Fənn · Energetika mühəndisliyi

Elektrik stansiyalarının enerji çevrilmə prosesləri

MS-05066 kreditPayız semestriSeçmə

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

—

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Enerji ehtiyyatları və yanacaqlar haqqında məlumatı, on¬¬ların mənşəyi, aqreqat halı, xassələri, və xarakteristikalarını, yanacaq təsərrüfatının avadanlıqlarını, yanacağın yan¬ma prosesini və onun elmi-texniki inkişaf istiqamətlərini izah edə bilir;

  2. CLO 2: FTN 2. Yanacaqların xarakteristikasını, yanma və enerji çevrilmə prosesləri təhlil edə bilir;

  3. CLO 3: FTN 3. Maye və bərk yanar materialların yanma proseslərini, maye və bərk maddələrin yanma xüsusiyyətləri və enerji təhlükəsizliyi məsələlərini qiymətləndirə bilir;

  4. CLO 4: FTN 4. Bərk yanacaq üçün qəbuledici və boşaldıçı quruluşları, istilik elektrik stansiyalarının yanacaq anbarının mexanikləşdirilməsini, yanacaqların istilik elektrik stansiyalarına çatdırıl¬ma¬sı və boşaldılması proseslərini izah edə bilir;

  5. CLO 5: FTN 5. İstilik elektrik stansiyalarının struktur etibarlığı baxımından optimallaşdırılması və səmərəliliyin artırılması yollarını tətbiq etməyi bacarır;

  6. CLO 6: FTN 6. Elektroenergetikada enerji effektivliyinə nail olmaq üçün lentalı konveyerlər, yanacaq qızdırıcıları və onların istilik kostruktiv hesablanma üsullarının, yanacaqların sisternlərdən boşaldılma me¬tod¬¬larının modelləşdirilməsi və mühəndislik hesablamaları aparmaq bacarığı qazanır.

  7. CLO 7: FTN 7. Yanacaqların xarakteristikası və yanma proseslərini, yanacaqlarının çatdırıl¬ma¬sı və ya¬na¬caq təsərrüfatının avadanlıqlarını, elektrik stansiyalarının enerji çevrilmə proseslərini və tətbiq sahələrini müəyyənləşdirə bilir.

  8. CLO 8: FTN 8. İstilik energetikası və elektroenergetikada ekoloji problemləri və tullantıların azaldılması üsullarını dəyərləndirə bilir.

  9. CLO 9: FTN 9. Rəqəmsal idarəetmə və avtomatlaşdırma texnologiyalarının istilik energetikası və elektroenergetikada rolunu başa düşür.

  10. CLO 10: FTN 10. Yeni texnologiyaların elektrik stansiyalarının enerji çevrilmə prosesləriniə inteqrasiyası imkanlarını qiymətləndirməyi bacarır.

  11. CLO 11: FTN 11. Enerji istehsalında dayanıqlılıq və etibarlılıq prinsiplərini tətbiq edə bilir.

  12. CLO 12: FTN 12. Müasir elmi-texniki tədqiqat metodlarını istilik energetikası və elektroenergetikaya tətbiq etmək bacarığına yiyələnir.