Fənn · İnformasiya təhlükəsizliyi (master)

İnformasiya təhlükəsizliyi layihələrinin idarə edilməsi

MM-14066 kreditPayız semestriMəcburi2

Fənn haqqında

Kredit

6

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

2

Fənnin təsviri

Fənn informasiya təhlükəsizliyi sahəsində layihələrin planlaşdırılması, təşkili, icrası, monitorinqi və qiymətləndirilməsinin nəzəri və praktiki əsaslarını əhatə edir. Fənn çərçivəsində informasiya təhlükəsizliyi layihələrinin məqsəd və əhatə dairəsinin müəyyənləşdirilməsi, layihə planının hazırlanması, resursların və iş bölgüsünün təşkili, vaxt və büdcənin idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması öyrənilir. Həmçinin təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi, layihə iştirakçıları arasında kommunikasiya, təhlükəsizlik nəzarətlərinin tətbiqi, layihənin icrasının monitorinqi, keyfiyyətin qiymətləndirilməsi və insidentlərin idarə edilməsi məsələləri nəzərdən keçirilir. Fənn tələbələrdə informasiya təhlükəsizliyi layihələrini sistemli şəkildə planlaşdırmaq və idarə etmək, təhlükəsizlik risklərini və resursları düzgün qiymətləndirmək, layihənin icra prosesinə nəzarət etmək və müəyyən edilmiş məqsədlərə uyğun təhlükəsiz və effektiv layihə nəticələri əldə etmək üzrə nəzəri və praktiki bacarıqlar formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: İnformasiya təhlükəsizliyi layihələrinin idarə edilməsinin əsas prinsiplərini, beynəlxalq standartları (ISO/IEC 27001, NIST, PMBOK) və metodologiyaları (Waterfall, Agile, DevSecOps) izah edir.

  2. CLO 2: Layihənin resurs, zaman, büdcə və riski idarəetmə balanslarını (Project Management Triangle) kiberdayanıqlılıq layihələrinə tətbiq edir.

  3. CLO 3: İnformasiya təhlükəsizliyi layihələrində yarana biləcək texniki, təşkilati və normativ uyğunluq (compliance) problemlərini analiz edir və həll yolları təklif edir.

  4. CLO 4: Təhlükəsizlik auditlərinin, nüfuzetmə testlərinin (Penetration Testing) və risk qiymətləndirmələrinin nəticələrini şərh edir və texniki/idarəetmə hesabatları hazırlayır.

  5. CLO 5: Komanda şəklində kompleks informasiya təhlükəsizliyi layihəsini (WBS, risk matrisi, büdcə və s. daxil olmaqla) işləyib hazırlayır və peşəkar səviyyədə təqdim edir.