Fənn · İnformasiya təhlükəsizliyi (master)
Kriptoqrafiyanın əsaslarıMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Kriptoqrafiyanın əsas anlayışları
Kriptoqrafiyanın əsas anlayışları, məqsədləri və prinsipləri öyrənilir. Açıq və qapalı mətn, açar, şifrələmə və deşifrələmə anlayışları, həmçinin informasiyanın məxfiliyinin, bütövlüyünün və autentikliyinin təmin edilməsi prinsipləri nəzərdən keçirilir.
2. Klassik şifrlər
MühazirəKlassik şifrələmə üsulları, o cümlədən əvəzetmə və yerdəyişmə şifrləri öyrənilir. Klassik şifrlərin qurulma prinsipləri, tətbiq xüsusiyyətləri, kriptanaliz üsulları və əsas çatışmazlıqları araşdırılır.
3. Axın şifrləri
MühazirəAxın şifrlərinin iş prinsipləri və açar axınının formalaşdırılması üsulları öyrənilir. Məlumatların şifrələnməsi və deşifrələnməsi prosesləri, axın şifrlərinin tətbiq xüsusiyyətləri və açar materialına qoyulan tələblər nəzərdən keçirilir.
4. Blok şifrələri
MühazirəBlok şifrələməsinin əsas prinsipləri və məlumatların sabit uzunluqlu bloklar şəklində emalı öyrənilir. Blok şifrlərinin strukturu, iş rejimləri və kriptoqrafik təhlükəsizliyə dair əsas tələblər araşdırılır.
5. DES (Data Encryption Standard) şifri
MühazirəDES alqoritminin strukturu və iş prinsipi öyrənilir. Şifrələmə və deşifrələmə mərhələləri, raund strukturu, açarların formalaşdırılması və alqoritmin əsas xüsusiyyətləri nəzərdən keçirilir.
6. AES (Advanced Encryption Standard) standartı
MühazirəAES standartının strukturu və iş prinsipi öyrənilir. Məlumatların əsas çevrilmə mərhələləri, bloklar və açarlar üzərində aparılan əməliyyatlar, raund strukturu, iş rejimləri və kriptoqrafik mühafizənin xüsusiyyətləri araşdırılır.
7. Açıq açarlı kriptoqrafiya
MühazirəAsimmetrik kriptoqrafiyanın prinsipləri və simmetrik kriptoqrafiyadan fərqləri öyrənilir. Açıq və gizli açar anlayışları, açarların paylanması problemi və açıq açarlı kriptoqrafiyanın əsas tətbiq sahələri nəzərdən keçirilir.
8. RSA kriptosistemi
MühazirəRSA kriptosisteminin riyazi əsasları və iş prinsipi öyrənilir. Açarların yaradılması, məlumatların şifrələnməsi və deşifrələnməsi prosesləri, həmçinin RSA kriptosisteminin təhlükəsizlik prinsipləri nəzərdən keçirilir.
9. Diskret loqarifm əsasında kriptosistemlər
MühazirəDiskret loqarifmləmə məsələsinin mürəkkəbliyinə əsaslanan kriptosistemlər öyrənilir. Sonlu qruplarda əməliyyatların riyazi əsasları və diskret loqarifmləmə məsələsinin kriptoqrafik protokollarda tətbiqi nəzərdən keçirilir.
10. Rəqəmsal imza sxemləri
MühazirəRəqəmsal imzanın təyinatı və əsas prinsipləri öyrənilir. İmzanın yaradılması və yoxlanılması prosesləri, rəqəmsal imza sxemlərinə qoyulan tələblər və onların elektron məlumatların autentikliyinin və bütövlüyünün təmin edilməsində tətbiqi araşdırılır.
11. Kriptoqrafik heş funksiyaları
MühazirəKriptoqrafik heş funksiyalarının anlayışı və əsas xassələri öyrənilir. Heş funksiyalarının təhlükəsizlik tələbləri, kolliziya və biristiqamətlilik anlayışları, həmçinin heş funksiyalarının informasiya təhlükəsizliyində tətbiqi nəzərdən keçirilir.
12. SHA-1 heş funksiyası
MühazirəSHA-1 alqoritminin strukturu və iş prinsipi öyrənilir. Giriş məlumatlarının emalı mərhələləri, heş qiymətinin formalaşdırılması və alqoritmin kriptoqrafik sistemlərdə tətbiqi nəzərdən keçirilir. SHA-1-in müasir dövrdə kriptoqrafik dayanıqlığı ilə bağlı məhdudiyyətləri də izah edilir.
13. Kriptoqrafik protokollar
MühazirəKriptoqrafik protokolların anlayışı, təyinatı və əsas prinsipləri öyrənilir. Təhlükəsiz məlumat mübadiləsi, açarların paylanması və protokol iştirakçılarının qarşılıqlı əlaqəsi, həmçinin kriptoqrafik protokollara qoyulan təhlükəsizlik tələbləri araşdırılır.
14. Autentifikasiya protokolları
Mühazirəİnformasiya mübadiləsində iştirakçıların həqiqiliyinin təsdiqlənməsi üsulları öyrənilir. Autentifikasiya protokollarının əsas növləri, kriptoqrafik açarlardan, təsadüfi ədədlərdən və digər mexanizmlərdən istifadə, həmçinin müxtəlif hücumlardan mühafizə prinsipləri nəzərdən keçirilir.
15. Kriptovalyuta və blokçeyn
MühazirəKriptovalyuta və blokçeyn texnologiyalarının əsas anlayışları və prinsipləri öyrənilir. Blokçeyn şəbəkəsinin strukturu, bloklar və tranzaksiyalar, əməliyyatların təsdiqlənməsi mexanizmləri, məlumatların qorunmasında kriptoqrafik üsullar və mərkəzləşdirilməmiş sistemlərin iş prinsipləri araşdırılır