Fənn · Energetika mühəndisliyi
İstilik daşıyıcılarının istilik-fiziki xassələri
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
—
Fənn təlim nəticələri
CLO 1: FTN1: İstilik daşıyıcıların əsas növlərini və onların termofiziki xassələrini təsnif edir və izah edir;
CLO 2: FTN2: Sıxlıq, özlülük, istilik keçiriciliyi, istilik tutumu və termal diffuziya kimi parametrləri hesablayır və müəyyən edir;
CLO 3: FTN3: Temperatur və təzyiqin istilik daşıyıcıların termofiziki xassələrinə təsirini təhlil edir və modelləşdirir;
CLO 4: FTN4: Eksperimental termofiziki məlumatları emal edir, statistik üsullarla qiymətləndirir və ölçmə qeyri-müəyyənliyini müəyyənləşdirir;
CLO 5: FTN5: Müxtəlif istilik daşıyıcıları istilik ötürülməsi, enerji səmərəliliyi və tətbiq imkanları baxımından müqayisə edir və texniki nəticələr formalaşdırır;
CLO 6: FTN6: Nanomayelər, ərimiş duzlar və dərin evtektik həlledicilər kimi yeni nəsil istilik daşıyıcıların tətbiq imkanlarını qiymətləndirir;
CLO 7: FTN7: Termofiziki xassələrin eksperimental tədqiqi üçün uyğun ölçmə metodunu və cihazı seçir və tətbiq edir.