Ümumi məlumat
- Fənn kodu
- MS-0505
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a)30 saat mühazirə b)15 saat məşğələ
- Auditoriyadan kənar saatlar
- a)60 saat sərbəst iş b)75 saat məsləhət
Tədris metodları
- mühazirə
- seminar
- təqdimatlar
- interaktiv müzakirə
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN1: Müasir elmi nailiyyətləri tənqidi təhlil edir və qiymətləndirir, tədqiqat və praktiki problemlərin həlli zamanı yeni ideyalar irəli sürür;
CLO 2: FTN2: Vahid sistemli elmi dünya görüşünə əsaslanan kompleks tədqiqatları, o cümlədən enerji avadanlıqlarının modelləşdirilməsi və enerji nəzarəti tədqiqatlarını tərtib edir və həyata keçirir;
CLO 3: FTN3: Elektrik təchizatı problemlərinə optimallaşdırıcı yanaşmanın metodologiyasını və texnologiyalarını izah edir və tətbiq edir;
CLO 4: FTN4: Yeni tədqiqat metodlarını işləyib hazırlayır və müstəqil elmi-tədqiqat fəaliyyətində tətbiq edir;
CLO 5: FTN5: Müəssisənin avadanlıqlarının enerji səmərəliliyini qiymətləndirir, nəzəri tədqiqatlar aparır;
CLO 6: FTN6: Energetika, sənaye, rabitə, nəqliyyat və digər obyektlərdə enerji auditi proseslərini həyata keçirir.
Mövzu planı
- 1.Elektrik sistemlərinin iş rejimlərinin ümumi xarakteristikası. Aktiv və reaktiv güc balansıMühazirə
Elektrik sistemlərinin iş rejimlərinin təsnifatı (qərarlaşmış, keçid, normal, qəza, qəzadan sonrakı, təmir və xüsusi rejimlər), qeyri-simmetrik və qeyri-sinusoidal rejimlər, aktiv və reaktiv güc balansı, tezlik və gərginlik uçqunu haqqında ümumi məlumat verilir.
- 2.Enerji sisteminin iş rejimlərinə tələblər. Qərarlaşmış rejimlərin parametrləriMühazirə
Enerji sisteminin iş rejiminə qoyulan tələblər (etibarlılıq, fasiləsizlik, keyfiyyət, səmərəlilik), statik və dinamik dayanıqlıq, qərarlaşmış rejimlərin parametrləri (gərginlik, cərəyan, güc, güc və enerji itkiləri, tezlik) haqqında ümumi məlumat verilir.
- 3.Elektrik şəbəkələrinin iş rejimlərinin hesablanması üsullarının alqoritmləşdirilməsiMühazirə
Sadə, qapalı və paylayıcı şəbəkələrin rejimlərinin hesablanması üsulları, bərabər paylanmış yüklü xəttin hesablanması, rejim hesablamalarının alqoritminin mərhələləri haqqında ümumi məlumat verilir.
- 4.Rejimin optimallaşdırılmasının ümumi müddəalarıMühazirə
Rejimin optimallaşdırılmasının ümumi müddəaları, məqsəd funksiyası, optimallaşdırma meyarları (enerji daşıyıcılarının dəyəri, aktiv güc və enerji itkiləri), tənzimlənən parametrlər və məhdudiyyətlər haqqında ümumi məlumat verilir.
- 5.Elektrik təchizatı problemlərinə optimallaşdırıcı yanaşmanın metodologiyası. Optimallaşdırma metodlarıMühazirə
Elektrik təchizatı məsələlərinə optimallaşdırıcı yanaşmanın metodologiyası, optimallaşdırma məsələlərinin qrupları, klassik və alqoritmik metodlar (iterasiya, qradiyent, xətti proqramlaşdırma, Monte-Karlo) haqqında ümumi məlumat verilir.
- 6.Ümumi modelləşdirmə məsələləri. Modellərin təsnifatı və modelləşdirmə növləriMühazirə
Modelləşdirmənin məqsədləri və tətbiq sahələri, model anlayışı, modellərin təsnifatı və modelləşdirmə növləri haqqında ümumi məlumat verilir.
- 7.Riyazi modelləşdirmə. Riyazi modellərin təsnifatı və olan tələblərMühazirə
Riyazi modelləşdirmənin üstünlükləri, riyazi modelin elementləri (ekzogen və endogen kəmiyyətlər), riyazi modellərin təsnifatı və onlara qoyulan tələblər haqqında ümumi məlumat verilir.
- 8.Kompüter modelləşdirilməsi və informasiya modelləriMühazirə
Kompüter modelləşdirməsinin mərhələləri (məsələnin qoyuluşu, riyazi formalaşdırma, alqoritm, proqram, hesablama təcrübəsi) və informasiya modelləri haqqında ümumi məlumat verilir.
- 9.Enerji şəbəkələrinin idarə edilməsində avtomatlaşdırılmış sistemlərin rolu və əhəmiyyətiMühazirə
Enerji şəbəkələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin təyinatı, funksiyaları, idarəetmənin vəzifələri və problemləri haqqında ümumi məlumat verilir.
- 10.Real vaxt rejimində elektrik enerji rejiminin idarə edilməsinin səmərəliliyinin artırılmasıMühazirə
Real vaxt rejimində aktiv gücün, tezliyin, gərginliyin və reaktiv gücün idarə edilməsi, dispetçer işi, idarəetmənin səmərəliliyinin artırılması haqqında ümumi məlumat verilir.
- 11.Elektrik enerjisi istehlakının avtomatlaşdırılmış uçotu sistemiMühazirə
Elektrik enerjisi istehlakının avtomatlaşdırılmış uçot sistemi, elektron ağıllı sayğaclar, qapalı və açıq uçot sistemləri haqqında ümumi məlumat verilir.
- 12.Ölçmə transformatorlarının və nəzarət kabellərinin seçilməsi. Reaktiv gücün kompensasiyası və cosφ-ə tələblərMühazirə
Qidalandırıcı xəttin en kəsiyinin və uçot sistemi elementlərinin seçilməsi, ölçmə transformatorları və nəzarət kabelləri, reaktiv gücün kompensasiyası və cosφ-ə tələblər haqqında ümumi məlumat verilir.
- 13.Enerji auditinin məzmunu və əsas müddəalarıMühazirə
Enerji auditinin məzmunu, məqsədləri və əsas müddəaları, ekspress sorğu və dərinləşdirilmiş audit, ilkin məlumatların toplanması haqqında ümumi məlumat verilir.
- 14.Enerji auditinin əsas mərhələləriMühazirə
Enerji auditinin əsas mərhələləri: obyekt haqqında məlumatların əldə edilməsi, yanacaq və enerji axınlarının öyrənilməsi, enerji balansının tərtibi, enerji istehlakçılarının təhlili və nəticələrin yekunlaşdırılması haqqında ümumi məlumat verilir.
- 15.Müəssisənin avadanlıqlarının enerji səmərəliliyinin qiymətləndirilməsi. Enerji auditinin təşkiliMühazirə
Müəssisə avadanlıqlarının enerji səmərəliliyinin qiymətləndirilməsi (elektrik təchizatı, istilik mübadiləsi, istilik generasiya qurğuları, qazanxanalar, istilik şəbəkələri), enerji auditinin növləri və təşkili, enerji pasportu haqqında ümumi məlumat verilir.
- 16.Enerji sisteminin iş rejimlərinə tələblər. Aktiv və reaktiv güc balansıMəşğələ
Enerji sisteminin iş rejimlərinə qoyulan tələblər, aktiv və reaktiv güc balansı, güc balansının pozulmasının tezliyə və gərginliyə təsiri üzrə praktik məsələlər haqqında ümumi məlumat verilir.
- 17.Elektrik şəbəkələrinin iş rejimlərinin hesablanması üsullarının alqoritmləşdirilməsiMəşğələ
Bərabər paylanmış yüklü xəttin gərginlik düşməsi və güc itkilərinin hesablanması, rejim hesablamalarının alqoritminin qurulması üzrə praktik məsələlər haqqında ümumi məlumat verilir.
- 18.Elektrik təchizatı problemlərinə optimallaşdırıcı yanaşmanın metodologiyası. Optimallaşdırma və modelləşdirmə metodlarıMəşğələ
Optimallaşdırma meyarının və məqsəd funksiyasının seçilməsi, optimallaşdırma və modelləşdirmə metodlarının tətbiqi üzrə praktik məsələlər haqqında ümumi məlumat verilir.
- 19.Riyazi modellərin təsnifatı və olan tələblər. Kompüter modelləşdirilməsi və informasiya modelləriMəşğələ
Riyazi modellərin təsnifatı və onlara qoyulan tələblər, kompüter modelləşdirməsinin mərhələləri və informasiya modelləri üzrə praktik işlər haqqında ümumi məlumat verilir.
- 20.Real vaxt rejimində elektrik enerji rejiminin idarə edilməsinin səmərəliliyinin artırılması.Məşğələ
Real vaxt rejimində elektrik enerji rejiminin idarə edilməsi, tezliyin və gərginliyin tənzimlənməsi, idarəetmənin səmərəliliyinin artırılması üzrə praktik təhlil haqqında ümumi məlumat verilir.
- 21.Ölçmə transformatorlarının və nəzarət kabellərinin seçilməsi. Reaktiv gücün kompensasiyası və cosφ-ə tələblərMəşğələ
Xəttin en kəsiyinin, ölçmə transformatorlarının və nəzarət kabellərinin seçilməsi, cosφ-nin təyini və reaktiv gücün kompensasiyası üzrə praktik hesablamalar haqqında ümumi məlumat verilir.
- 22.Enerji auditinin məzmunu və əsas müddəaları. Enerji auditinin əsas mərhələləriMəşğələ
Enerji auditinin məzmunu, məqsədləri və mərhələləri üzrə praktik işlər, audit üçün ilkin məlumatların toplanması və təhlili haqqında ümumi məlumat verilir.
- 23.Müəssisənin avadanlıqlarının enerji səmərəliliyinin qiymətləndirilməsi. Enerji auditinin təşkiliMəşğələ
Müəssisə avadanlıqlarının enerji səmərəliliyinin qiymətləndirilməsi, enerji balansının və enerji pasportunun tərtibi, enerji auditinin təşkili üzrə praktik işlər haqqında ümumi məlumat verilir.
- 24.Enerji sisteminin rejimlərinə tələblər. Elektrik şəbəkələrinin rejimlərinin hesablanması metodlarıSərbəst iş
Enerji sisteminin rejimlərinə qoyulan tələblər, elektrik şəbəkələrinin rejimlərinin hesablanması metodları və alqoritmləri haqqında ümumi məlumat verilir.
- 25.İstehlakçıların elektrik təchizatı problemlərinə optimallaşdırıcı yanaşmanın əsas müddəalarıSərbəst iş
İstehlakçıların elektrik təchizatı problemlərinə optimallaşdırıcı yanaşmanın əsas müddəaları, optimallaşdırma məsələlərinin qrupları və metodları haqqında ümumi məlumat verilir.
- 26.Riyazi və kompüter modelləşdirmə, informasiya modelləriSərbəst iş
Riyazi və kompüter modelləşdirmə, informasiya modelləri, modellərin təsnifatı və onlara qoyulan tələblər haqqında ümumi məlumat verilir.
- 27.Real vaxt rejimində avtomatlaşdırılmış enerji şəbəkəsi idarəetmə sistemləriSərbəst iş
Real vaxt rejimində avtomatlaşdırılmış enerji şəbəkəsi idarəetmə sistemlərinin funksiyaları, vəzifələri və tətbiqi haqqında ümumi məlumat verilir.
- 28.Enerji istehlakının avtomatlaşdırılmış uçot sistemi. Nəzarət sayğaclarıSərbəst iş
Enerji istehlakının avtomatlaşdırılmış uçot sistemi, elektron ağıllı sayğaclar və nəzarət sayğaclarının iş prinsipi haqqında ümumi məlumat verilir.
- 29.Enerji auditinin məzmunu və əsas mərhələləriSərbəst iş
Enerji auditinin məzmunu, məqsədləri və əsas mərhələləri, enerji auditinin növləri haqqında ümumi məlumat verilir.
- 30.Müəssisənin avadanlıqlarının enerji səmərəliliyinin qiymətləndirilməsi.Sərbəst iş
Müəssisənin avadanlıqlarının enerji səmərəliliyinin qiymətləndirilməsi meyarları, istilik, elektrik təchizatı və digər sistemlərin enerji səmərəliliyi haqqında ümumi məlumat verilir.
- 31.Yarımstansiyalar və paylayıcı qurğuları. Onların iş prinsipləriSərbəst iş
Yarımstansiyaların və paylayıcı qurğuların təyinatı, növləri və iş prinsipləri haqqında ümumi məlumat verilir.
- 32.Güç transformatorlar və açarlar. Onların iş prinsipləriSərbəst iş
Güc transformatorlarının və açarların təyinatı, növləri və iş prinsipləri haqqında ümumi məlumat verilir.
- 33.Reaktiv gücün kompensasiyası və cosφ-yə tələblər. Qidalandırıcı xəttin en kəsiyinin seçilməsiSərbəst iş
Reaktiv güc istehlakçıları, güc əmsalı (cosφ), müxtəlif avadanlıq və müəssisələr üçün orta cosφ qiymətləri, kondensator batareyaları ilə kompensasiya, qidalandırıcı xəttin en kəsiyinin və naqillərin icazə verilən cərəyanlarının seçilməsi haqqında ümumi məlumat verilir.
Ədəbiyyat
- 1. Фазилов Х.Ф., Насыров Т.Х. Установившиеся режимы электроэнергетических систем и их оптимизация. -Т.: Молния, 1999.-370 с.
- 2. Электрические системы. Электрические сети / Под ред. В.А. Веникова и В.А. Строева – М.: Высшая школа,1998.
- 3. Стрельников, Н. А. Энергосбережение: учебник. Новосибирск: НГТУ, 2014. — 176 с
- 4. С. В. Митрофанов, О. И. Кильметьева. Методика проведения энергоаудита: учебное пособие. Оренбург: ОГУ, 2015. с. 116 с
- 5. Филиппова Т.А. Энергетические режимы электрических станций и электроэнергетических систем: учебник. НГТУ. 2014. с. 294
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |