Magistr proqramı

Nəqliyyat mühəndisliyiFənn nəticələri

Magistr7006035Nəqliyyat və LogistikaNəqliyyat Logistikası və Hərəkətin Təhlükəsizliyi9 fənn

Fənn təlim nəticələri

Hər fənnin sonunda tələbənin əldə etməli olduğu nəticələr.

8 fənn
  • MS-0122

    Yol hərəkətinin avtomatlaşırılmış idarə edilməsi sistemləri

    Fənnin səhifəsi: Yol hərəkətinin avtomatlaşırılmış idarə edilməsi sistemləri
    1. CLO 1: Yol hərəkəti idarəetmə sistemlərinin əsas anlayışlarını, tarixi inkişafını və nəzəri əsaslarını izah edə bilir

    2. CLO 2: Nəqliyyat axınının idarə edilməsi üçün istifadə olunan ənənəvi və adaptiv idarəetmə strategiyalarını təhlil edə və müqayisə edə bilir;

    3. CLO 3: Nəqliyyat idarəetmə sistemlərində istifadə olunan sensor, SCADA və ITS infrastrukturunu layihələndirə bilir;

    4. CLO 4: Konkret şərait üçün müvafiq idarəetmə parametrlərini (tsikl vaxtı, faza bölgüsü və s.) hesablaya və qiymətləndirə bilir;

    5. CLO 5: Süni intellekt, maşın öyrənməsi və gücləndirici öyrənmə metodlarını nəqliyyat idarəetməsi məsələlərinə tətbiq edə bilir;

    6. CLO 6: Əlaqəli (V2X) və avtonom nəqliyyat vasitələri texnologiyalarının mövcud idarəetmə sistemləri ilə inteqrasiya imkanlarını qiymətləndirə bilir;

    7. CLO 7: Ağıllı şəhər konsepsiyası çərçivəsində nəqliyyat idarəetmə həllərini layihələndirə və əlaqədar risklər (kibertəhlükəsizlik, məxfilik) daxil olmaqla tənqidi qiymətləndirə bilir.

  • MS-0127

    Yol infrastrukturu və nəqliyyat təhlükəsizliyi

    Fənnin səhifəsi: Yol infrastrukturu və nəqliyyat təhlükəsizliyi
    1. CLO 1: Yol infrastrukturunun struktur elementlərini, konstruktiv tərkibini və yolların texniki kateqoriya, əhəmiyyət və digər meyarlar üzrə təsnifat sistemini izah edə bilir.

    2. CLO 2: Kəsişmələrin növlərini, hərəkətin təşkili sistemlərini (o cümlədən svetofor tsikli və faza sxemlərini) təhlil edə və konkret şərait üçün keçirici qabiliyyət hesablamalarını apara bilir.

    3. CLO 3: Yol-nəqliyyat hadisələrinin (YNH) səbəblərini və mexanizmini elmi əsaslarla izah edə, statistik məlumatlar əsasında "qara nöqtələri" müəyyənləşdirərək təhlil apara bilir.

    4. CLO 4: Piyada, velosiped və digər zəif qorunan hərəkət iştirakçıları üçün təhlükəsizlik tədbirlərini, həmçinin İntellektual Nəqliyyat Sistemlərinin (İNS) müasir tətbiqlərini layihələndirmə prosesinə tətbiq edə bilir.

    5. CLO 5: Milli normativ sənədlər və beynəlxalq metodologiyalar (iRAP və digərləri) əsasında yol infrastrukturunun təhlükəsizlik auditini həyata keçirə və əsaslandırılmış təkmilləşdirmə təklifləri hazırlaya bilir.

  • MS-0125

    Ağıllı şəhərlərdə yol hərəkətinin intellektual idarə edilməsi (ITS)

    Fənnin səhifəsi: Ağıllı şəhərlərdə yol hərəkətinin intellektual idarə edilməsi (ITS)
    1. CLO 1: FTN4: Eksperimental termofiziki məlumatları emal edir, statistik üsullarla qiymətləndirir və ölçmə qeyri-müəyyənliyini müəyyənləşdirir;

    2. CLO 2: Yol hərəkəti haqqında məlumatların toplanması üçün istifadə olunan sensor və detektor texnologiyalarını (indüktiv ilgəklər, video-detektorlar, radar, lidar), həmçinin nəqliyyat vasitələri və infrastruktur arasında rabitə sistemlərini (V2V, V2I, V2X) izah edə və konkret şərait üçün uyğun texnologiya seçimini əsaslandıra bilir.

    3. CLO 3: Ağıllı svetofor və adaptiv siqnal idarəetmə sistemlərinin işləmə prinsiplərini, yol hərəkəti axınının modelləşdirilməsi (makro-, mezo-, mikroskopik) və süni intellekt əsaslı proqnozlaşdırma üsullarını təhlil edərək konkret kəsişmə üçün idarəetmə həllərini layihələndirə bilir.

    4. CLO 4: Böyük məlumatların (Big Data) və maşın öyrənməsi alqoritmlərinin yol hərəkəti idarəetməsində, qəza profilaktikasında və sürücü davranışının monitorinqində tətbiqini izah edə, statistik məlumatlar əsasında təhlükə zonalarının (qara nöqtələrin) aşkarlanması metodologiyasını tətbiq edə bilir.

    5. CLO 5: Ağıllı parklanma, ağıllı ictimai nəqliyyat və avtonom nəqliyyat vasitələri sistemlərinin layihələndirilmə prinsiplərini, həmçinin İNS layihələrində kiber-təhlükəsizlik risklərini və iqtisadi səmərəlilik meyarlarını əsaslandırılmış şəkildə qiymətləndirə bilir.

  • MS-0123

    Şəhərlərin yol-nəqliyyat infrastrukturu

    Fənnin səhifəsi: Şəhərlərin yol-nəqliyyat infrastrukturu
    1. CLO 1: Şəhərlərin nəqliyyat infrastrukturunun təşkili qaydalarını və normativ tələbləri izah edir və tətbiq edir.

    2. CLO 2: Şəhərlərin yol-nəqliyyat infrastruktur bazasının yaranmasının əsaslarını və prinsiplərini düzgün şərh edir.

    3. CLO 3: Şəhər nəqliyyat infrastrukturuna qoyulan əsas tələbləri müəyyənləşdirir və qiymətləndirir.

    4. CLO 4: Şəhər (yaşayış məntəqəsinin) küçə və yollarının təsnifatını, kəsişmələr və birləşmələr, yolayrıclarını analitik üsullarla təhlil edir.

    5. CLO 5: Piyada yolları, səkilər və panduslar, piyada keçidləri, velosiped yolları, ümumi istifadədə olan sərnişin nəqliyyatı infrastrukturları, avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri), dəmir yolu, hava, dəniz və daxili su nəqliyyatı (limanları) üçün mühəndislik və təşkilati tədbirlər hazırlayır.

    6. CLO 6: Müasir informasiya və rəqəmsal texnologiyalardan istifadə etməklə şəhərlərin nəqliyyat infrastrukturunun təşkilinə dair praktiki məsələləri həll edir.

  • MS-0126

    : Yol hərəkətinin təşkilinin kompleks sxemlərinin layihələndirilməsi

    Fənnin səhifəsi: : Yol hərəkətinin təşkilinin kompleks sxemlərinin layihələndirilməsi
    1. CLO 1: Yol hərəkətinin təşkilinin kompleks sxemlərinin (YHTKS) nəzəri və hüquqi əsaslarını, şəhər nəqliyyat sistemlərinin davamlı inkişaf ilkələrini və mikro/makro modelləşdirmə konsepsiyalarını izah edir.

    2. CLO 2: Yol-nəqliyyat şəbəkələrində nəqliyyat və piyada axınlarının parametrlərini toplayır, müasir İT/GIS və detektor məlumatlarını təhlil və emal edir.

    3. CLO 3: Şəhərlərdə yol şəbəkəsinin buraxılış qabiliyyətini, svetofor tənzimləmə fazalarını, kəsişmələrin geo-layihələndirilməsini və parklama infrastrukturunu hesabla və optimallaşdırır.

    4. CLO 4: Nəqliyyat tələbatının proqnozlaşdırılması üçün klassik 4-pilləli modelləşdirmə (4-step model) və nəqliyyat axınlarının paylanması alqoritmlərini (Highway Capacity Manual / VISSIM / VISUM mühitində) işləyib hazırlayır.

    5. CLO 5: İntellektual Nəqliyyat Sistemləri (İNS/ITS), İctimai Nəqliyyatın üstünlük intervalları (BRT/LRT) və Yol Hərəkəti Təhlükəsizliyi AUDİT-i üzrə riskləri və effektivliyi qiymətləndirir.

    6. CLO 6: Ekoloji təsir (emissiya və səs-küy), şəhər harəkətliliyi (Sustainable Urban Mobility Plan - SUMP) və YHTKS-nin texniki-iqtisadi göstəricilərini qiymətləndirir, kompleks layihələndirmə sənədini təqdim edir.

  • MS-0119

    Yol şəraitləri və yol elementlərinin YNH-də rolu

    Fənnin səhifəsi: Yol şəraitləri və yol elementlərinin YNH-də rolu
    1. CLO 1: Yolun elementlərinin hərəkət təhlükəsizliyinə təsirini izah edir.

    2. CLO 2: Təhlükəli yol sahələrində hərəkət təhlükəsizliyini tədqiq edir və qiymətləndirir.

    3. CLO 3: Müxtəlif yol infrasrukturunun təhlükəsiz tətbiqini təklif edir və onların ərazisində və yaxınlığında YNH-nin baş vermə ehtimalını analiz edir.

    4. CLO 4: Yollarda YNH-nin baş vermə ehtimalını azaltmaq üçün müasir avadanlıqlar tətbiq edir və yollara xidmət səviyyəsini yüksəldir

    5. CLO 5: Komanda şəklində yolların təhlükəsiz istismarı üzrə texniki layihə təqdim edir.

  • MS-0121

    Yol-nəqliyyat hadisələrinin ekspertizası

    Fənnin səhifəsi: Yol-nəqliyyat hadisələrinin ekspertizası
    1. CLO 1: YNH-nin ekspertizasının əsas anlayışlarını və növlərini izah edir.

    2. CLO 2: YNH-nin ekspertizasının aparılma qaydasını, ekpertizanın aparılması üçün ilkin göstəriciləri və texniki parametrləri izah edir.

    3. CLO 3: Proqnozların dəqiqliyini qiymətləndirmək üçün xəta metrikalarını hesablayır və modelin parametrlərini optimallaşdırır.

    4. CLO 4: Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin ekspertizasını tətbiq edir

    5. CLO 5: Komanda şəklində YNH-nin ekspertizası üzrə texniki layihə təqdim edir.

  • MS-0124

    Yol-nəqliyyat kompleksinin intellektual idarəetmə sistemləri

    Fənnin səhifəsi: Yol-nəqliyyat kompleksinin intellektual idarəetmə sistemləri
    1. CLO 1: YNK-nin intellektual idarəetmə sistemlərinin əsas məvhumlarını və terminlərini izah və təhlil edir.

    2. CLO 2: YNK-nin intellektual idarəetmə sistemlərinin üstünlüklərini və tətbiq yollarını izah edir.

    3. CLO 3: İntellektual nəqliyyat sistemlərinin infrastrukturunu təhlil və tətbiq edir

    4. CLO 4: Nəqliyyatda əməliyyat xərclərini, KPI (Əsas səmərəlilik göstəriciləri) meyarlarını və xidmət keyfiyyətini təhlil edir.

    5. CLO 5: Müxtəlif nəqliyyat sistemlərində (hava, dəmir yolu, avtomobil) risk təhlilinin əsas anlayışlarını izah edə bilir;