Bakalavr proqramı
Hərbi rabitə vasitələri mühəndisliyiSəriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 16
COMPETENCY-38228
Xətti cəbr və analitik həndəsənin xassələri, məsələləri, elementləri, koordinat çevirmələri haqqında biliyə malik olmalıdır
COMPETENCY-74241
Çoxluqlar nəzəriyyəsinin elementlərini, ardıcıllığın limiti anlayışını, funksiyanın diferensial və inteqral hesabının əsaslarını, ədədi və funksional sıraları, diferensial tənliklərin müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqini bilməlidir
COMPETENCY-63505
Fiziki qanun və hadisələrin praktikada və elmi-texniki tərəqqininin uyğun istiqamətində tətbiqi yolları və metodlarını bilməlidir
COMPETENCY-27494
Kimyanın əsas anlayışları və qanunlarını, maddə quruluşunun əsaslarını, kimyəvi proseslərin gedişinin ümumi qanunauyğunluqlarını bilməlidir
COMPETENCY-25709
Müasir standartların (ESKD və ESTD) tələbləri çərçivəsində layihə, konstruktor və texnoloji sənədlər komplektinin işlənməsində iştirak edə bilmək bacarığına malik olmalıdır
COMPETENCY-44056
Sabit və dəyişən elektrik dövrələrinin analizini, hesablanmasını, keçid proseslərini bilməlidir
COMPETENCY-98301
Mülkü müdafiə işinin təşkilini, kütləvi qırğın silahlarından fərdi və kollektiv mühafizə tədbirlərini, sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırılması məsələlərini bilməlidir
COMPETENCY-53738
Elektrodinaimkanın əsas tənliklərini (Maksvel tənlikləri), radiodalğaların əks olunması, keçməsi və difraksiyasını, istiqamətləndirici sistemləri, ionosfer, troposfer və stratosferdə radiodalğaların yayılmasını xüsusiyyətlərini bilməlidir
COMPETENCY-39770
Siqnalların güclənməsi, detektə olunması və çevirilməsi məsələlərini bilməlidir
COMPETENCY-59813
Alqoritmləşdirmə və proqramlaşdırmanın əsaslarını, alqoritmlərin təqdim edilmə üsullarını bilməlidir
COMPETENCY-89235
Siqnalların çevrilməsi üsullarını, zaman və tezlik xarakteristikalarını, rəqəmli ötürülməsi prinsiplərini, rəqəmli emalını bilməlidir
COMPETENCY-34871
Hərbi rabitə sistemlərinin elektrik qida qurğularının təsnifatını, əsas xüsusiyyətləri və parametrlərini, iş prinspini, elektrik qida qurğularına qoyulan tələbləri bilməlidir
COMPETENCY-35568
Radioverici və radioqəbuledici qurğuların rolu və yerini, onlara qoyulan texniki tələbləri, struktur sxemini, parametrlərini, antena-fider qurğularının konstruksiyalarını, parametrlərini və xarakteristikalarını bilməlidir
COMPETENCY-54441
Televiziya və videotexnikanın əsaslarını, televiziya yayım sistemlərini, DVB-T sistemində siqnalların qəbulu və formalaşdırılmasını, tətbiqi televiziya sistemlərini bilməlidir
COMPETENCY-75017
Hərbi rabitə vasitələrinin layihələndirilməsi işin təşkilini, elektrik prinspial sxemlərin tərtibi məsələlərini, konstruktiv və elektromontaj hesablanmasını bilməlidir
COMPETENCY-61839
Siqnalların təsnifatını, onların riyazi modellərini, spektral analizini, modulyasiya növlərini, impuls, keçid və tezlik xarakteristikalarını, süzgəclənməsini, radioqəbulun maneəyədavamlılıq məsələlərini bilməlidir
İxtisas səriştələri· 18
COMPETENCY-23216
Ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqları
COMPETENCY-90819
Ixtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına
COMPETENCY-99995
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma bacarığı
COMPETENCY-46138
Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqları
COMPETENCY-47493
Iş yerində informasiya texnologiyalarından istifadə etmək bacarığı
COMPETENCY-54474
Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq bacarığına
COMPETENCY-52765
Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq bacarığı
COMPETENCY-68742
Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək bacarığı
COMPETENCY-32323
Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tədbiq etmək bacarıqları
COMPETENCY-71790
Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtdan səmərəli istifadə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığı
COMPETENCY-46783
Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığı
COMPETENCY-15523
Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü qiymətləndirmək və özünütənqid bacarığı
COMPETENCY-41793
Gələcək peşə fəaliyyətlərinə dair normativ və hüquqi sənədlərin tərtibinə və onlardan istifadə etmək, pozulmuş hüquqların bərpa yollarını bilmək bacarığı
COMPETENCY-40669
Sağlam həyat tərzini qoruyub saxlamağa
COMPETENCY-48971
Mədəniyyətlərarası dialoqa hazır olmağa
COMPETENCY-45419
Tənqid və özünütənqid vərdişlərinə yiyələnməyə
COMPETENCY-36838
Yeni ideyalar irəli sürmək və əsaslandırmağa
COMPETENCY-66115
Problemli şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək bacarığına malik olmağa