Magistr proqramı

Maşın mühəndisliyi (master)Səriştələr

Magistr7006025Maşınqayırma və MetallurgiyaMaşınqayırma Texnologiyası29 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

9 səriştə

Peşə səriştələri· 4

  • COMPETENCY-65896

    Elmi və Analitik sahədə: Müasir proqram təminatlarından (CAD/CAE, MATLAB, ANSYS və s.) istifadə etməklə mürəkkəb mexaniki sistemlərin riyazi modelləşdirilməsini, dinamiki vəziyyətinin simulyasiyasını aparmaq.

  • COMPETENCY-70813

    Texnoloji-Modernləşdirmə sahəsində: Maşınqayırma istehsalatının modernləşdirilməsi, rəqəmsallaşdırılması (Rəqəmsal Əkiz, Süni intellekt tətbiqləri) üçün optimal texnoloji həllər və proqram təminatları hazırlamaq.

  • COMPETENCY-78164

    İqtisadi-İnovativ sahədə: Həyata keçirilən layihələrin funksional maya dəyərini hesablamaq, riskləri təhlil etmək, layihələrin innovativ potensialını və patent qabiliyyətini (patent tədqiqatları ilə) müəyyənləşdirmək.

  • COMPETENCY-90380

    İxtisaslaşmış sənaye sahəsində: Seçilmiş istiqamətdən asılı olaraq (məsələn: kompüter texnologiyaları, tökmə-qaynaq və ya renovasiya) istehsal proseslərini proqramlaşdırmaq, yeni texnoloji avadanlıqları müstəqil seçmək və sınaq metodikalarını qurmaq.

İxtisas səriştələri· 5

  • COMPETENCY-55185

    Peşəkar fəaliyyət çərçivəsində gözlənilməz, qeyri-müəyyən və mürəkkəb mühəndislik məsələlərini müstəqil şəkildə həll edə bilmək.

  • COMPETENCY-67609

    Perspektiv mühəndislik layihələrini və metodlarını müstəqil təklif etmək, planlaşdırmaq və nəticələrini tənqidi təhlil etmək.

  • COMPETENCY-70978

    Məhdud informasiya şəraitində konkret vaxt çərçivəsində sistemli problemlərin səbəbini araşdırmaq və aradan qaldırmaq.

  • COMPETENCY-73176

    Problemlərin akademik həlli gedişatını və nəticələrini Azərbaycan və xarici dildə həm mütəxəssislərə, həm də qeyri-mütəxəssislərə şifahi/yazılı əsaslandıra bilmək.

  • COMPETENCY-89498

    Öz bilik, bacarıq və tədqiqat nəticələrini müxtəlif innovativ üsullarla başqalarına peşəkar səviyyədə ötürmək (tədris etmək).