Ümumi məlumat
- Fənn kodu
- MS-0127
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat mühazirə b) 15 saat məşğələ
- Auditoriyadan kənar saatlar
- a) 135 saat sərbəst iş
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- təqdimatlar
- seminar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Yol infrastrukturunun struktur elementlərini, konstruktiv tərkibini və yolların texniki kateqoriya, əhəmiyyət və digər meyarlar üzrə təsnifat sistemini izah edə bilir.
CLO 2: Kəsişmələrin növlərini, hərəkətin təşkili sistemlərini (o cümlədən svetofor tsikli və faza sxemlərini) təhlil edə və konkret şərait üçün keçirici qabiliyyət hesablamalarını apara bilir.
CLO 3: Yol-nəqliyyat hadisələrinin (YNH) səbəblərini və mexanizmini elmi əsaslarla izah edə, statistik məlumatlar əsasında "qara nöqtələri" müəyyənləşdirərək təhlil apara bilir.
CLO 4: Piyada, velosiped və digər zəif qorunan hərəkət iştirakçıları üçün təhlükəsizlik tədbirlərini, həmçinin İntellektual Nəqliyyat Sistemlərinin (İNS) müasir tətbiqlərini layihələndirmə prosesinə tətbiq edə bilir.
CLO 5: Milli normativ sənədlər və beynəlxalq metodologiyalar (iRAP və digərləri) əsasında yol infrastrukturunun təhlükəsizlik auditini həyata keçirə və əsaslandırılmış təkmilləşdirmə təklifləri hazırlaya bilir.
Mövzu planı
- 1.Yol infrastrukturunun əsas elementləri və təsnifatıMühazirə
- 2.Yolların layihələndirilməsinin əsas prinsipləriMühazirə
- 3.Yol hərəkətinin təşkilinin ümumi prinsipləriMühazirə
- 4.Yol nişanları, üfüqi və şaquli nişanlanma xətləriMühazirə
- 5.Kəsişmələrin növləri və layihələndirilməsiMühazirə
- 6.Svetoforla nizamlanan kəsişmələrin iş rejimləri və koordinasiyasıMühazirə
- 7.Yolun buraxma qabiliyyəti və hərəkət intensivliyinin təhlili metodlarıMühazirə
- 8.Piyada və velosiped hərəkətinin təşkili və təhlükəsizliyiMühazirə
- 9.Yol-nəqliyyat hadisələrinin (YNH) səbəbləri, təsnifatıMühazirə
- 10.YNH-lərin təhlili, uçotu və statistik qiymətləndirilmə metodlarıMühazirə
- 11.Yolun texniki-istismar vəziyyətinin hərəkət təhlükəsizliyinə təsiriMühazirə
- 12.Şəhərdaxili yollarda hərəkət təhlükəsizliyi tədbirləriMühazirə
- 13.Şəhərlərarası yollarda təhlükəsizlik tədbirləriMühazirə
- 14.İntellektual Nəqliyyat Sistemləri (İNS) və onların tətbiqiMühazirə
- 15.Yol infrastrukturunun monitorinqi, təhlükəsizlik auditi və beynəlxalq normativ sənədlərMühazirə
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |