Fənn · İnformasiya təhlükəsizliyi (master)

İnformasiya təhlükəsizliyinin menecmenti sistemləriSillabus

MM-14026 kreditPayız semestriMəcburi2

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM-1402
Kredit
6
Tələbənin iş yükü
135
Semestr
Payız semestri
Akademik il
2
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat- seminar
Auditoriyadan kənar saatlar
a) 80 saat – sərbəst iş b) 55 saat- layihə işi və ya məsləhət saatı və s.

Fənn haqqında

İnformasiya təhlükəsizliyinin menecmenti sistemləri fənni informasiya aktivlərinin qorunması, informasiya təhlükəsizliyi risklərinin idarə edilməsi və təşkilatlarda informasiya təhlükəsizliyinin sistemli şəkildə təmin olunmasının əsas prinsiplərini öyrənir. Fənn çərçivəsində informasiya təhlükəsizliyi idarəetmə sisteminin (İTİMS) qurulması, təhlükəsizlik siyasətlərinin hazırlanması, risklərin qiymətləndirilməsi və idarə edilməsi, informasiya aktivlərinin təsnifləşdirilməsi, girişə nəzarət, insidentlərin idarə edilməsi, biznesin davamlılığı, təhlükəsizlik auditləri və monitorinq mexanizmləri nəzərdən keçirilir. Həmçinin ISO/IEC 27001 və əlaqəli standartların tələbləri, təhlükəsizlik tədbirlərinin seçilməsi və tətbiqi, uyğunluğun qiymətləndirilməsi və davamlı təkmilləşdirmə prosesləri öyrənilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • case study
  • komanda işi
  • təqdimatlar
  • layihə əsaslı öyrənmə
  • problem-based learning
  • seminar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: İnformasiya təhlükəsizliyi menecmenti sistemlərinin (ISMS) əsas prinsiplərini, elementlərini və beynəlxalq standartların (ISO/IEC 27001, NIST, COBIT və s.) tətbiq sahələrini fərqləndirə və məqsədyönlü şəkildə tətbiq edə bilir

  2. CLO 2: Təşkilatın kiberrisklərini müəyyənləşdirir, qiymətləndirir və onların azaldılması üçün uyğun idarəetmə və texniki tədbirləri seçə bilir;

  3. CLO 3: İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurları və nəzarət mexanizmləri hazırlamaq və tətbiq etmək bacarığına malikdir;

  4. CLO 4: Təhlükəsizlik insidentlərini müəyyənləşdirir, cavab planları (IRP) və biznesin davamlılığı planlarını (BCP/DRP) tərtib edə bilir;

  5. CLO 5: Audit və uyğunluq proseslərinin planlaşdırılmasını, sübutların toplanmasını və hesabatların hazırlanmasını həyata keçirə bilir;

  6. CLO 6: Komanda şəklində və ya müstəqil şəkildə kibertəhlükəsizlik idarəetmə layihələrini planlaşdırmaq, həyata keçirmək və nəticələri analiz etmək bacarığına malikdir.

Mövzu planı

  1. 1.
    İnformasiya təhlükəsizliyinin əsasları və prinsipləriMühazirə

    İnformasiya təhlükəsizliyinin əsas anlayışları, məqsədləri və prinsipləri öyrənilir. Məxfilik, bütövlük və əlçatanlıq prinsipləri, informasiya aktivləri, təhlükələr, zəifliklər və təhlükəsizlik tədbirləri haqqında fundamental biliklər formalaşdırılır.

  2. 2.
    Standartlara uyğunluqMühazirə

    İnformasiya təhlükəsizliyi sahəsində tətbiq olunan beynəlxalq standartlar və normativ tələblər öyrənilir. Təşkilatlarda təhlükəsizlik proseslərinin standartlara uyğun qurulması, uyğunluğun qiymətləndirilməsi və audit prinsipləri araşdırılır.

  3. 3.
    İnformasiya təhlükəsizliyinin idarəedilməsi sistemi (ISMS)Mühazirə

    İnformasiya Təhlükəsizliyinin İdarəedilməsi Sisteminin (ISMS) məqsədləri, strukturu və tətbiqi prinsipləri öyrənilir. Təhlükəsizlik siyasətlərinin hazırlanması, proseslərin idarə edilməsi, risklərin qiymətləndirilməsi və davamlı təkmilləşdirmə yanaşmaları araşdırılır.

  4. 4.
    Aktivlərin idarə olunması və təhlükəsizlik siyasətləriMühazirə

    İnformasiya aktivlərinin müəyyənləşdirilməsi, təsnifləşdirilməsi, inventarlaşdırılması və həyat dövrünün idarə edilməsi prinsipləri öyrənilir. Təhlükəsizlik siyasətlərinin hazırlanması, tətbiqi və təşkilati məqsədlərlə əlaqələndirilməsi araşdırılır.

  5. 5.
    Risklərin idarə edilməsiMühazirə

    İnformasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi, təhlili, qiymətləndirilməsi və idarə olunması metodları öyrənilir. Təhdidlərin və zəifliklərin müəyyən edilməsi, risklərin prioritetləşdirilməsi və risklərin azaldılması tədbirlərinin seçilməsi araşdırılır.

  6. 6.
    Təşkilati və insan təhlükəsizliyiMühazirə

    Təşkilatlarda informasiya təhlükəsizliyinin təmin edilməsində insan və təşkilati amillərin rolu öyrənilir. İşçilərin təhlükəsizlik üzrə maarifləndirilməsi, vəzifə və məsuliyyətlərin müəyyənləşdirilməsi, giriş hüquqlarının idarə edilməsi və insan faktorundan yaranan risklərin azaldılması məsələləri araşdırılır.

  7. 7.
    Fiziki təhlükəsizlikMühazirə

    İnformasiya sistemlərinin, avadanlıqların və informasiya resurslarının fiziki təhlükələrdən qorunması prinsipləri öyrənilir. Girişə fiziki nəzarət, təhlükəsizlik zonaları, müşahidə sistemləri, avadanlıqların mühafizəsi və fövqəladə hallardan qorunma tədbirləri nəzərdən keçirilir.

  8. 8.
    Texnoloji təhlükəsizlikMühazirə

    İnformasiya sistemlərinin və texnoloji infrastrukturların müasir kibertəhdidlərdən qorunması üsulları öyrənilir. Şəbəkə təhlükəsizliyi, autentifikasiya, şifrələmə, təhlükəsizlik divarları, zərərli proqramlardan müdafiə və sistemlərin təhlükəsiz konfiqurasiyası araşdırılır.

  9. 9.
    İnsidentlərin idarə edilməsiMühazirə

    İnformasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması, qeydiyyatı, təhlili, cavablandırılması və nəticələrinin aradan qaldırılması prosesləri öyrənilir. İnsidentlərə cavab planlarının hazırlanması, rolların müəyyənləşdirilməsi və insidentdən sonra bərpa tədbirləri araşdırılır.

  10. 10.
    Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC)Mühazirə

    Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) strukturu, funksiyaları və fəaliyyət prinsipləri öyrənilir. Təhlükəsizlik hadisələrinin monitorinqi, təhdidlərin aşkarlanması, loqların təhlili, insidentlərə cavab və təhlükəsizlik proseslərinin operativ idarə edilməsi araşdırılır.

  11. 11.
    İnformasiya təhlükəsizliyinə nəzarət mexanizmləriMühazirə

    İnformasiya təhlükəsizliyi risklərinin azaldılması üçün tətbiq olunan inzibati, fiziki və texniki nəzarət mexanizmləri öyrənilir. Girişə nəzarət, monitorinq, şifrələmə, ehtiyat nüsxələmə və digər təhlükəsizlik nəzarətlərinin seçilməsi və tətbiqi araşdırılır.

  12. 12.
    İnformasiya təhlükəsizliyi idarəetmənin effektivliyinin qiymətləndirilməsiMühazirə

    İnformasiya təhlükəsizliyi idarəetmə proseslərinin effektivliyinin ölçülməsi və qiymətləndirilməsi metodları öyrənilir. Təhlükəsizlik göstəriciləri, audit, monitorinq, uyğunluğun qiymətləndirilməsi və təhlükəsizlik proseslərinin davamlı təkmilləşdirilməsi məsələləri araşdırılır.

  13. 13.
    Proqram təminatının təhlükəsiz inkişafı üçün idarəetməMühazirə

    Proqram təminatının hazırlanması prosesinə təhlükəsizlik tələblərinin inteqrasiyası prinsipləri öyrənilir. Təhlükəsiz proqramlaşdırma, təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi, zəifliklərin idarə edilməsi, kodun yoxlanılması və təhlükəsiz proqram təminatının həyat dövrü araşdırılır.

  14. 14.
    Təhlükəsizlik testlərinin idarə edilməsi və DevSecOps əsaslı təhlükəsiz inkişaf mühitiMühazirə

    Proqram və informasiya sistemlərində təhlükəsizlik testlərinin planlaşdırılması, həyata keçirilməsi və nəticələrinin idarə edilməsi öyrənilir. DevSecOps yanaşmasında təhlükəsizlik tədbirlərinin CI/CD proseslərinə inteqrasiyası, avtomatlaşdırılmış testlər, zəifliklərin aşkarlanması və davamlı təhlükəsizlik nəzarəti araşdırılır.

  15. 15.
    İnformasiya təhlükəsizliyi layihələrinin idarəedilməsiMühazirə

    İnformasiya təhlükəsizliyi layihələrinin planlaşdırılması, təşkili və icrasının idarə edilməsi prinsipləri öyrənilir. Layihənin məqsədlərinin müəyyənləşdirilməsi, resurs və vaxt planlaması, risklərin idarə edilməsi, maraqlı tərəflərlə kommunikasiya və layihə nəticələrinin qiymətləndirilməsi araşdırılır.

Ədəbiyyat

  1. 1.Nair, Adarsh, and M. R. Greeshma. "Mastering Information Security Compliance Management." United Kingdom: Packt Publishing. Viitattu 2 (2023): 2024.
  2. 2.Oh, Kok-Boon, Chien-Ta Bruce Ho, and Bret Slade. Cybersecurity Risk Management: An Enterprise Risk Management Approach. Nova Science Publishers, Incorporated, 2022.
  3. 3.Brumfield, Cynthia. Cybersecurity risk management: Mastering the fundamentals using the NIST cybersecurity framework. John Wiley & Sons, 2022.
  4. 4.ISO/IEC 27001:2022 – Information Security Management Systems (ISMS) Requirements standart sənədi.
  5. 5.ITIL v4 Foundation – Service Management Practices for Cybersecurity and IT Operations.
  6. 6.https://www.nist.gov/cyberframework
  7. 7.https://www.isaca.org/resources
  8. 8.Costa-Gazcón, Valentina. Practical Threat Intelligence and Data-Driven Threat Hunting, Second Edition: Elevate Your Cybersecurity Efforts, Enhance Detection, and Defend with ATT&CK™ & Open Tools. Birmingham–Mumbai: Packt Publishing, 2024.
  9. 9.Thompson, Eric C. Cybersecurity incident response: How to contain, eradicate, and recover from incidents. Apress, 2018.
  10. 10.Bayuk, Jennifer L. Stepping through cybersecurity risk management: a systems thinking approach. John Wiley & Sons, 2024

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6