Fənn · Nəqliyyat mühəndisliyi

Yol infrastrukturu və nəqliyyat təhlükəsizliyi

MS-01276 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənn təlim nəticələri

  1. CLO 1: Yol infrastrukturunun struktur elementlərini, konstruktiv tərkibini və yolların texniki kateqoriya, əhəmiyyət və digər meyarlar üzrə təsnifat sistemini izah edə bilir.

  2. CLO 2: Kəsişmələrin növlərini, hərəkətin təşkili sistemlərini (o cümlədən svetofor tsikli və faza sxemlərini) təhlil edə və konkret şərait üçün keçirici qabiliyyət hesablamalarını apara bilir.

  3. CLO 3: Yol-nəqliyyat hadisələrinin (YNH) səbəblərini və mexanizmini elmi əsaslarla izah edə, statistik məlumatlar əsasında "qara nöqtələri" müəyyənləşdirərək təhlil apara bilir.

  4. CLO 4: Piyada, velosiped və digər zəif qorunan hərəkət iştirakçıları üçün təhlükəsizlik tədbirlərini, həmçinin İntellektual Nəqliyyat Sistemlərinin (İNS) müasir tətbiqlərini layihələndirmə prosesinə tətbiq edə bilir.

  5. CLO 5: Milli normativ sənədlər və beynəlxalq metodologiyalar (iRAP və digərləri) əsasında yol infrastrukturunun təhlükəsizlik auditini həyata keçirə və əsaslandırılmış təkmilləşdirmə təklifləri hazırlaya bilir.