Fənn · Energetika mühəndisliyi
Elektroenergetika sistemlərində optimallaşdırma
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
—
Fənn təlim nəticələri
CLO 1: FTN1: Optimallaşdırma məsələlərinin ümumi qoyuluşunu, təsnifatını və elektroenergetika sistemlərində tətbiq sahələrini izah edir;
CLO 2: FTN2: Qabarıq çoxluqlar və funksiyalar, qradiyent, Hesse matrisi və optimallıq şərtlərini optimallaşdırma məsələlərinin təhlilində tətbiq edir;
CLO 3: FTN3: Xətti proqramlaşdırma məsələlərini simpleks üsulu ilə həll edir, dual məsələni qurur və həssaslıq təhlili aparır;
CLO 4: FTN4: Şərtsiz və şərti qeyri-xətti optimallaşdırma (qradiyent, Nyuton, Laqranj, KKT, cərimə və baryer funksiyaları) və dinamik proqramlaşdırma üsullarını müqayisə edərək məsələyə uyğun üsulu seçir;
CLO 5: FTN5: Aktiv gücün iqtisadi paylanması məsələsini generator hədlərini və şəbəkə itkilərini nəzərə almaqla modelləşdirir və həll edir;
CLO 6: FTN6: Aqreqatların qoşulması və hidrotermik rejimlərin optimallaşdırılması məsələlərinin riyazi modellərini qurur və nəticələri qiymətləndirir;
CLO 7: FTN7: AC və DC optimal güc axını məsələlərini qoyur, həllin nəticələrini və düyün qiymətlərini təhlil edir;
CLO 8: FTN8: Reaktiv güc və gərginliyin optimallaşdırılması, kompensasiya qurğularının yerləşdirilməsi və paylayıcı şəbəkənin optimal konfiqurasiyası məsələlərini həll edir
CLO 9: FTN9: Evristik və metaevristik üsulları, stoxastik və möhkəm optimallaşdırmanı bərpa olunan mənbələr və enerji yığıcıları olan sistemlərin rejim məsələlərinə tətbiq edir.