Magistr proqramı

Maşın mühəndisliyi (master)

Magistr7006025Maşınqayırma və MetallurgiyaMaşınqayırma Texnologiyası29 fənn

Proqram haqqında

7006025 – "Maşın mühəndisliyi" ixtisası üzrə magistratura səviyyəsinin təhsil proqramı çərçivə sənədi "Təhsil haqqında" Qanuna, əmək bazarının müasir tələblərinə və qabaqcıl beynəlxalq təcrübəyə əsasən yenilənərək hazırlanmışdır. Magistr səviyyəsi üzrə əyani proqramın təhsil müddəti 2 il, tələb olunan ümumi kredit həcmi isə 120 ECTS krediti təşkil edir. Proqram ali təhsil müəssisələrində bu istiqamətdə kadr hazırlığı aparan xüsusi ixtisaslaşma proqramlarının əsasını qoyur.

Dərəcə tələbləri

Magistraturada təhsilalanın 5 günlük iş rejimində həftəlik ümumi yükü 45 akademik saatdır. Bunun 12-16 akademik saatı auditoriya saatlarının (mühazirə, seminar və laboratoriya) payına düşür. Qalan hissə isə elmi-tədqiqat işlərinə, magistr dissertasiyasının hazırlanmasına və auditoriyadankənar müstəqil işlərə ayrılır. Hər bir universitet spesifik ixtisaslaşma üzrə ayrıca təhsil proqramı modulları tətbiq etməlidir.

Proqramı araşdırın