Fənn · Energetika mühəndisliyi
Ağıllı şəbəkə texnologiyalarıMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Smart Grid konsepsiyasının yaranması və inkişafının tarixi. Ənənəvi şəbəkə ilə fərq. Tətbiq etmənin effekti
Mühazirə1Ağıllı şəbəkələrin yaranma tarixi, elektrik şəbəkələrinin inkişaf mərhələləri, bərpa olunan enerji mənbələrinin geniş tətbiqinin rolu, ənənəvi şəbəkə ilə əsas fərqlər və Smart Grid-in tətbiqindən əldə olunan texniki-iqtisadi effektlər haqqında ümumi məlumat verilir.
2. “Ağıllı” şəbəkələr. Onların elementləri və əlaqələri. “Ağıllı” sayğaclar. Yük idarəetməsinin “ağıllı” strategiyaları
Mühazirə2Ağıllı şəbəkələrin (Smart Grid) əsas elementləri və aralarındakı əlaqələr, ağıllı sayğacların təyinatı və funksiyaları, istehlakçı səviyyəsində yükün idarə edilməsinin ağıllı strategiyaları (tələbin məhdudlaşdırılması, pik dövrlərdən qurtarmaq, yükün planlaşdırılması, yerində əlavə generasiya) haqqında məlumat verilir.
3. Elektroenergetikanın modernləşdirilməsi və innovasiya inkişafı strategiyasına keçid şərtləri
Mühazirə3Elektroenergetikanın yeniləşdirilməsinin zəruriliyi, innovativ inkişaf strategiyasına keçidin əsas şərtləri, elektrik enerjisi mənbələrinin defisiti, enerji qiymətlərinin artımı, ixtisaslı kadr çatışmazlığı, ekoloji tələblər və sahənin aşağı səmərəliliyi kimi amillər və risklər haqqında ümumi məlumat verilir.
4. “Smart Grid” konsepsiyasının işlənib hazırlanması prinsipləri. Yeni elektroenergetikanın əsas dəyərləri
Mühazirə4“Smart Grid” konsepsiyasının işlənib hazırlanması prinsipləri, enerji bazarının subyektləri və onların maraqları, yeni elektroenergetikanın əsas dəyərləri və müştəri yönümlülük yanaşması haqqında ümumi məlumat verilir.
5. “Smart Grid” konsepsiyasının reallaşdırılmasından əsas effektlərin iqtisadi qiymətləndirilməsi
Mühazirə6“Smart Grid” konsepsiyasının reallaşdırılmasından əldə olunan iqtisadi, ekoloji və sosial effektlərin qiymətləndirilməsi yanaşmaları, xarici tədqiqatların nəticələri və effektlərin əsas mənbələri haqqında ümumi məlumat verilir.
6. “Smart Grid” konsepsiyası əsasında enerji sisteminin funksional xüsusiyyətləri
Mühazirə5“Smart Grid” konsepsiyası əsasında enerji sisteminin funksional xüsusiyyətləri: qəza hallarında özünü bərpa etmə, istehlakçının aktiv iştirakı, neqativ təsirlərə qarşı müqavimət, elektrik enerjisinin etibarlılığı və keyfiyyəti, generasiya və yığıcı mənbələrin müxtəlifliyi, bazarların inteqrasiyası və aktivlərin idarə edilməsinin optimallaşdırılması haqqında məlumat verilir.
7. Ölçü cihazları və qurğular
7“Smart Grid” konsepsiyasının texnoloji bazisi, texnoloji bazisin inkişaf üsulları (təkamül və inqilabi), ölçü cihazları və qurğuları, müasir ölçmə və monitorinq sistemləri haqqında ümumi məlumat verilir.
8. İnnovasiya texnologiyaları və qurğuları
Mühazirə8Yeni nəsil güc elektronikası qurğuları, HVDC və FACTS texnologiyaları əsasında “güclü şəbəkələrin” formalaşdırılması, FACTS qurğularının növləri və funksiyaları, elektrik enerjisinin yığıcıları haqqında ümumi məlumat verilir.
9. Təkmilləşdirilmiş nəzarət, idarəetmə və qərarların qəbul olunması üsulları
Mühazirə9Təkmilləşdirilmiş nəzarət və idarəetmə üsulları (ACM), məlumatların yığılması və monitorinqi, məlumatların təhlili, problemlərin diaqnostikası, avtonom tədbirlərin qəbulu və operatorlar üçün qərarların qəbuluna dəstək sistemləri haqqında ümumi məlumat verilir.
10. İnteqrasiya edilmiş kommunikasiyalar
Mühazirə10İnteqrasiya olunmuş kommunikasiyaların enerji sisteminin inkişafındakı rolu, kommunikasiya infrastrukturunun texniki tələbləri (sürət, artıqlıq, etibarlılıq), açıq kommunikasiya sistemlərinin xüsusiyyətləri və imkanları haqqında ümumi məlumat verilir.
11. “Smart Grid” konsepsiyasının prioritetləri, işlənib hazırlanması və tətbiqi mərhələləri
Mühazirə11“Smart Grid” konsepsiyasının inkişaf prioritetləri, tətbiqi mərhələləri (normativ, texnoloji, texniki, informasiya və idarəetmə səviyyələri) və inkişafa prinsipial yanaşmalar haqqında ümumi məlumat verilir.
12. “Ağıllı şəhər”, “ağıllı şəbəkə” – Smart Grid konsepsiyasının tətbiqinin layihələri
Mühazirə12“Ağıllı şəhər” anlayışı, strukturu və əsas komponentləri, Smart Grid konsepsiyasının imkanlarına əsaslanan layihələr, onların faydaları və effektləri haqqında ümumi məlumat verilir.
13. Rəqəmsal yarımstansiya
Mühazirə13Rəqəmsal yarımstansiyanın əsas xüsusiyyətləri və üstünlükləri, analoq və diskret siqnalların rəqəmsal mesajlarla əvəz olunması ideyası, intellektual elektron qurğular, lokal hesablama şəbəkələri və reallaşdırma yanaşmaları haqqında ümumi məlumat verilir.
14. Mikro şəbəkələr – gələcəyin enerji mənbəyi
Mühazirə14Mikro şəbəkə (MicroGrid, virtual elektrik stansiyaları) konsepsiyası, paylanmış generasiya və bərpa olunan enerji mənbələri, mikro şəbəkələrin komponentləri, üstünlükləri və enerji sisteminin gələcək inkişafındakı rolu haqqında ümumi məlumat verilir.
15. “Smart Grid” konsepsiyasının reallaşdırılmasında mövcud çətinliklər
Mühazirə15“Smart Grid” konsepsiyasının həyata keçirilməsində mövcud çətinliklər: dövlət tənzimlənməsi və qanunvericilik, kommunikasiya, sənaye və texniki çətinliklər, bu çətinliklərin aradan qaldırılması yolları haqqında ümumi məlumat verilir.
16. Ağıllı şəbəkələrin ənənəvi şəbəkə ilə fərqi. Elementləri və əlaqələri. “Ağıllı” sayğaclar. Yük idarəetməsinin “ağıllı” strategiyaları
Məşğələ1Ağıllı şəbəkələrin ənənəvi şəbəkədən fərqi, onların elementləri və əlaqələri, ağıllı sayğaclar və yükün idarə edilməsinin ağıllı strategiyaları üzrə praktiki nümunələr təhlil edilir və məsələlər həll olunur.
17. Elektroenergetikanın modernləşdirilməsi şərtləri. “Smart Grid” konsepsiyasının prinsipləri və yeni elektroenergetikanın dəyərləri
Məşğələ2Elektroenergetikanın innovativ inkişafına keçid şərtləri, konsepsiyanın işlənib hazırlanması prinsipləri və yeni elektroenergetikanın əsas dəyərləri üzrə nümunələr əsasında təhlil aparılır, amillər və risklər müzakirə olunur.
18. Enerji sisteminin funksional xüsusiyyətləri. Effektlərin iqtisadi qiymətləndirilməsi
Məşğələ3Konsepsiya əsasında enerji sisteminin funksional xüsusiyyətləri və effektlərin iqtisadi qiymətləndirilməsi üzrə praktiki hesablamalar aparılır, nəticələr müzakirə olunur.
19. Ölçü cihazları və qurğular. İnnovasiya texnologiyaları və qurğuları
Məşğələ4Ölçü cihazları və qurğuları, FACTS əsasında “güclü” şəbəkələr və elektrik enerjisinin yığıcıları üzrə texniki nümunələr təhlil edilir, qurğuların imkanları müqayisə olunur.
20. Təkmilləşdirilmiş nəzarət, idarəetmə və qərarların qəbul olunması üsulları. İnteqrasiya edilmiş kommunikasiyalar
Məşğələ5Təkmilləşdirilmiş nəzarət, idarəetmə və qərarların qəbul olunması üsulları, habelə inteqrasiya edilmiş kommunikasiyalar üzrə praktiki nümunələr araşdırılır.
21. Konsepsiyanın prioritetləri və tətbiqi mərhələləri. “Ağıllı şəhər” layihələri
Məşğələ6Konsepsiyanın prioritetləri, tətbiqi mərhələləri və “ağıllı şəhər” layihələri üzrə real layihə nümunələri təhlil edilir və müzakirə olunur.
22. Rəqəmsal yarımstansiya. Mikro şəbəkələr
Məşğələ7Rəqəmsal yarımstansiya və mikro şəbəkələrin quruluşu, iş prinsipləri və bərpa olunan enerji mənbələrinin inteqrasiyası üzrə praktiki nümunələr təhlil edilir.
23. “Smart Grid” konsepsiyasının reallaşdırılmasında mövcud çətinliklər. Layihə təklifləri
Məşğələ8Konsepsiyanın tətbiqində mövcud çətinliklər müzakirə olunur, nümunə əsasında Smart Grid layihəsi təklifinin hazırlanması məsələsi araşdırılır.
24. “Smart Grid” konsepsiyasının işlənib hazırlanması prinsipləri. Yeni elektroenergetikanın əsas dəyərləri
Sərbəst iş1Konsepsiyanın işlənib hazırlanması prinsipləri və yeni elektroenergetikanın əsas dəyərləri müstəqil öyrənilir və PPT təqdimatı şəklində hazırlanır.
25. İnnovasiya texnologiyaları və qurğuları. İnteqrasiya edilmiş kommunikasiyalar
Sərbəst iş2İnnovasiya texnologiyaları və qurğuları, inteqrasiya edilmiş kommunikasiyalar üzrə elmi mənbələr müstəqil öyrənilir və PPT təqdimatı şəklində hazırlanır.
26. “Smart Grid” konsepsiyasının inkişafının perspektivləri və imkanları
Sərbəst iş3Konsepsiyanın inkişaf perspektivləri və yaratdığı imkanlar elmi mənbələr əsasında müstəqil araşdırılır və PPT təqdimatı şəklində hazırlanır.
27. “Ağıllı şəhər”, “ağıllı şəbəkə” – Smart Grid konsepsiyasının tətbiqinin layihələri
Sərbəst iş4“Ağıllı şəhər” və Smart Grid layihələrinin tətbiqi təcrübəsi müstəqil öyrənilir və PPT təqdimatı şəklində hazırlanır.
28. Rəqəmsal yarımstansiya. İnkişaf perspektivləri
Sərbəst iş5Rəqəmsal yarımstansiyanın xüsusiyyətləri və inkişaf perspektivləri müstəqil öyrənilir və PPT təqdimatı şəklində hazırlanır.
29. Mikro şəbəkələr – gələcəyin enerji mənbəyi
Sərbəst iş6Mikro şəbəkə konsepsiyası, quruluşu və inkişaf perspektivləri müstəqil öyrənilir və PPT təqdimatı şəklində hazırlanır.
30. “Smart Grid” konsepsiyasının reallaşdırılmasında mövcud baryerlər. “Smart Grid” inkişafına prinsipial yanaşmalar
Sərbəst iş7Konsepsiyanın reallaşdırılmasında mövcud baryerlər və inkişafa prinsipial yanaşmalar müstəqil öyrənilir və PPT təqdimatı şəklində hazırlanır.
31. Ağıllı sayğaclar və yük idarəetməsinin “ağıllı” strategiyaları
Sərbəst iş8Ağıllı sayğacların funksiyaları, yükün idarə edilməsinin ağıllı strategiyaları (tələbin məhdudlaşdırılması, pik dövrlərdən qurtarmaq, yükün planlaşdırılması, yerində əlavə generasiya) müstəqil öyrənilir və PPT təqdimatı şəklində hazırlanır.
32. FACTS əsasında “güclü” şəbəkələr. Elektrik enerjisinin yığıcıları
Sərbəst iş9FACTS qurğularının təyinatı və funksiyaları, “güclü” şəbəkələrin formalaşdırılması, elektrik enerjisinin yığıcılarının növləri və tətbiqi müstəqil öyrənilir və PPT təqdimatı şəklində hazırlanır.
33. “Smart Grid” konsepsiyasının reallaşdırılmasından effektlərin iqtisadi qiymətləndirilməsi
Sərbəst iş10Konsepsiyanın reallaşdırılmasından əldə olunan iqtisadi və ekoloji effektlərin qiymətləndirilməsi yanaşmaları müstəqil öyrənilir və PPT təqdimatı şəklində hazırlanır.