Fənn · Nəqliyyat mühəndisliyi

: Yol hərəkətinin təşkilinin kompleks sxemlərinin layihələndirilməsiSillabus

MS-01266 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0126
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a)30 saat- mühazirə b) 15 saat-seminar
Auditoriyadan kənar saatlar
135 saat-sərbəst iş

Tədris metodları

  • mühazirə
  • case study
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Yol hərəkətinin təşkilinin kompleks sxemlərinin (YHTKS) nəzəri və hüquqi əsaslarını, şəhər nəqliyyat sistemlərinin davamlı inkişaf ilkələrini və mikro/makro modelləşdirmə konsepsiyalarını izah edir.

  2. CLO 2: Yol-nəqliyyat şəbəkələrində nəqliyyat və piyada axınlarının parametrlərini toplayır, müasir İT/GIS və detektor məlumatlarını təhlil və emal edir.

  3. CLO 3: Şəhərlərdə yol şəbəkəsinin buraxılış qabiliyyətini, svetofor tənzimləmə fazalarını, kəsişmələrin geo-layihələndirilməsini və parklama infrastrukturunu hesabla və optimallaşdırır.

  4. CLO 4: Nəqliyyat tələbatının proqnozlaşdırılması üçün klassik 4-pilləli modelləşdirmə (4-step model) və nəqliyyat axınlarının paylanması alqoritmlərini (Highway Capacity Manual / VISSIM / VISUM mühitində) işləyib hazırlayır.

  5. CLO 5: İntellektual Nəqliyyat Sistemləri (İNS/ITS), İctimai Nəqliyyatın üstünlük intervalları (BRT/LRT) və Yol Hərəkəti Təhlükəsizliyi AUDİT-i üzrə riskləri və effektivliyi qiymətləndirir.

  6. CLO 6: Ekoloji təsir (emissiya və səs-küy), şəhər harəkətliliyi (Sustainable Urban Mobility Plan - SUMP) və YHTKS-nin texniki-iqtisadi göstəricilərini qiymətləndirir, kompleks layihələndirmə sənədini təqdim edir.

Mövzu planı

  1. 1.
    YHTKS-nin nəzəri əsasları və şəhər mobilliyi: YHTKS-nin məqsədi, tərkibi, normativ-hüquqi bazası. Avropa (Sustainable Urban Mobility Planning – SUMP) və ABŞ təcrübəsi.Mühazirə
  2. 2.
    Yol hərəkəti parametrlərinin tədqiqi və məlumatların toplanması: Axının intensivliyi, sıxlıq, sürət və buraxılış qabiliyyəti. Müasir GPS, Radar, Looper və AI-video analitika detektorları.Mühazirə
  3. 3.
    : Nəqliyyat düyünləri və kəsişmələrin layihələndirilməsi: Birsəviyyəli və çəkisəviyyəli kəsişmələr, dairəvi hərəkət (Roundabouts) və Turbo-dairələr. Buraxılış qabiliyyətinin HCM metodikası ilə hesabıMühazirə
  4. 4.
    Svetofor tənzimlənməsinin nəzəriyyəsi və layihələndirilməsi: Fazaların bölgüsü, kritik axınlar, İzləmə intervalı və Webster alqoritmi ilə sikl müddətinin hesablanması.Mühazirə
  5. 5.
    : Koordinasiyalı svetofor idarəetməsi ("Yaşıl dalğa"): Şəbəkə daxilində koordinasiya, magistral küçələrdə fazaların sürüşdürülməsi (offset), band-width optimallaşdırılması.Mühazirə
  6. 6.
    İctimai Nəqliyyatın Təşkili və Önlik Sistemləri: Avtobus zolaqları (Dedicated Bus Lanes), BRT və LRT sistemlərinin nəqliyyat axınına inteqrasiyası. TSP (Transit Signal Priority).Mühazirə
  7. 7.
    Dayanacaq və Parklama İnfrastrukturunun Layihələndirilməsi: Parklama tələbatının proqnozlaşdırılması, On-street/Off-street parklama, dinamik qiymətləndirmə və parklama idarəetmə sxemləri.Mühazirə
  8. 8.
    Mikro və Makro Nəqliyyat Modelləşdirilməsi: Modelləşdirmə proqramlarının (PTV VISSIM, VISUM, Aimsun) iş prinsipi. 4-pilləli modelləşdirmə (Trip generation, distribution, mode choice, assignment).Mühazirə
  9. 9.
    : Piyada və Mikro-mobillik İnfrastrukturunun Təşkili: Piyada axınlarının təhlili, velosiped zolaqları, skuterlər və "Sakit Hərəkət Zonaları" (Traffic Calming Zones - 30 km/s).Mühazirə
  10. 10.
    Yol Hərəkəti Təhlükəsizliyi Mühəndisliyi və AUDİT: "Vision Zero" konsepsiyası, qəza ocaqlarının (Black Spots) tespiti, yol hərəkəti təhlükəsizliyi auditi (RSA) prosedurları.Mühazirə
  11. 11.
    : İntellektual Nəqliyyat Sistemləri (İNS) və Dinamik İdarəetmə: Dəyişkən məlumat lövhələri (VMS), Adaptiv Svetofor İdarəetməsi (SCATS, SCOOT), Smart Şəhər İNS arxitekturası.Mühazirə
  12. 12.
    YHTKS-də Yük Nəqliyyatının və Logistikanın Tənzimlənməsi: Şəhərdaxili yük daşımaları (Urban Freight), daxilolma məhdudiyyətləri, yük terminalları və "Last-Mile" logistika zonaları.Mühazirə
  13. 13.
    Ekoloji Təsir və Davamlı Hərəkətlilik (SUMP): Yol hərəkətindən yaranan zərərli qazların (CO2, NOx) və səs-küyün qiymətləndirilməsi, ekoloji zonaların (Low Emission Zones) salınmasıMühazirə
  14. 14.
    YHTKS-nin Texniki-İqtisadi Qiymətləndirilməsi və Tətbiqi: Tədbirlərin iqtisadi səmərəliliyi (BCR - Benefit-Cost Ratio), yol istifadəçilərinin vaxt itkisinin iqtisadi dəyəri (VOC & VOT).Mühazirə
  15. 15.
    YHTKS Layihə Sənədləşməsi və Gələcək Trendlər: Avtonom nəqliyyat vasitələri (AVs) və V2X texnologiyalarının hərəkətin təşkilinə təsiri. YHTKS baş planının yekun tərtibi.Mühazirə

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5