Fənn · Maşın mühəndisliyi (master)

RPİ dəzgahlarında emal texnologiyaları və proqramlaşdırmaSillabus

MS-10016 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1001
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
Mühazirə:30 Seminar:15
Auditoriyadan kənar saatlar
TSİ:81 MRTSİ:54

Fənn haqqında

RPİ dəzgahlarında emal texnologiyaları və proqramlaşdırma” fənni magistratura səviyyəsində təhsil alan tələbələrə rəqəmsal proqramla idarə olunan dəzgahların quruluşu, iş prinsipi, texnoloji imkanları və proqramlaşdırma əsaslarını öyrətmək məqsədi daşıyır. Kursun proqramı çərçivəsində torna və frez tipli RPİ dəzgahlarında koordinat sistemlərinin və sıfır nöqtələrinin təyini, G və M kodları əsasında idarəetmə proqramlarının strukturu və tətbiqi ətraflı şəkildə əhatə olunur. Tədris müddətində magistrantlar mürəkkəb formalı hissələrin kontur emalı, kəsmə rejimlərinin optimallaşdırılması, alətlərin korreksiyası və CAM proqram təminatında emal trayektoriyalarının qurulması üzrə praktiki bacarıqlara yiyələnirlər. Bu fənni öyrənməzdən əvvəl tələbələrin maşınqayırma texnologiyasının əsasları, kəsmə alətlərinin parametrləri və CAD/CAM sistemlərindən istifadə üzrə ilkin biliklərə malik olması zəruridir. CAD/CAM/CAE sistemləri, süni intellekt metodları və texnoloji proseslərin optimallaşdırılması kimi fənlərlə sıx bağlı olan bu kurs, tələbələrin rəqəmsal istehsalat mühitində idarəetmə proqramlarını simulyasiya şəraitində yoxlamaq, verifikasiya etmək və əsaslandırılmış texnoloji qərarlar qəbul etmək vərdişlərini formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • seminar
  • təqdimatlar
  • interaktiv müzakirə
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

  1. 1. N.D. Yusubov, F.Q. Əmirov, M.K. Səmədov, H.M. Abbasova. “Maşınqayırmada texnoloji proseslərin kompyuter layihələndirilməsi (Maşınqayırmada texniki sistemlərin kompyuter idarə olunması)”. – Bakı: AzTU, 2015 – 147 s.
  2. 2. Yusubov N.D., Məmmədov A.M. Maşınqayırma tex¬noloji proseslərinin layihələndiril-məsi (Rəqəmli proqramla idarəolunan dəzgahlarda texnoloji əməliyyatların layihələn-dirilməsi). Dərs vəsaiti – Bakı: AzTU, 2005, 156 s.
  3. 3. Yusubov N.D. “Maşınqayırmada texnoloji proseslərin kompüter layihələndirilməsi (Elektron kataloqlardan kəsən alətlərin avtomatlaşdırılmış seçilməsi)”. – Bakı: AzTU, 2012 – 53 s.
  4. 4. Abouel Nasr E., Kamrani A. K. Computer-Based Design and Manufacturing. New York: Springer, 2006. – 253 p. URL: https://industri.fatek.unpatti.ac.id/.../253-Computer-Based-Design-and-Manufacturing-Emad-Abouel-Nasr-Ali-K.-Kamrani-Edisi-1-2006.pdf
  5. 5. Муленко В. В. Компьютерные технологии автоматизированного проектирования: учебное пособие. Москва: РГУ нефти и газа им. И. М. Губкина, 2012.–146 с. URL: https://www.gubkin.ru/.../osnovi_avtom_proekt.pdf
  6. 6. А.В.Петухов, Д.В. Мельников, В.М. Быстренков «Системы автоматизированного проектирования техно¬логических процессов» Учебное пособие, Гомел-2011.-144с.
  7. 7. Е. И. Яблочников, Ю. Н. Фомина, А. А. Саломатина. Компьютерные технологии в жизненном цикле изделия: учебное пособие. Санкт-Петербург: СПбГУ ИТМО, 2010. – 188 с. URL: https://books.ifmo.ru/file/pdf/678.pdf
  8. 8. Технология изготовления деталей на станках с ЧПУ. Производственное оборудование и основы программирования операций: учеб. пособие /А.Б. Чуваков; НГТУ им. Р.Е. Алексеева. Нижний Новгород, 2011. – 149 с.
  9. 9. Levin O., Discrete Mathematics: An Open Introduction, 4th ed. – [s.l.]: Open Textbooks / University of Minnesota, 2020. – ~500 s. URL: https://discrete.openmathbooks.org/pdfs/dmoi4.pdf
  10. 10. Гузеев В.И., Батуев В.А., Сурков И.В. Режимы резания для токарных и сверлильно-фрезерно-расточ¬ных станков с числовым програмным управлением: Справочник. 2-е изд./ Под ред. В.И. Гузеева. М.: Машиностроение, 2007. 368 с.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5