Fənn · Nəqliyyat mühəndisliyi
Şəhərlərin yol-nəqliyyat infrastrukturu
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənn təlim nəticələri
CLO 1: Şəhərlərin nəqliyyat infrastrukturunun təşkili qaydalarını və normativ tələbləri izah edir və tətbiq edir.
CLO 2: Şəhərlərin yol-nəqliyyat infrastruktur bazasının yaranmasının əsaslarını və prinsiplərini düzgün şərh edir.
CLO 3: Şəhər nəqliyyat infrastrukturuna qoyulan əsas tələbləri müəyyənləşdirir və qiymətləndirir.
CLO 4: Şəhər (yaşayış məntəqəsinin) küçə və yollarının təsnifatını, kəsişmələr və birləşmələr, yolayrıclarını analitik üsullarla təhlil edir.
CLO 5: Piyada yolları, səkilər və panduslar, piyada keçidləri, velosiped yolları, ümumi istifadədə olan sərnişin nəqliyyatı infrastrukturları, avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri), dəmir yolu, hava, dəniz və daxili su nəqliyyatı (limanları) üçün mühəndislik və təşkilati tədbirlər hazırlayır.
CLO 6: Müasir informasiya və rəqəmsal texnologiyalardan istifadə etməklə şəhərlərin nəqliyyat infrastrukturunun təşkilinə dair praktiki məsələləri həll edir.