Ümumi məlumat
- Fənn kodu
- MS-0504
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat mühazirə; b) 15 saat məşğələ
- Auditoriyadan kənar saatlar
- a)60 saat sərbəst iş b)75 saat məsləhət
Fənn haqqında
-
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN1: Elektrik enerjisinin istehsalının əsas nəzəri prinsiplərini, stansiya növlərini, onların xüsusiyyətlərini və tətbiq sahələrini izah edir;
CLO 2: FTN2: Elektroenergetika sahəsində tədqiqat sualını formalaşdırır, eksperimental və ya müşahidə xarakterli məsələləri həll edir;
CLO 3: FTN3: Elmi mənbələrdən (kitabxana, elmi bazalar, elektron resurslar və s.) sistematik istifadə edərək mövcud bilikləri toplayır və tədqiqat çərçivəsini formalaşdırır;
CLO 4: FTN4: Enerjinin istehsalı, ötürülməsi və paylanması texnologiyalarında intellektual sistemlərin qurulması konsepsiyasını və kommunikasiya texnologiyalarını izah edir;
CLO 5: FTN5: Tədqiqat nəticələrini məntiqi strukturda təqdim edir, elmi məqalə yazır, nəticələri şifahi və yazılı formada auditoriyaya çatdırır;
CLO 6: FTN6: Tədqiqatın etik və metodoloji prinsiplərinə riayət etməklə müstəqil və ya qrup halında tədqiqat aparır, layihə və dissertasiya işlərinin hazırlanmasında metodoloji əsasları düzgün tətbiq edir.
Mövzu planı
- 1.Elektroenergetikanın əsaslarıMühazirə
Elektrik stansiyalarının növləri, onların baza, yarımpik və pik rejimlərə görə təsnifatı, stansiyaların paralel işinin üstünlükləri, elektrik sistemlərinə qoyulan tələblər və güc ehtiyatı haqqında ümumi məlumat verilir.
- 2.Energetikanın davamlılıq prinsipləri. Azərbaycanda elektrik enerjisinin istehsalı və onun inkişaf perspektivləriMühazirə
Energetikanın davamlılıq prinsipləri, enerji keçidi, ağıllı şəbəkələr, Azərbaycanda elektrik enerjisi istehsalının inkişaf tarixi, əsas stansiyaları və perspektivləri haqqında ümumi məlumat verilir.
- 3.Elektrik enerjisinin istehsalı. Elektrik stansiyalarının növləri və yük qrafikləriMühazirə
Elektrik yük qrafiklərinin növləri və göstəriciləri, elektrik enerjisinin maya dəyəri, qrafikin baza və pik hissələrinin stansiyalar arasında bölüşdürülməsi və düzləşdirilməsi tədbirləri haqqında ümumi məlumat verilir.
- 4.İstilik elektrik stansiyaları. Struktur sxemi və iş prinsipiMühazirə
Kondensasiya və istilik təchizatı stansiyalarının, qaz turbin və buxar-qaz qurğularının, geotermal stansiyaların struktur sxemi, iş prinsipi, FİƏ göstəriciləri və ətraf mühitə təsiri haqqında ümumi məlumat verilir.
- 5.Su elektrik stansiyaları. Struktur sxemi və iş prinsipiMühazirə
Su elektrik stansiyalarının növləri, struktur sxemi, iş prinsipi, gücün hesablanması, su akkumulyasiya, kiçik su və qabarma stansiyaları, ətraf mühitə təsiri haqqında ümumi məlumat verilir.
- 6.Atom elektrik stansiyaları. Struktur sxemi və iş prinsipiMühazirə
Atom elektrik stansiyalarının iş prinsipi, struktur sxemi, nüvə reaktorlarının növləri, texniki-iqtisadi göstəriciləri, ekoloji və təhlükəsizlik məsələləri, Azərbaycanda AES layihəsi haqqında ümumi məlumat verilir.
- 7.Günəş və külək stansiyaları. Struktur sxemi və iş prinsipiMühazirə
Külək və günəş elektrik stansiyalarının növləri, struktur sxemi, iş prinsipi, FİƏ göstəriciləri, üstünlük və çatışmazlıqları haqqında ümumi məlumat verilir.
- 8.Elektrik sistemlərinin və şəbəkələrin ümumi xarakteristikasi .Əsas anlayışlarMühazirə
Energetika və elektrik sistemlərinin əsas anlayışları, iş rejimləri, elektrik şəbəkələrinin təsnifatı, nominal gərginliklər və istehlakçıların etibarlılıq kateqoriyaları haqqında ümumi məlumat verilir.
- 9.Hava elektrik veriliş xətləri və konstruktiv elementləriMühazirə
Hava elektrik veriliş xətlərinin konstruktiv elementləri (naqil, tros, dayaq, izolyator, armatur), parametrləri, taclanma itkisi və əvəzetmə sxemləri haqqında ümumi məlumat verilir.
- 10.Kabel elektrik veriliş xətləri və konstruktiv elementləriMühazirə
Kabel xətlərinin konstruksiyası, izolyasiya növləri, muftaları, çəkilmə üsulları və tətbiq sahələri haqqında ümumi məlumat verilir.
- 11.Elektrik yarımstansiyalar və paylayiçi qurğularMühazirə
Transformator və çevirici yarımstansiyaların təyinatı, təsnifatı, açıq, qapalı və komplekt paylayıcı qurğuların tərkibi və avadanlıqları haqqında ümumi məlumat verilir.
- 12.Qüç transformatorlari və onlarin təsnifatiMühazirə
Güc transformatorları və avtotransformatorların iş prinsipi, təsnifatı, parametrləri, konstruksiyası və istismarı haqqında ümumi məlumat verilir.
- 13.Yüksək gərginlikli acarlar və onlarin təsnifatiMühazirə
Yüksək gərginlikli açarların təyinatı, onlara qoyulan tələblər, yağ, hava, elegaz və vakuum açarlarının iş prinsipi və xüsusiyyətləri haqqında ümumi məlumat verilir.
- 14.Rele mühafizəsinin təyinatı. Relenin tipləri. Rele mühafizəsinə olan tələblərMühazirə
Rele mühafizəsinin təyinatı, relelərin tipləri və mühafizəyə qoyulan əsas tələblər (seçmə qabiliyyəti, cəldtəsirlik, həssaslıq, etibarlılıq) haqqında ümumi məlumat verilir.
- 15.Elektrik stansiyalarının və elektrik şəbəkələrinin avtomatlaşdırması məsələləriMühazirə
Elektrik stansiyalarının və şəbəkələrinin avtomatlaşdırılması, generatorların sinxronlaşdırılması, tezliyin avtomatik tənzimlənməsi, ATQ və EAQ qurğuları haqqında ümumi məlumat verilir.
- 16.Energetikanın davamlılıq prinsipləri. Elektrik enerjisinin istehsalı. Elektrik stansiyalarının növləriMəşğələ
Stansiya növləri, yük qrafiklərinin göstəriciləri, davamlılıq prinsipləri və enerji keçidi üzrə praktik təhlil məsələləri haqqında ümumi məlumat verilir.
- 17.İstilik elektrik stansiyaları. Struktur sxemi və iş prinsipiMəşğələ
KES və İEM-in texnoloji sxemləri, FİƏ-nın hesablanması, qaz turbin və buxar-qaz qurğularının müqayisəsi üzrə praktik təhlil məsələləri haqqında ümumi məlumat verilir.
- 18.Su, günəş və külək stansiyaları. Struktur sxemi və iş prinsipiMəşğələ
SES-in gücünün və istehsal etdiyi enerjinin hesablanması, günəş və külək qurğularının sxemləri, əsas parametrləri və tətbiq şərtləri haqqında ümumi məlumat verilir.
- 19.Elektrik sistemlərinin və şəbəkələrin ümumi xarakteristikasiMəşğələ
Elektrik şəbəkələrinin təsnifatı, nominal gərginlik şkalası, nominal gərginliyin empirik düsturlarla seçilməsi və istehlakçıların etibarlılıq kateqoriyaları haqqında ümumi məlumat verilir.
- 20.Elektrik veriliş xətləri və konstruktiv elementləri.Məşğələ
Hava və kabel xətlərinin konstruktiv elementləri, parametrlərinin təyini, P və T-şəkilli əvəzetmə sxemlərinin qurulması haqqında ümumi məlumat verilir.
- 21.Elektrik yarımstansiyalar və aylayiçi gurğularMəşğələ
Yarımstansiyaların və paylayıcı qurğuların sxemləri, transformatorların parametrləri və yüksək gərginlikli açarların seçilməsi haqqında ümumi məlumat verilir.
- 22.Rele mühafizəsi və elektrik şəbəkələrinin avtomatlaşdırması məsələləriMəşğələ
Rele mühafizəsinin növləri, tələbləri, söndürmə vaxtının təyini, ATQ və EAQ cihazlarının iş məntiqi haqqında ümumi məlumat verilir.
- 23.Elektrik stansiyalarının və elektrik şəbəkələrinin avtomatlaşdırması məsələləriMəşğələ
Generatorların sinxronlaşdırılması şərtləri, tezliyin avtomatik tənzimlənməsi və yükün tezliyə görə avtomatik ayrılması haqqında ümumi məlumat verilir.
- 24.Energetikanın davamlı inkişafı: tendensiyalar və problemlərSərbəst iş
Energetikanın davamlı inkişafının tendensiyaları və problemləri, enerji keçidi, dekarbonizasiya, rəqəmsallaşma, enerjiyə qənaət və ekoloji problemlər haqqında ümumi məlumat verilir.
- 25.Elektrik enerjisinin istehsalı. Elektrik stansiyalarının növləri və yük qrafikləri.Sərbəst iş
Elektrik enerjisinin istehsalı, stansiya növləri, yük qrafikləri, baza və pik stansiyaların seçimi haqqında ümumi məlumat verilir.
- 26.İstilik elektrik stansiyaları. Onların iş prinsipləriSərbəst iş
KES, İEM, qaz turbin və buxar-qaz qurğularının iş prinsipləri, texnoloji sxemləri, FİƏ göstəriciləri və ətraf mühitə təsiri haqqında ümumi məlumat verilir.
- 27.Su elektrik stansiyaları. Onların növləri və iş prinsipləriSərbəst iş
Su elektrik stansiyalarının növləri, struktur sxemləri, iş prinsipləri, SAES, kiçik SES və qabarma stansiyalarının xüsusiyyətləri haqqında ümumi məlumat verilir.
- 28.Günəş və külək stansiyaları. Onların iş prinsipləriSərbəst iş
Günəş və külək stansiyalarının iş prinsipləri, külək qurğularının növləri, günəş kollektorları və fotoelektrik qurğuları, onların FİƏ, üstünlük və çatışmazlıqları haqqında ümumi məlumat verilir.
- 29.Elektrık şəbəkə və sıstemlərı haqqında ümumı məlumat. Elektrık şəbəkələrının təsnıfatıSərbəst iş
Elektrik şəbəkə və sistemlərinin əsas anlayışları, iş rejimləri və şəbəkələrin cərəyan növünə, quruluşuna, funksiyasına, gərginliyinə və neytralın rejiminə görə təsnifatı haqqında ümumi məlumat verilir.
- 30.Hava və kabel elektrik veriliş xətlərin konstruktiv elementləriparametrləri. Qeyri-simmetrik yük rejiminin hesablaması.Sərbəst iş
Hava və kabel xətlərinin konstruktiv elementləri, parametrləri (aktiv və induktiv müqavimət, keçiricilik), əvəzetmə sxemləri və qeyri-simmetrik yük rejiminin hesablanması haqqında ümumi məlumat verilir.
- 31.Yarımstansiyalar və paylayıcı qurğuları. Onların iş prinsipləriSərbəst iş
Yarımstansiyaların və paylayıcı qurğuların növləri, tərkibi, iş prinsipləri, yığma şinlər, ayırıcılar, qısaqapayıcılar və ölçü transformatorları haqqında ümumi məlumat verilir.
- 32.Güç transformatorlar və açarlar. Onların iş prinsipləriSərbəst iş
Güc transformatorlarının və yüksək gərginlikli açarların təsnifatı, konstruksiyası, parametrləri, iş prinsipləri və yağ, hava, elegaz, vakuum açarlarının müqayisəsi haqqında ümumi məlumat verilir.
- 33.Rele mühafizəsi və elektrik şəbəkələrinin avtomatlaşdırılması. Onların iş prinsipləriSərbəst iş
Rele mühafizəsinin təyinatı, relelərin tipləri, mühafizəyə qoyulan əsas tələblər, generatorların sinxronlaşdırılması, tezliyin avtomatik tənzimlənməsi, avtomatik təkrar qoşma (ATQ) və ehtiyatın avtomatik qoşulması (EAQ) qurğuları haqqında ümumi məlumat verilir.
Ədəbiyyat
- 1. K.M. Abdullayev və b. Enerji ehtiyatları, elektrik enerji istehsalı və ətraf mühit. Bakı, “Zaman” I və II cild. 2005, 2007.
- 2. Веников В.А., Путянин Е.В. Введение в специальность., М.: Высш. школа, 1988, 239 с.
- 3. Быстрицкий Г.Ф. Основы энергетики 3-е изд., стер. М.: КНОРУС, 2012. 352 с.
- 4. В.С. Холянов, О.М. Холянова Основы электроэнергетики. Уч. пособие. Владивосток: Изд-во ДВГТУ, 2007. 113 с.
- 5. Поспелов Г.Е. Электрические сети и системы. Мн.; УП «Технопринт» 2004, 720 с.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |