Subject · Information security (master)
Sənaye kommunikasiya protokolları
About this subject
Credits
6
Workload
135hours
Semester
Spring
Academic year
1
Description
Fənn sənaye avtomatlaşdırılması və idarəetmə sistemlərində istifadə olunan kommunikasiya protokollarının nəzəri və praktiki əsaslarını əhatə edir. fənn çərçivəsində sənaye şəbəkələrinin arxitekturası, kommunikasiya modelləri və məlumat mübadiləsi prinsipləri, həmçinin modbus tcp/rtu, profibus, profinet, ethernet/ip, OPC UA və digər geniş yayılmış sənaye protokollarının iş prinsipləri öyrənilir. həmçinin plc, rtu, hmi, SCADA və digər sənaye qurğuları arasında məlumat mübadiləsi, real vaxt rejimində kommunikasiya, şəbəkə topologiyaları, protokolların performans və etibarlılıq xüsusiyyətləri nəzərdən keçirilir. fənn tələbələrdə sənaye kommunikasiya protokollarını təhlil etmək və seçmək, sənaye qurğuları arasında məlumat mübadiləsini təşkil etmək, şəbəkə parametrlərini konfiqurasiya etmək və sənaye kommunikasiya sistemlərinin etibarlı fəaliyyətini təmin etmək üzrə nəzəri və praktiki bacarıqlar formalaşdırır.
Course learning outcomes
No learning outcomes have been added.