Fənn · İnformasiya təhlükəsizliyi (master)
Sənaye kommunikasiya protokolları
Fənn haqqında
Kredit
6
İş yükü
135saat
Semestr
Yaz
Tədris ili
1
Fənnin təsviri
Fənn sənaye avtomatlaşdırılması və idarəetmə sistemlərində istifadə olunan kommunikasiya protokollarının nəzəri və praktiki əsaslarını əhatə edir. Fənn çərçivəsində sənaye şəbəkələrinin arxitekturası, kommunikasiya modelləri və məlumat mübadiləsi prinsipləri, həmçinin Modbus TCP/RTU, PROFIBUS, PROFINET, EtherNet/IP, OPC UA və digər geniş yayılmış sənaye protokollarının iş prinsipləri öyrənilir. Həmçinin PLC, RTU, HMI, SCADA və digər sənaye qurğuları arasında məlumat mübadiləsi, real vaxt rejimində kommunikasiya, şəbəkə topologiyaları, protokolların performans və etibarlılıq xüsusiyyətləri nəzərdən keçirilir. Fənn tələbələrdə sənaye kommunikasiya protokollarını təhlil etmək və seçmək, sənaye qurğuları arasında məlumat mübadiləsini təşkil etmək, şəbəkə parametrlərini konfiqurasiya etmək və sənaye kommunikasiya sistemlərinin etibarlı fəaliyyətini təmin etmək üzrə nəzəri və praktiki bacarıqlar formalaşdırır.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.