliyyət prinsiplərini nəzərə almaq bacarıqlarına yiyələnir.

  3. PLO 3PLO-56632

    İş yerində informasiya texnologiyalarından istifadə etmək; riyazi analiz, xətti cəbr, analitik həndəsə, fizika, tətbiqi fizika, kimya, elektrik dövrələri, proqramlaşdırma və mühəndis qrafikası üzrə bilikləri hərbi rabitə vasitələri mühəndisliyinə aid texniki məsələlərin həllində tətbiq etmək; hesablama, modelləşdirmə, alqoritmləşdirmə və texniki sənədlərin hazırlanması bacarıqlarına malik olur.

  4. PLO 4PLO-19642

    Hərbi rabitə sistemlərinin, rəqəmli radiorabitə vasitələrinin, radioverici, radioqəbuledici, antena-fider qurğularının, elektrik qida sistemlərinin və televiziya texnikasının quruluşunu, iş prinsipini, texniki parametrlərini və tətbiq sahələrini izah etmək; rabitə vasitələrinin layihələndirilməsi, quraşdırılması, konstruksiya edilməsi, elektrik prinsipial sxemlərinin hazırlanması və elektron hesablamalarında iştirak etmək; rabitə vasitələrinin funksional imkanlarını, istismar xüsusiyyətlərini,effektivliyini, informasiya təhlükəsizliyini, maneəyədavamlılığını və etibarlılıq göstəricilərini qiymətləndirmək; müasir standartların tələbləri əsasında texniki sənədlər, sxemlər və istismar materialları ilə işləmək bacarıqlarına yiyələnir.

  5. PLO 5PLO-56684

    Elektrodinamika, elektromaqnit dalğalarının yayılması, radiosiqnalların gücləndirilməsi, detektə olunması, çevrilməsi, rəqəmsal modulyasiyası, siqnalların rəqəmsal emalı və ötürülməsi prinsiplərini hərbi rabitə vasitələrinin təhlili, layihələndirilməsi və istismarında tətbiq etmək; radioverici, radioqəbuledici, antena-fider qurğuları, elektrik qida sistemləri, rəqəmli radiorabitə və televiziya texnikasının struktur sxemlərini, texniki parametrlərini, tezlik və siqnal xarakteristikalarını qiymətləndirmək; radiodalğaların yayılması, istiqamətləndirici sistemlər, ionosfer, troposfer və stratosfer mühitində rabitə proseslərini nəzərə almaq; rabitə sistemlərinin maneəyədavamlılığı, siqnal keyfiyyəti, etibarlılığı və təhlükəsizliyi üzrə mühəndis hesablamaları aparmaq bacarıqlarına malik olur.

  6. PLO 6PLO-88315

    Hərbi rabitə vasitələrinin layihələndirilməsi, quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi, istismarı, texniki xidməti və diaqnostikası proseslərində iştirak etmək; elektrik qida qurğuları, antena-fider sistemləri, radioverici və radioqəbuledici qurğular, rəqəmli radio və televiziya avadanlıqları ilə işləmək; rabitə təhlükəsizliyi, rabitə intizamı, informasiya ötürülməsinin etibarlılığı, mülki müdafiə, ekoloji və texniki-istismar tələblərini nəzərə almaq; texniki sənədləri oxumaq və hazırlamaq, peşə fəaliyyətini planlaşdırmaq, komanda ilə işləmək, nasazlıqları müəyyən etmək, onların aradan qaldırılması üzrə mühəndis qərarları qəbul etmək və normativ-texniki sənədlərdən istifadə etmək bacarıqlarına yiyələnir.