Fənn · Energetika mühəndisliyi

Elektrik stansiyalarının layihələndirilməsi və dizaynıSillabus

MS-05046 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0504
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a)30 saat mühazirə; b)15 saat məşğələ
Auditoriyadan kənar saatlar
a)60 saat sərbəst iş b)75 saat məsləhət

Tədris metodları

  • mühazirə
  • seminar
  • interaktiv müzakirə
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: ● FTN1: Elektrik stansiyalarının növlərini, iş prinsiplərini və energetik göstəricilərini izah edir;

  2. CLO 2: ● FTN2: Kondensasiyalı elektrik stansiyalarının və istilik elektrik mərkəzlərinin istilik faydalılığını və energetik göstəricilərini hesablayır;

  3. CLO 3: ● FTN3: İES-in əsas və köməkçi avadanlıqları ilə bağlı mühəndislik məsələlərini təhlil edir;

  4. CLO 4: ● FTN4: Müxtəlif enerji istehsalı texnologiyalarını (qaz turbinli, buxar-qaz turbinli, dizel, atom, su və alternativ mənbələr üzrə) müqayisə edir;

  5. CLO 5: ● FTN5: Enerji istehsalı mövzusunda fərdi tapşırığı hazırlayıb təqdim edir.

Mövzu planı

  1. 1.
    1. Müasir elektrik stansiyalarının layihələndirilməsinin əsas prinsipləri və metodologiyasıMühazirə

    Layihələndirmənin mərhələləri, normativ tələblər və layihə qərarlarının qəbulu metodologiyası nəzərdən keçirilir.

  2. 2.
    2. Elektrik stansiyalarının struktur sxemlərinin seçilməsi və optimal layihələndirilməsiMühazirə

    Struktur sxem variantları, onların texniki-iqtisadi müqayisəsi və optimal variantın seçilməsi araşdırılır.

  3. 3.
    3. Elektrik stansiyalarında əsas və köməkçi elektrik avadanlıqlarının seçilməsi və yerləşdirilməsiMühazirə

    Əsas və köməkçi avadanlıqların seçim meyarları, yerləşdirmə prinsipləri və məkan həlləri öyrənilir.

  4. 4.
    4. Generator–transformator bloklarının optimal layihələndirilməsi və texniki-iqtisadi əsaslandırılmasıMühazirə

    Blok sxemlərinin variantları, transformatorların gücünün seçilməsi və iqtisadi əsaslandırma aparılır.

  5. 5.
    5. Elektrik stansiyalarında daxili enerji təchizatı sistemlərinin layihələndirilməsiMühazirə

    Öz ehtiyacları sisteminin sxemləri, gərginlik səviyyələri və ehtiyat qidalanma mənbələri nəzərdən keçirilir.

  6. 6.
    6. Elektrik stansiyalarının yüksək gərginlikli paylayıcı qurğularının layihələndirilməsiMühazirə

    Açıq və qapalı paylayıcı qurğuların sxemləri, konstruktiv həlləri və seçim meyarları araşdırılır.

  7. 7.
    7. Elektrik stansiyalarının ildırımdan və atmosfer ifrat gərginliklərindən mühafizəsinin layihələndirilməsiMühazirə

    İldırımötürücülər, ifrat gərginlikdən mühafizə vasitələri və torpaqlama qurğuları öyrənilir.

  8. 8.
    8. Elektrik stansiyalarının enerji itkilərinin hesablanması və optimallaşdırılmasıMühazirə

    Transformator və xətlərdə itkilərin hesablanması, itkilərin azaldılması tədbirləri nəzərdən keçirilir.

  9. 9.
    9. Fotovoltaik günəş elektrik stansiyalarının optimal layihələndirilməsi və enerji səmərəliliyinin qiymətləndirilməsiMühazirə

    Panellərin seçilməsi, yerləşdirmə bucaqları, inverter seçimi və enerji hasilatının hesablanması araşdırılır.

  10. 10.
    10. Külək elektrik stansiyalarının layihələndirilməsi: külək resurslarının analizi, turbin seçimi və yerləşdirməMühazirə

    Külək resurslarının qiymətləndirilməsi, turbinin seçilməsi və sahədə yerləşdirmə prinsipləri öyrənilir.

  11. 11.
    11. Bərpa olunan enerji elektrik stansiyalarının şəbəkəyə inteqrasiyasıMühazirə

    Şəbəkəyə qoşulma tələbləri, enerji keyfiyyəti və rejim dayanıqlığı məsələləri nəzərdən keçirilir.

  12. 12.
    12. Batareya enerji saxlama sistemləri (BESS) ilə elektrik stansiyalarının güc və enerji balansının optimallaşdırılmasıMühazirə

    BESS-in tətbiq sxemləri, tutumun seçilməsi və balansın optimallaşdırılması məsələləri araşdırılır.

  13. 13.
    13. Çevik və ağıllı elektrik stansiyalarının layihələndirilməsi və Smart Grid texnologiyalarının tətbiqiMühazirə

    Smart Grid konsepsiyası, çevik idarəetmə həlləri və onların stansiya layihəsində tətbiqi öyrənilir.

  14. 14.
    14. Elektrik stansiyalarında rəqəmsal idarəetmə, avtomatlaşdırma və SCADA sistemlərinin layihələndirilməsiMühazirə

    Avtomatlaşdırılmış idarəetmə sistemlərinin strukturu, SCADA funksiyaları və layihə həlləri nəzərdən keçirilir.

  15. 15.
    15. Elektrik stansiyalarının layihələndirilməsində rəqəmsal modelləşdirmə və real-vaxt simulyasiya texnologiyalarıMühazirə

    Rəqəmsal əkiz, modelləşdirmə proqram təminatı və real-vaxt simulyasiya üsulları araşdırılır.

  16. 16.
    1. Fənnin tədrisinin əsas məqsədi və məsələləri. Kondensasiyalı elektrik stansiyasında elektrik enerjisi istehsalıSərbəst iş

    Tələbə KES-in texnoloji prosesini araşdırır və enerji istehsalı mərhələlərini təqdim edir.

  17. 17.
    2. Yüksək və alçaq təzyiqli qızdırıcıların, deaeratorların iş prinsipi və quruluşlarıSərbəst iş

    Tələbə regenerativ qızdırıcıların və deaeratorların quruluşunu və təyinatını öyrənir.

  18. 18.
    3. Günəş, külək və su elektrik stansiyalarında elektrik enerjisi istehsalıSərbəst iş

    Tələbə alternativ mənbələrdən enerji istehsalı texnologiyalarını müqayisəli araşdırır.

  19. 19.
    4. İES-in nasosları, qaz turbinli İES-in iş prinsipi, AES-də elektrik enerjisi istehsalıSərbəst iş

    Tələbə köməkçi avadanlıqları, qaz turbinli sxemi və AES-in iş prinsipini araşdırır

  20. 20.
    5. Qaz turbinli və buxar-qaz turbinli stansiyaların texniki-iqtisadi göstəriciləriSərbəst iş

    Tələbə göstəriciləri hesablayaraq iki texnologiyanı müqayisə edir.

  21. 21.
    6. Buxar-qaz turbinli İES-də elektrik enerjisi istehsalıSərbəst iş

    Tələbə birləşmiş dövrün texnoloji sxemini və faydalılığını araşdırır.

  22. 22.
    7. Kondensasiyalı elektrik stansiyasında elektrik enerjisi istehsalıSərbəst iş

    Tələbə KES-in prinsipial istilik sxemini və göstəricilərini təhlil edir.

  23. 23.
    8. İstilik elektrik mərkəzində elektrik enerjisi istehsalıSərbəst iş

    Tələbə İEM-də elektrik və istilik enerjisinin birgə istehsalı sxemini araşdırır.

  24. 24.
    9. Yağ soyuducuların quruluşu və iş prinsipiSərbəst iş

    Tələbə yağ soyutma sistemlərinin konstruksiyasını və istismar xüsusiyyətlərini öyrənir.

  25. 25.
    10. Kondensatorun işinin stansiyanın faydalılığına təsiriSərbəst iş

    Tələbə kondensatorda vakuumun və soyutma rejiminin stansiyanın FİƏ-nə təsirini araşdırır.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5