Fənn · Energetika mühəndisliyi

Bərpa olunan enerji qurğularının avtomatik tənzimlənməsi və idarə olunmasıSillabus

MS-05066 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0506
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a)30 saat mühazirə b)15 saat məşğələ
Auditoriyadan kənar saatlar
a)60 saat sərbəst iş b)75 saat məsləhət

Tədris metodları

  • mühazirə
  • seminar
  • interaktiv müzakirə
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: ● FTN1: Bərpa olunan enerji mənbələrinin təsnifatını, texniki-iqtisadi xüsusiyyətlərini və avtomatlaşdırmanın rolunu izah edir;

  2. CLO 2: ● FTN2: Avtomatik idarəetmə sistemlərinin (P, PI, PID) struktur və işləmə prinsiplərini tətbiq edir;

  3. CLO 3: ● FTN3: Günəş və külək qurğuları üçün MPPT, pitch/yaw və izləmə (tracking) alqoritmlərini modelləşdirir və təhlil edir;

  4. CLO 4: ● FTN4: SCADA və PLC əsaslı idarəetmə sistemlərini layihələndirir, akkumulyasiya (BMS) və inverter sistemlərinin idarə olunma prinsiplərini şərh edir;

  5. CLO 5: ● FTN5: Hibrid enerji sistemlərinin şəbəkəyə inteqrasiyasını qiymətləndirir, komanda halında texniki layihə hazırlayır və təqdim edir.

Mövzu planı

  1. 1.
    1. Bərpa olunan enerji sistemlərinə giriş və onların idarə olunmasıMühazirə

    Bərpa olunan enerji mənbələrinin təsnifatı, texniki-iqtisadi göstəriciləri və avtomatlaşdırmanın rolu nəzərdən keçirilir.

  2. 2.
    2. Avtomatik idarəetmə sistemlərinin əsaslarıMühazirə

    Açıq və qapalı idarəetmə konturları, ötürmə funksiyaları, P, PI və PID tənzimləyicilərin iş prinsipi öyrənilir.

  3. 3.
    3. Günəş fotoelektrik sistemlərinin quruluşu və iş prinsipiMühazirə

    Fotoelektrik çevricilərin quruluşu, volt-amper xarakteristikası və sistemin əsas elementləri araşdırılır.

  4. 4.
    4. Günəş fotoelektrik sistemlərinin idarə olunması və MPPTMühazirə

    Maksimal güc nöqtəsinin izlənməsi alqoritmləri (P&O, artan keçiricilik) və onların müqayisəsi nəzərdən keçirilir.

  5. 5.
    5. Günəş izləmə sistemləri və onların idarə olunmasıMühazirə

    Birox və ikiox izləmə sistemlərinin konstruksiyası, sensorları və idarəetmə alqoritmləri öyrənilir.

  6. 6.
    6. Külək enerji sistemlərinin quruluşu və iş prinsipiMühazirə

    Külək turbinlərinin növləri, aerodinamik xarakteristikaları və generator sistemləri araşdırılır.

  7. 7.
    7. Külək turbinlərinin avtomatik idarə olunmasıMühazirə

    Pitch və yaw idarəetməsi, fırlanma tezliyinin tənzimlənməsi və mühafizə rejimləri nəzərdən keçirilir.

  8. 8.
    8. Hidroenerji sistemlərinin avtomatik idarə olunmasıMühazirə

    Su turbinlərinin tənzimləyiciləri, su sərfinin və fırlanma tezliyinin avtomatik idarə olunması izah edilir.

  9. 9.
    9. Biokütlə və biogaz enerji sistemlərinin avtomatlaşdırılmasıMühazirə

    Biokütlə emalı prosesləri, reaktorların temperatur və təzyiq rejimlərinin avtomatik idarə olunması öyrənilir.

  10. 10.
    10. Akkumulyator enerji saxlama sistemlərinin idarə olunmasıMühazirə

    Akkumulyator növləri, doldurma-boşalma rejimləri və batareya idarəetmə sisteminin (BMS) funksiyaları araşdırılır.

  11. 11.
    11. Güc elektronikasının və inverterlərin idarə olunmasıMühazirə

    Çevricilərin sxemləri, PWM modulyasiya üsulları və şəbəkəyə sinxronlaşma prinsipləri nəzərdən keçirilir.

  12. 12.
    12. Bərpa olunan enerji sistemlərində SCADA və monitorinqMühazirə

    SCADA sisteminin strukturu, məlumat toplama, vizuallaşdırma və qəza siqnalizasiyası funksiyaları öyrənilir.

  13. 13.
    13. PLC əsaslı bərpa olunan enerji sistemlərinin idarə olunmasıMühazirə

    Proqramlaşdırıla bilən məntiqi kontrollerlərin quruluşu, proqramlaşdırma dilləri və tətbiq sahələri araşdırılır.

  14. 14.
    14. Hibrid bərpa olunan enerji sistemlərinin idarə olunmasıMühazirə

    Günəş, külək və akkumulyator qurğularının birgə işi, enerji menecmenti və rejim optimallaşdırılması nəzərdən keçirilir.

  15. 15.
    15. Bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyasıMühazirə

    Şəbəkəyə qoşulma tələbləri, gərginlik və tezliyin saxlanması, enerji keyfiyyəti məsələləri öyrənilir.

  16. 16.
    1. Bərpa olunan enerji qurğusunun avtomatik idarəetmə sxeminin MATLAB/Simulink-də layihələndirilməsiSərbəst iş

    Tələbə seçim üzrə günəş, külək və ya hibrid sistem üçün idarəetmə modeli qurur və nəticələri təhlil edir.

  17. 17.
    2. Külək elektrik stansiyalarında avtomatik idarəetmə və gücün optimallaşdırılması sistemləriMühazirə

    Tələbə külək stansiyalarında güc tənzimlənməsi alqoritmlərini araşdırır və müqayisə edir.

  18. 18.
    3. Günəş fotoelektrik qurğularında MPPT alqoritmləri və avtomatik idarəetmə sistemləriSərbəst iş

    Tələbə müxtəlif MPPT alqoritmlərini araşdıraraq effektivliyini müqayisə edir.

  19. 19.
    4. Günəş kollektorlarında temperaturun avtomatik tənzimlənməsi və ağıllı idarəetmə sistemləriSərbəst iş

    Tələbə istilik kollektorlarında temperatur tənzimləmə konturunu və sensor sistemlərini öyrənir.

  20. 20.
    5. Geotermal elektrik stansiyalarında avtomatik idarəetmə və enerji istehsalının optimallaşdırılmasıSərbəst iş

    Tələbə geotermal stansiyaların texnoloji sxemini və idarəetmə məsələlərini araşdırır.

  21. 21.
    6. Geotermal enerji ehtiyatlarının müasir texnologiyalar əsasında qiymətləndirilməsiMühazirə

    Tələbə geotermal ehtiyatların qiymətləndirilməsi metodlarını və tətbiq imkanlarını öyrənir.

  22. 22.
    7. Enerji sistemlərinin idarə olunmasında müasir texnologiyaların tətbiqiSərbəst iş

    Tələbə rəqəmsal idarəetmə texnologiyalarının enerji sistemlərində tətbiqini araşdırır.

  23. 23.
    8. İkinci dərəcəli enerji ehtiyatları və enerji təchizatı qurğularıSərbəst iş

    Tələbə ikinci dərəcəli enerji ehtiyatlarının istifadə sxemlərini və səmərəliliyini öyrənir.

  24. 24.
    9. Hidrogen energetika sistemlərində avtomatik idarəetmə və enerji axınlarının optimallaşdırılmasıSərbəst iş

    Tələbə hidrogen istehsalı və saxlanması sistemlərində idarəetmə məsələlərini araşdırır.

  25. 25.
    10. Bərpa olunan enerji qurğularında SCADA və IoT texnologiyalarının tətbiqiSərbəst iş

    Tələbə SCADA və IoT əsaslı monitorinq həllərini araşdırır və nümunə arxitektura təqdim edir.

Ədəbiyyat

  1. 1. M.M.Bəşirov, V.H.Həsənov. Bərpa olunan enerji mənbələri və qurğuları. Dərs vəsaiti. Bakı, 2011, 142 s.;(yeni pəncərədə açılır)
  2. 2. M.F.Cəlilov. Alternativ regenerativ enerji sistemləri. Dərslik. Bakı, NPM «Təhsil», 2009, 406 s.;(yeni pəncərədə açılır)
  3. 3. F.F.Məmmədov. Azərbaycanda günəş enerjisindən istifadə və müasir günəş energetik qurğuları. Dərs vəsaiti. Bakı, «Proqres», 2011, 204 s.;(yeni pəncərədə açılır)
  4. 4. Tahir Cəfərov. Bərpa olunan enerji mənbələrinin energetika sisteminə inteqrasiyasında hidroakkumulyasiya elektrik stansiyalarının rolu. Bakı, «Kövsər», 2013, 95 s.;(yeni pəncərədə açılır)
  5. 5. Peter Clark, Rebecca Klossner. Tidal Energy, 2013;(yeni pəncərədə açılır)
  6. 6. Ç.M.Çüvarlı, V.İ.Jesman. Külək və günəş enerjisi, onun çevrilməsi və istifadəsi. Bakı, 2003;(yeni pəncərədə açılır)
  7. 7. Юдаев И.В., Даус Ю.В., Гамага В.В. Возобновляемые источники энергии. Учебник. Издательство «Лань», 2020;(yeni pəncərədə açılır)
  8. 8. Klaus Jäger, Olindo Isabella. Solar Energy. Delft University of Technology, 2014;(yeni pəncərədə açılır)
  9. 9. Sorab Kumar. Solar Energy: Fundamentals, Economic and Energy Analysis. First Edition, 2017;(yeni pəncərədə açılır)
  10. 10. Masters G.M. Renewable and Efficient Electric Power Systems. Wiley;(yeni pəncərədə açılır)
  11. 11. Azərbaycan Respublikası Energetika Nazirliyinin rəsmi statistik və strateji materialları;(yeni pəncərədə açılır)
  12. 12. MATLAB/Simulink sənədləşdirmə materialları (Simscape Power Systems).(yeni pəncərədə açılır)

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5