Fənn · İnformasiya təhlükəsizliyi (master)
Veb texnologiyalarının əsasları
Fənn haqqında
Kredit
6
İş yükü
135saat
Semestr
Yaz
Tədris ili
1
Fənnin təsviri
Fənn müasir veb texnologiyalarının əsas prinsiplərini, veb tətbiqlərin quruluşunu və fəaliyyət mexanizmlərini öyrənməyi nəzərdə tutur. Fənn çərçivəsində vebin əsas anlayışları, müştəri-server arxitekturası, HTTP/HTTPS protokolları, HTML, CSS və JavaScript texnologiyaları, veb səhifələrin strukturlaşdırılması və interaktivliyinin təmin edilməsi öyrənilir. Həmçinin veb serverlərin iş prinsipləri, domen və hostinq anlayışları, məlumatların veb üzərindən ötürülməsi, server və müştəri tərəfli proqramlaşdırmanın əsasları və veb tətbiqlərin hazırlanması prinsipləri nəzərdən keçirilir. Fənn tələbələrdə veb texnologiyalarından istifadə etməklə sadə və funksional veb səhifə və tətbiqlər hazırlamaq, veb komponentlərin qarşılıqlı əlaqəsini anlamaq və müasir veb həllərinin əsas texniki prinsiplərini tətbiq etmək üzrə nəzəri və praktiki bacarıqlar formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Veb proqramlaşdırma dillərini və mühitlərini (HTML, CSS, JavaScript, PHP, Python, Node.js, React, Angular, Django, Laravel və s.) bilir və həmin dillərdə proqramlaşdırır.
CLO 2: Müştəri-server əsaslı tətbiqlərin qurulması və qarşılıqlı əlaqəsinin təmin edilməsini bilir, RESTful API-lər, AJAX texnologiyası tətbiq edir, mikroxidmət arxitekturasını təşkil edir, HTTPS, TLS/SSL protokolları ilə məlumatların təhlükəsiz ötürülməsi, token əsaslı autentifikasiya (OAuth 2.0, JWT (JSON Web Token), SSO və MFA), sessiyaların idarə olunması və cookie təhlükəsizliyi texnologiyalarını tətbiq edir.
CLO 3: Veb texnologiya mühitində məlumatların konfidensiallığı, bütövlüyü və əlçatanlığının (CIA modeli) təmin edilməsi üsullarını, identifikasiya və autentifikasiya prosedurlarını tətbiq edir. SAST, DAST, IAST kimi təhlükəsizlik testləri metodologiyalarını, əl ilə və avtomatlaşdırılmış zəiflik aşkarlama vasitələrini (Burp Suite, OWASP
CLO 4: Təhlükəsiz proqramlaşdırma prinsipləri, kodda zəifliklərin aşkarlanması və qarşısının alınması, OWASP Top 10 zəifliklərin aşkarlnaması və qorunma vasitələrini (SQL Injection, Cross- Site Scripting – XSS, Cross-Site Request Forgery – CSRF, Insecure Deserialization, Broken Authentication və s.) tətbiq edir.
CLO 5: Apache, Nginx, IIS və s. serverlərin təhlükəsizlik konfiqurasiyalarını, CDN, WAF (Web Application Firewall), Reverse Proxy, DDoS qorunması texnologiyalarını, bulud əsaslı veb platformalarda təhlükəsizlik (AWS, Azure, Google Cloud) yanaşmalarını bilir və tətbiq edir.
CLO 6: Veb sistemləri üçün tənzimləyici normativ sənədlərin və standartların (ISO/IEC 27001, GDPR, PCI-DSS, NIST və s.) bilir, veb sistemlərin onların tələblərinə uyğunluğunu qiymətləndirir və təmin edir.