Fənn · Energetika mühəndisliyi

İstilik elektrik stansiyalarının etibarlığı və diaqnostikası

MS-05066 kreditPayız semestriSeçmə

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

—

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Elektrik sisteminin etibarlıq və diaqnostika xarakteristikalarını. etibarlığın ölçülməsi və etibarlıq göstəricilərini, etibarlığın təyin olunma üsullarını və onun elmi-texniki inkişaf istiqamətlərini izah edə bilir;

  2. CLO 2: • FTN 2. Elektrik sistemlərinin etibarlıq göstəricilərinin normalaşdırılmasını və elektrik avadanlıqlarının diaqnostikasını təhlil edə bilir;

  3. CLO 3: • FTN 3. Elektrik sistemlərinin sxemlərinin struktur etibarlığını, diaqnostikasını və enerji təhlükəsizliyi məsələlərini qiymətləndirə bilir;

  4. CLO 4: • FTN 4. İstilik elektrik stansiyalarının elektrik sistemlərinin sxemlərini və etıbarlıq baxımından elementlərini, sinxron generatorların, onların stator və rotor dolaqlarının, güc transformatorlarının diaqnostikasını izah edə bilir;

  5. CLO 5: • FTN 5. İstilik elektrik stansiyalarının struktur etibarlığı baxımından optimallaşdırılması və səmərəliliyin artırılması yollarını tətbiq etməyi bacarır;

  6. CLO 6: • FTN 6. Elektroenergetikada enerji effektivliyinə nail olmaq üçün elektrik sistemlərinin etibarlıq göstəricilərinin və istifadə olunan elektrik avadanlıqlarının diaqnostikasının modelləşdirilməsi və mühəndislik hesablamaları aparmaq bacarığı qazanır.

  7. CLO 7: • FTN 7. Xüsusi sərfiyyat elektrik mühərriklərinin. cərəyan və gərginlik ölçü transformatorlarının, kabel xətləri və boşaldıcıların izolyasiyasının diaqnostikasını və tətbiq sahələrini müəyyənləşdirə bilir.

  8. CLO 8: • FTN 8. İstilik energetikası və elektroenergetikada ekoloji problemləri və tullantıların azaldılması üsullarını dəyərləndirə bilir.

  9. CLO 9: • FTN 9. Rəqəmsal idarəetmə və avtomatlaşdırma texnologiyalarının İstilik energetikası və elektroenergetikada rolunu başa düşür.

  10. CLO 10: • FTN 10. Yeni texnologiyaların istilik elektrik stansiyalarının etibarlığı və diaqnostikasına inteqrasiyası imkanlarını qiymətləndirməyi bacarır.

  11. CLO 11: • FTN 11. Enerji istehsalında dayanıqlılıq və etibarlılıq prinsiplərini tətbiq edə bilir.

  12. CLO 12: İnterfeys, uyğunluq, etibarlılıq, təhlükəsizlik və inteqrasiya sınaqlarını qiymətləndirir.