Fənn · Energetika mühəndisliyi

Perspektiv işçi agentlər

MS-05046 kreditPayız semestriSeçmə

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

—

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Perspektiv yanacaqların və soyuducu agentlərin əsas növlərini, təyinatını, tətbiq sahələrini və müasir energetikada əhəmiyyətini izah edir.

  2. CLO 2: FTN 2. Perspektiv yanacaqların tərkibini, əsas xarakteristikalarını və psevdokritik parametrlərini müəyyən edir, onların fiziki xassələrini təhlil edir.

  3. CLO 3: FTN 3. Perspektiv yanacaqların termodinamik xassələrini, o cümlədən istilik tutumunu, daxili enerjisini, entalpiyasını, entropiyasını, buxarlanma istiliyini, səs sürətini və səthi gərilmə əmsalını qiymətləndirir.

  4. CLO 4: FTN 4. Azərbaycanın geotermal enerji resurslarını, regionlar üzrə termal və mineral suların xüsusiyyətlərini araşdırır, geotermal suların kimyəvi analizinin nəticələrini şərh edir.

  5. CLO 5: FTN 5. Perspektiv soyuducu agentlərin seçilmə prinsiplərini, termodinamik və fiziki-kimyəvi xassələrini təhlil edir və onların tətbiq üçün uyğunluğunu qiymətləndirir.

  6. CLO 6: FTN 6. Perspektiv soyuducu agentlərin fizioloji və ekoloji təsirlərini qiymətləndirir, enerji səmərəliliyi, insan sağlamlığının qorunması və ətraf mühitə təsirin azaldılması baxımından uyğun agentlərin seçilməsi prinsiplərini əsaslandırır.