Fənn · İnformasiya təhlükəsizliyi (master)

Blokçeyn texnologiyalarının əsasları

MS-14196 kreditYaz semestriSeçmə1

Fənn haqqında

Kredit

6

İş yükü

135saat

Semestr

Yaz

Tədris ili

1

Fənnin təsviri

Bu fənn blokçeyn texnologiyalarının nəzəri əsaslarının, iş prinsiplərinin və tətbiq sahələrinin öyrənilməsini nəzərdə tutur. Fənn çərçivəsində paylanmış reyestr texnologiyaları, blokların strukturu, kriptoqrafik heş funksiyaları, rəqəmsal imza, konsensus alqoritmləri və blokçeyn şəbəkələrinin arxitekturası araşdırılır. Eyni zamanda, ictimai və özəl blokçeyn şəbəkələri, ağıllı müqavilələr (smart contracts), mərkəzləşdirilməmiş tətbiqlər (DApps), kriptovalyutalar və rəqəmsal aktivlərin idarə olunması prinsipləri öyrənilir. Fənn tələbələrdə blokçeyn sistemlərinin təhlükəsizlik mexanizmlərini, məlumatların bütövlüyünün və şəffaflığının təmin edilməsi üsullarını, mövcud təhlükəsizlik risklərini və zəifliklərini təhlil etmək, həmçinin blokçeyn texnologiyalarının maliyyə, sənaye, logistika və informasiya təhlükəsizliyi sahələrində tətbiqi üzrə nəzəri bilik və praktiki bacarıqlar formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Paylanmış reyestrlər (DLT), blok strukturları və konsensus alqoritmləri (Proof of Work, Proof of Stake, BFT və s.) haqqında biliyə malik olur, blokçeyn şəbəkələrinin layihələndirilməsi, növləri (public, private, consortium) və funksional modelləri ilə işləyir.

  2. CLO 2: Rəqəmsal aktivlərin iqtisadiyyatı, token modelləri, DeFi (Decentralized Finance) konseptləri, kriptovalyuta birjaları və rəqəmsal pul kisələri ilə işləyir.

  3. CLO 3: Ethereum, Hyperledger, Solana, Cardano və s. platformalarda smart müqavilələri (Solidity, Rust, Vyper dillərində) yaza bilir.

  4. CLO 4: DApp-ları (decentralized applications) layihələndirir və inkişaf etdirir, blokçeyn üzərində avtomatlaşdırılmış hüquqi və maliyyə proseslərini formalaşdırır.

  5. CLO 5: Smart müqavilələrdə zəiflikləri (reentrancy, integer overflow/underflow, access control və s.) təhlil edir, blokçeyn texnologiyalarında təhlükəsizlik risklərini təhlil edir və hücum modelləri (51% attack, Sybil attack, DAO hack və s.) ilə işləyir.

  6. CLO 6: Kriptovalyutaların və blokçeyn texnologiyalarının tənzimlənməsi üzrə beynəlxalq və lokal hüquqi normalarını bilir, AML (Anti-Money Laundering), KYC (Know Your Customer) və vergi tələblərinə uyğunluğunu nizamlayır, kriptovalyutaların və blokçeyn texnologiyalarının reallaşdırılması zamanı məlumatların məxfiliyinin qorunması üçün kriptoqrafik şifrələmə üsullarını elektron imza alqoritmlərini tətbiq edir.