Fənn · Energetika mühəndisliyi

İstilik elektrik stansiyalarının etibarlığı və diaqnostikasıSillabus

MS-05066 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0506
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a)30 saat mühazirə b)15 saat məşğələ
Auditoriyadan kənar saatlar
a)60 saat sərbəst iş b)75 saat məsləhət

Tədris metodları

  • mühazirə
  • seminar
  • interaktiv müzakirə
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Elektrik sisteminin etibarlıq və diaqnostika xarakteristikalarını. etibarlığın ölçülməsi və etibarlıq göstəricilərini, etibarlığın təyin olunma üsullarını və onun elmi-texniki inkişaf istiqamətlərini izah edə bilir;

  2. CLO 2: • FTN 2. Elektrik sistemlərinin etibarlıq göstəricilərinin normalaşdırılmasını və elektrik avadanlıqlarının diaqnostikasını təhlil edə bilir;

  3. CLO 3: • FTN 3. Elektrik sistemlərinin sxemlərinin struktur etibarlığını, diaqnostikasını və enerji təhlükəsizliyi məsələlərini qiymətləndirə bilir;

  4. CLO 4: • FTN 4. İstilik elektrik stansiyalarının elektrik sistemlərinin sxemlərini və etıbarlıq baxımından elementlərini, sinxron generatorların, onların stator və rotor dolaqlarının, güc transformatorlarının diaqnostikasını izah edə bilir;

  5. CLO 5: • FTN 5. İstilik elektrik stansiyalarının struktur etibarlığı baxımından optimallaşdırılması və səmərəliliyin artırılması yollarını tətbiq etməyi bacarır;

  6. CLO 6: • FTN 6. Elektroenergetikada enerji effektivliyinə nail olmaq üçün elektrik sistemlərinin etibarlıq göstəricilərinin və istifadə olunan elektrik avadanlıqlarının diaqnostikasının modelləşdirilməsi və mühəndislik hesablamaları aparmaq bacarığı qazanır.

  7. CLO 7: • FTN 7. Xüsusi sərfiyyat elektrik mühərriklərinin. cərəyan və gərginlik ölçü transformatorlarının, kabel xətləri və boşaldıcıların izolyasiyasının diaqnostikasını və tətbiq sahələrini müəyyənləşdirə bilir.

  8. CLO 8: • FTN 8. İstilik energetikası və elektroenergetikada ekoloji problemləri və tullantıların azaldılması üsullarını dəyərləndirə bilir.

  9. CLO 9: • FTN 9. Rəqəmsal idarəetmə və avtomatlaşdırma texnologiyalarının İstilik energetikası və elektroenergetikada rolunu başa düşür.

  10. CLO 10: • FTN 10. Yeni texnologiyaların istilik elektrik stansiyalarının etibarlığı və diaqnostikasına inteqrasiyası imkanlarını qiymətləndirməyi bacarır.

  11. CLO 11: • FTN 11. Enerji istehsalında dayanıqlılıq və etibarlılıq prinsiplərini tətbiq edə bilir.

  12. CLO 12: İnterfeys, uyğunluq, etibarlılıq, təhlükəsizlik və inteqrasiya sınaqlarını qiymətləndirir.

Mövzu planı

  1. 1.
    1. Giriş. Elektrik sisteminin etibarlığı haqqında ümumi məlumat. Etibarlıq xarakteristikaları. Elektroenergetikada diaqnostikaMühazirə

    Fənnin məqsədi, vəzifələri, tərkibi və məzmu¬nu, elektrik sisteminin etibarlığı haqqında ümumi məlumat, etibarlıq xarakteristikaları və elektroenergetikada diaqnostika haqqında məlumat verilir.

  2. 2.
    2. Etibarlığın ölçülməsi və etibarlıq göstəriciləri. Etibarlığın təyin olunma üsullarıMühazirə

    Etibarlığın ölçülməsi, etibarlıq göstəricilərin növləri, etibarlığın təyin olunma üsulları öyrənilir.

  3. 3.
    3. Elektrik enerji sistemlərinin etibarlığı və onların həlliMühazirə

    Sistemin ehtimal xarakteristikalarının təyin etmə üsulları, elektrik enerji sistemlərinin etibarlığı və onların həlli, elektrik sısteminin quruluşu və onun modelləşdirilməsi, etibarlıq sahəsində qəbul edilən qərarların kriteriyaları, elektrik sistemlərinin etibarlığının hesablama problemləri haqqında məlumat verilir.

  4. 4.
    4. Elektrik sistemlərinin etibarlıq göstəricilərinin normallaşdırılmasıMühazirə

    Elektrik sistemlərinin etibarlıq göstəricilərinin normallaşdırılması, energetikada etibarlığın kompleks xüsusiyyətləri, etibarlıq göstəricilərinin qiymətləndirmə üsulları və modelləri, rejimin idarəedilmə göstəicilərinin qiymətləndirilməsi öyrənilir.

  5. 5.
    5. Elektrik sisteminin etıbarlıq baxımından elementləriMühazirə

    Elektrik enerji sistemlərinin idarə edilməsndə əhəmiyyətli parametrlərin seçilməsi, elektrik sisteminin etıbarlıq baxımından elementləri, elektrik şəbəkələrinin əsas elementlərinin zədələnmələrinin səbəbi, bir elementli sxemin imtina və bərpa prosesləri haqqında məlumat verilir.

  6. 6.
    6. Elektrik sistemlərinin sxemlərinin struktur etibarlığıMühazirə

    Elektrik sistemlərinin sxemlərinin struktur etibarlığı öyrənilir, sxemlərin tam imtina etmə və imtinasız vəziyyətləri, mürəkkəb sxemlərin struktur təhlil olunur, mürəkkəb sxemlərdə düyün yüklərinə nəzərən etıbarlıq göstəricıləri haqqında məlumat verilir.

  7. 7.
    7. Sinxron generatorların profilaktiki diaqnostikasıMühazirə

    Generatorun stator dolaqlarının izolyasiyasının dioqnostikası, gücü 5MVt-dan yuxarı olan generatorların izolyasiyasının yoxlanması haqqında məlumat verilir.

  8. 8.
    8. Sinxron generatorların stator dolağının sabit və dəyişən gərginlikdə sınağıMühazirə

    Generatorun stator dolağının sabit gərginlikdə müqavətin ölçülməsi, generatorun stator dolağının düzləndirilmiş sabit gərginlikdə sınağı, generatorun stator dolağının dəyişən gərginliyə sınağı və poladdakı itkilərin təyini haqqında məlumat verilir.

  9. 9.
    9. Generatorun rotor dolağının izolyasiyasının diaqnostikasıMühazirə

    Generatorun rotorunun və yastıqlarının izolyasiyasının yoxlanması, generatorun rotor dolağının sabit gərginlikdə müqavimətin ölçülməsi, generatorun rotor dolağının dəyişən yüksək gərginlikdə tam müqavimətin təyini, generatorun rotor dolağının dəyişən yüksək gərginliyə sınağı haqqında məlumat verilir.

  10. 10.
    10. Güc transformatorların diaqnostikasıMühazirə

    Güc transformatorlarının, avtotransformatorların və reaktorların konstruktiv xüsusiyyətləri, güc transformatorlarının izolyasiyası, güc transformatorlarında dielektrik itkinin, tutumun, qısaqapanma gərginliyinin və yüksüz işləmə itkisinin təyini haqqında məlumat verilir.

  11. 11.
    11. Transformator yağlarının əsas parametrləri və profilaktik sınağıMühazirə

    Transformator yağlarının dielektrik möhkəmliyinin ölçülməsi, transformator yağlarında dielektrik itki bucağının təyini, transformator girimlərinin izolyasiyasının yoxlanması və bu girimlərdə dielektrik itki bucağının təyini haqqında məlumat verilir.

  12. 12.
    12. Xüsusi sərfiyyat elektrik mühərriklərinin təsnifatı və izolyasiyanın diaqnostikasıMühazirə

    Xüsusi sərfiyyat elektrik mühərriklərinin təsnifatı, xüsusi sərfiyyat elektrik mühərriklərinin izolyasiyasının diaqnostikası, asinxron mühərriklərin birləşmə sxemləri və işə buraxılması haqqında məlumat verilir.

  13. 13.
    13. Cərəyan ölçü transformatorlarının izolyasiyasının diaqnostikasıMühazirə

    Cərəyan ölçü transformatorlarının izolyasiyasının yoxlanması, dolaqların başlanğıc, sonunun və maqnitləşmə xarakteristikasının təyini, sabit gərginlikdə cərəyan transformatorunun dolağının müqavimətinin təyini, cərəyan transformatorlarının transformasiya əmsalının təyini haqqında məlumat verilir.

  14. 14.
    14. Gərginlik ölçü transformatorlarının izolyasiyasının diaqnostikasıMühazirə

    Gərginlik ölçü transformatorunun dolaqlarının izolyasiyasının yoxlanması və dəyişən yüksək gərginliyə sınağı, yüksüz işləmə cərəyanının ölçülməsi, dolaqların polyarlığının və birləşmə qrupunun təyini haqqında məlumat verilir.

  15. 15.
    15. Kabel xətlərinin və boşaldıcıların izolyasiyasının diaqnostikasıMühazirə

    Kabel xətlərinin və boşaldıcıların izolyasiyasının yoxlanması, kabel xətlərində zədə yerinin induksion və akustik üsulla təyini, boşaldıcıların elementlərində cərəyan keçməsinin, yəni sızma cərəyanlarının təyini haqqında məlumat verilir.

  16. 16.
    1. Vahid və kompleks etibarlıq göstəricilərinin təyiniMəşğələ

    Vahid və kompleks etibarlıq göstəriciləri təyin olunur.

  17. 17.
    2. Elektrik enerji sistemlərinin idarə edilməsndə parametrlərin seçilməsiMəşğələ

    Avtomatik idarə sistemləri vasitəsilə birləşmiş elektrik enerji sistemlərinin optimal rejimini əldə etmək üçün əhəmiyyətli rejim parametrləri təyin olunur.

  18. 18.
    3. Sxemlərdə etıbarlıq göstəricılərinin həlliMəşğələ

    Elektrik sistemlərinin sxemlərinin struktur etibarlığı öyrənilir, sxemlərin tam imtina etmə və imtinasız vəziyyətləri, mürəkkəb sxemlərin struktur təhlil olunur, mürəkkəb sxemlərdə düyün yüklərinə nəzərən etıbarlıq göstəricıləri həll olunur.

  19. 19.
    4. Generatorların izolyasiyasının yoxlanmasıMəşğələ

    Gücü 5 MVt-dan yuxarı generatorların izolyasiyasının buraxılabilən ən kiçik həddi 750C temperatur üçün təyin edilir, dolağın izolyasiyasının absorbsiya əmsalı hesablanır.

  20. 20.
    5. Sinxron generatorların stator dolağının müqavimətinin və itkilərin təyiniMəşğələ

    Sabit cərəyan körpülərindən və ampermetr-voltmetr üsulundan istifadə etməklə sinxron generatorların stator dolağının müqaviməti və itkiləri təyin olunur.

  21. 21.
    6. Güc transformatorlarında müqavimətin. dielektrik itkinin, tutumun, qısaqapanma gərginliyinin və yüksüz işləmə itkisinin təyiniMəşğələ

    35 kV və yuxarı gərginlikli transformatorlarda müqavimət, dielektrik itkilər, tutum, qısaqapanma gərginliyi və yüksüz işləmə itkisi təyin olunur.

  22. 22.
    7. Cərəyan ölçü transformatorlarının izolyasiyasının profilaktik sınağı zamanı parametrlərin təyiniMəşğələ

    Cərəyan ölçü transformatorlarının izolyasiyasının profilaktik sınağı zamanı maqnitləşmə xarakteristikası, sabit gərginlikdə cərəyan transformatorunun dolağının müqaviməti, transformasiya əmsalı təyin olunur

  23. 23.
    1. Elektrik sistemlərinin etibarlığı Sərbəst iş

    Elektrik sisteminin etibarlığı, etibarlıq xarakteristikaları haqqında məlumat göstərilir.

  24. 24.
    2. Elektrik sistemlərinin ehtimal xarakteristikalarının təyin etmə üsulları Sərbəst iş

    Elektrik sistemlərinin ehtimal xarakteristikalarının təyin etmə üsulları, elektrik enerji sistemlərinin etibarlığı və onların həlli, elektrik sısteminin quruluşu və onun modelləşdirilməsi, etibarlıq sahəsində qəbul edilən qərarların kriteriyaları, elektrik sistemlərinin etibarlığının hesablama problemləri göstərilir.

  25. 25.
    3. Mürəkkəb elektrik şəbəkələrində fəaliyyət etibarlığı Sərbəst iş

    Mürəkkəb sxemlərdə düyün yüklərinə nəzərən etıbarlıq göstəricıləri göstərilir.

  26. 26.
    4. Güc transformatorlarında itkilərin təyini Sərbəst iş

    Güc transformatorlarında dielektrik itkinin, tutumun, qısaqapanma gərginliyinin və yüksüz işləmə itkisinin təyini göstərilir.

  27. 27.
    5. Maqnitləşmə xarakteristikasının təyiniSərbəst iş

    Cərəyan ölçü transformatorlarında maqnitləşmə xarakteristikasının təyini göstərilir.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5