Ümumi məlumat
- Fənn kodu
- MS-0504
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a)30 saat mühazirə b)15 saat məşğələ
- Auditoriyadan kənar saatlar
- a)60 saat sərbəst iş b)75 saat məsləhət
Tədris metodları
- mühazirə
- seminar
- interaktiv müzakirə
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Perspektiv yanacaqların və soyuducu agentlərin əsas növlərini, təyinatını, tətbiq sahələrini və müasir energetikada əhəmiyyətini izah edir.
CLO 2: FTN 2. Perspektiv yanacaqların tərkibini, əsas xarakteristikalarını və psevdokritik parametrlərini müəyyən edir, onların fiziki xassələrini təhlil edir.
CLO 3: FTN 3. Perspektiv yanacaqların termodinamik xassələrini, o cümlədən istilik tutumunu, daxili enerjisini, entalpiyasını, entropiyasını, buxarlanma istiliyini, səs sürətini və səthi gərilmə əmsalını qiymətləndirir.
CLO 4: FTN 4. Azərbaycanın geotermal enerji resurslarını, regionlar üzrə termal və mineral suların xüsusiyyətlərini araşdırır, geotermal suların kimyəvi analizinin nəticələrini şərh edir.
CLO 5: FTN 5. Perspektiv soyuducu agentlərin seçilmə prinsiplərini, termodinamik və fiziki-kimyəvi xassələrini təhlil edir və onların tətbiq üçün uyğunluğunu qiymətləndirir.
CLO 6: FTN 6. Perspektiv soyuducu agentlərin fizioloji və ekoloji təsirlərini qiymətləndirir, enerji səmərəliliyi, insan sağlamlığının qorunması və ətraf mühitə təsirin azaldılması baxımından uyğun agentlərin seçilməsi prinsiplərini əsaslandırır.
Mövzu planı
- 1.Fənnin əsas məqsədi və vəzifələriMühazirə
Fənnin məqsədi, əsas vəzifələri, öyrənilmə istiqamətləri və energetika sahəsində perspektiv yanacaqların, geotermal enerji resurslarının və müasir soyuducu agentlərin tətbiq əhəmiyyəti izah edilir. Enerji səmərəliliyi, ekoloji təhlükəsizlik və alternativ enerji mənbələrinin inkişaf perspektivləri nəzərdən keçirilir.
- 2.Perspektiv yanacaqlar haqqında məlumatMühazirə
Perspektiv yanacaqların növləri, əldə edilmə mənbələri, istehsal texnologiyaları və tətbiq sahələri araşdırılır. Hidrogen, bioyanacaqlar, sintetik yanacaqlar və digər alternativ enerji daşıyıcılarının xüsusiyyətləri, üstünlükləri və məhdudiyyətləri təhlil edilir.
- 3.Perspektiv yanacaqların əsas xarakteristikalarıMühazirə
Yanacaqların sıxlığı, özlülüyü, istilikvermə qabiliyyəti, qaynama temperaturu, təzyiq və temperaturdan asılı fiziki xassələri öyrənilir. Yanacaqların termodinamik və istismar göstəricilərinin enerji qurğularının işinə təsiri araşdırılır.
- 4.Perspektiv yanaсaqların tərkib hissələriMühazirə
Perspektiv yanacaqların kimyəvi və komponent tərkibi, əsas komponentlərin fiziki-kimyəvi xüsusiyyətləri və qarışıqların xassələrinə təsiri araşdırılır. Yanacaq qarışıqlarında komponentlərin payının müəyyənləşdirilməsi və tərkibin termodinamik parametrlərlə əlaqəsi izah edilir.
- 5.Perspektiv yanaсaqların psevdokritik parametrləriMühazirə
Çoxkomponentli yanacaq qarışıqları üçün psevdokritik temperatur və təzyiq anlayışları, onların hesablanma üsulları və termodinamik hesablamalarda istifadəsi öyrənilir. Komponentlərin mol paylarının psevdokritik parametrlərin qiymətlərinə təsiri nəzərdən keçirilir.
- 6.Perspektiv yanacaqların termodinamik xassələri. Yanaсaqların istilik tutumuMühazirə
Yanacaqların termodinamik vəziyyət parametrləri, istilik tutumu, onun sabit təzyiq və həcmdə qiymətləri, temperaturdan asılılığı və hesablanma üsulları araşdırılır. İstilik tutumunun enerji balanslarının tərtibində və energetik proseslərin hesablanmasında rolu izah edilir.
- 7.Yanaсaqların daxili enerjisi, entalpiyası, entropiyası və buxarlanma istiliyiMühazirə
Yanacaqların daxili enerjisi, entalpiyası və entropiyası kimi termodinamik funksiyalar, onların fiziki mənası və vəziyyət parametrlərindən asılılığı öyrənilir. Buxarlanma istiliyinin mahiyyəti, faza keçidlərində enerji mübadiləsi və bu göstəricilərin istilik proseslərinin hesablanmasında tətbiqi araşdırılır.
- 8.Yanaсaqların səs sürəti və səthi gərilmə əmsalıMühazirə
Yanacaqlarda səsin yayılma sürəti, onun sıxılma qabiliyyəti, sıxlıq və temperaturla əlaqəsi araşdırılır. Səthi gərilmə əmsalının fiziki mahiyyəti, temperaturdan asılılığı və maye yanacaqların damcı əmələ gətirməsi, püskürdülməsi və yanma proseslərinə təsiri izah edilir.
- 9.Azərbaycanın geotermal enerji resurslarıMühazirə
Azərbaycanın geoloji quruluşu, geotermal istilik mənbələri, yeraltı istilik enerjisinin formalaşması və yayılması xüsusiyyətləri nəzərdən keçirilir. Geotermal enerjinin elektrik enerjisi istehsalında, binaların qızdırılmasında, kənd təsərrüfatında və digər sahələrdə istifadəsi imkanları təhlil edilir.
- 10.Azərbaycanda regionlar üzrə termal və mineral sularMühazirə
Azərbaycanın müxtəlif regionlarında termal və mineral suların yayılması, yaranma şəraiti, temperatur və minerallaşma xüsusiyyətləri öyrənilir. Termal suların balneoloji, məişət, kənd təsərrüfatı və energetik məqsədlərlə istifadəsi imkanları araşdırılır.
- 11.Geoter¬mal suların kimyəvi analiziMühazirə
Geotermal suların kimyəvi tərkibi, əsas ionları, həll olmuş qazları, minerallaşma dərəcəsi və pH göstəricisi öyrənilir. Su nümunələrinin götürülməsi, laborator analiz üsulları və kimyəvi tərkibin geotermal qurğuların istismarına, korroziyaya və çöküntülərin yaranmasına təsiri araşdırılır.
- 12.Perspektiv soyuducu agentlərMühazirə
Müasir soyuducu agentlərin növləri, kimyəvi tərkibi, tətbiq sahələri və inkişaf istiqamətləri öyrənilir. Təbii soyuducu agentlərə — ammonyaka, karbon qazına, karbohidrogenlərə və suya, həmçinin aşağı qlobal istiləşmə potensialına malik sintetik agentlərə dair məlumatlar verilir.
- 13.Perspektiv soyuducu agentlərin seçilmə prinsipləriMühazirə
Soyuducu agentlərin seçilməsində termodinamik səmərəlilik, işçi təzyiqlər, soyutma temperaturu, enerji sərfiyyatı, təhlükəsizlik, materiallarla uyğunluq və ekoloji göstəricilər nəzərdən keçirilir. Agentlərin tətbiq şəraitinə görə üstünlükləri və məhdudiyyətləri müqayisə edilir.
- 14.Perspektiv soyuducu agentlərin termodinamik xassələriMühazirə
Soyuducu agentlərin təzyiq, temperatur və xüsusi həcm arasındakı əlaqələri, istilik tutumu, entalpiya, entropiya, buxarlanma və kondensasiya parametrləri öyrənilir. Soyuducu agentlərin p–h və T–s diaqramlarından istifadə, soyuducu dövrənin enerji balansı və soyutma əmsalının hesablanması izah edilir.
- 15.Perspektiv soyuducu agentlərin fiziki-kimyəvi, fizioloji və ekoloji xassələriMühazirə
Soyuducu agentlərin kimyəvi sabitliyi, yanıcılığı, toksikliyi, insan sağlamlığına təsiri, materiallarla uyğunluğu və atmosferə təsiri araşdırılır. Ozon qatının dağılması potensialı (ODP), qlobal istiləşmə potensialı (GWP), enerji səmərəliliyi və təhlükəsiz istismar tələbləri müqayisəli şəkildə nəzərdən keçirilir.
- 16.Perspektiv yanacaqların əsas xarakteristikalarının hesablanması və müqayisəsiMəşğələ
Perspektiv yanacaqların əsas fiziki və istilik-energetik göstəriciləri, o cümlədən sıxlığı, xüsusi istilik tutumu, istilikvermə qabiliyyəti və digər xarakteristikaları araşdırılır. Müxtəlif yanacaq növlərinin göstəriciləri müqayisə edilir.
- 17.Perspektiv yanacaqların termodinamik parametrlərinin hesablanmasıMəşğələ
Yanacaqların temperatur, təzyiq və həcm arasındakı əlaqələri, istilik tutumu və termodinamik xassələrinin dəyişməsi öyrənilir. Müvafiq düstur və cədvəllərdən istifadə etməklə hesablama tapşırıqları yerinə yetirilir.
- 18.Perspektiv yanacaqların tərkibinin təhlili və komponentlərinin müəyyən edilməsiMəşğələ
Perspektiv yanacaqların kimyəvi tərkibi, əsas komponentləri və onların yanacağın fiziki-kimyəvi və energetik xassələrinə təsiri araşdırılır. Müxtəlif yanacaqların komponent tərkibi üzrə müqayisəli təhlil aparılır.
- 19.Azərbaycanın geotermal enerji resurslarının potensialının qiymətləndirilməsiMəşğələ
Azərbaycanın müxtəlif regionlarında geotermal enerji resurslarının yayılması, termal suların temperatur göstəriciləri və onların istilik və elektrik enerjisi istehsalında istifadə imkanları araşdırılır.
- 20.Geotermal suların kimyəvi tərkibinin hesablanması və təhliliMəşğələ
Geotermal sularda mövcud olan əsas kation və anionlar, o cümlədən kalsium, maqnezium, natrium, kalium, xlorid, sulfat və hidrokarbonat ionları öyrənilir. Kimyəvi analiz nəticələri əsasında ionların miqdarı və suyun ümumi minerallaşması qiymətləndirilir.
- 21.Geotermal suların fiziki-kimyəvi xassələrinin qiymətləndirilməsiMühazirə
Geotermal suların temperaturu, sıxlığı, özlülüyü, pH göstəricisi, minerallaşması və istilik xassələri araşdırılır. Bu göstəricilərin geotermal sistemlərdə istilik mübadiləsinə, avadanlıqların işinə və korroziya proseslərinə təsiri təhlil edilir.
- 22.Alternativ soyuducu agentlərin termodinamik xassələrinin müqayisəsiMəşğələ
Alternativ soyuducu agentlərin, o cümlədən təbii və sintetik soyuducu maddələrin təzyiq, temperatur, xüsusi istilik tutumu, buxarlanma istiliyi və digər termodinamik göstəriciləri müqayisə edilir. Soyuducu agentlərin soyutma proseslərində tətbiq xüsusiyyətləri araşdırılır.
- 23.Alternativ soyuducu agentlərin seçilməsi və ekoloji göstəricilərinin qiymətləndirilməsiMəşğələ
Soyuducu agentlərin seçilməsində enerji səmərəliliyi, ozon qatının dağılma potensialı (ODP), qlobal istiləşmə potensialı (GWP), toksiklik və yanıcılıq göstəriciləri nəzərə alınır. Müxtəlif agentlərin texniki təhlükəsizlik və ekoloji baxımdan müqayisəsi aparılır.
- 24.Perspektiv yanacaqlar, onların əsas xarakteristikalarıSərbəst iş
Perspektiv yanacaq növləri, o cümlədən hidrogen, bioyanacaqlar, sintetik yanacaqlar və digər alternativ enerji daşıyıcıları haqqında məlumatların araşdırılması. Yanacaqların istiliktörətmə qabiliyyəti, sıxlığı, yanma xüsusiyyətləri, saxlanma və daşınma göstəricilərinin təhlili
- 25.Perspektiv yanacaqların termodinamik xassələriSərbəst iş
Perspektiv yanacaqların termodinamik parametrlərinin, istilik tutumunun, entalpiya və entropiyasının, yanma istiliyinin və yanma proseslərinin termodinamik xüsusiyyətlərinin öyrənilməsi. Yanacağın aqreqat halının və temperaturun energetik proseslərə təsirinin araşdırılması.
- 26.Perspektiv yanaсaqların tərkib hissələriSərbəst iş
Müxtəlif perspektiv yanacaqların kimyəvi tərkibinin, əsas element və birləşmələrinin, o cümlədən hidrogen, karbon, oksigen, kükürd və azot komponentlərinin öyrənilməsi. Yanacağın tərkibi ilə istiliktörətmə qabiliyyəti, yanma məhsulları və emissiyalar arasındakı əlaqələrin araşdırılması.
- 27.Azərbaycanın geoter¬mal enerji resursları haqqında məlumatSərbəst iş
Azərbaycanın geotermal enerji potensialının, geotermal suların yayıldığı ərazilərin və yeraltı istilik mənbələrinin araşdırılması. Geotermal resursların temperatur, dərinlik, debit və istifadə imkanlarına görə qiymətləndirilməsi, onların energetika və digər sahələrdə tətbiq perspektivlərinin öyrənilməsi.
- 28.Geoter¬mal suların kimyəvi tərkibi (kation və anionlar)Sərbəst iş
Geotermal suların kimyəvi tərkibinin, əsas kationların (Na⁺, K⁺, Ca²⁺, Mg²⁺) və anionların (Cl⁻, SO₄²⁻, HCO₃⁻) öyrənilməsi. Həll olmuş duzların, qazların və digər komponentlərin suyun keyfiyyətinə, korroziya və ərpəmələgəlmə proseslərinə təsirinin araşdırılması.
- 29.Geoter¬mal suların xassələriSərbəst iş
Geotermal suların temperatur, sıxlıq, özlülük, istilik tutumu, minerallaşma, pH və qaz tərkibi kimi fiziki-kimyəvi xassələrinin araşdırılması. Bu göstəricilərin istilik mübadiləsi, avadanlıqların istismarı və geotermal enerjinin mənimsənilməsinə təsirinin təhlili.
- 30.Alternativ soyuducu agentlərSərbəst iş
Ənənəvi soyuducu agentlərə alternativ olan təbii və sintetik soyuducu maddələrin, o cümlədən ammonyakın (R717), karbon dioksidin (R744), propanın (R290) və hidroflüorolefinlərin (HFO) öyrənilməsi. Onların soyuducu qurğularda, istilik nasoslarında və kondisioner sistemlərində tətbiq xüsusiyyətlərinin araşdırılması.
- 31.Perspektiv yanacaqların enerji səmərəliliyi və ətraf mühitə təsiriSərbəst iş
Perspektiv yanacaqların enerji çevrilmə səmərəliliyinin, yanma istiliyinin və faydalı iş əmsalının müqayisəli təhlili. Yanacaqların istehsalı, daşınması və istifadəsi zamanı yaranan istixana qazları, zərərli emissiyalar və digər ekoloji təsirlərin araşdırılması.
- 32.Geotermal enerji resurslarından elektrik və istilik enerjisinin istehsalında istifadə imkanlarıSərbəst iş
Geotermal enerjidən elektrik və istilik istehsalı üsullarının, o cümlədən birbaşa istilik təchizatının, binar tsiklli elektrik stansiyalarının və geotermal istilik nasoslarının iş prinsiplərinin öyrənilməsi. Resursların temperaturundan asılı olaraq texnologiyaların seçilməsi, enerji səmərəliliyi və iqtisadi-texniki məhdudiyyətlərin təhlili.
- 33.Alternativ soyuducu agentlərin fiziki-kimyəvi və ekoloji xassələrinin müqayisəli təhliliSərbəst iş
Alternativ soyuducu agentlərin qaynama temperaturu, təzyiq-temperatur əlaqəsi, istilik xassələri, kimyəvi sabitliyi, toksikliyi və alışqanlığının müqayisəli araşdırılması. Ozon qatını dağıtma potensialının (ODP), qlobal istiləşmə potensialının (GWP), enerji səmərəliliyinin və təhlükəsizlik tələblərinin qiymətləndirilməsi.
Ədəbiyyat
- Naziyev Y.M., Naziyev C.Y., Talıbov M.A. Tətbiqi termodinamika (dərs vəsaiti) “Təhsil” NPM, 2007, 254 səh.
- 2. A.N.Şahverdiyev, H.M.Quliyev. Alternativ soyuducu agentlər və qarışıqlar. Bakı. ELM nəşriyyatı, 2002, 254 səh.
- 3. Talıbov M.A Alternativ və bərpa olunan enerji mənbələrinin istilikdaşıyıcılarının istilik-fiziki xassələri. Texnika elmlər doktorluğu dissertasiyası. 2018, Bakı, 467 səh.
- 4. Quliyev H.M.. Soyuducu maşınların nəzəri əsasları (dərs vəsaiti), Bakı, 1998, 150 səh.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |