Fənn · Energetika mühəndisliyi

Tədqiqat metodlarıMövzu planı

MM-05016 kreditPayız semestriMəcburi

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

30 mövzu
  1. 1. Tədqiqata giriş

    Mühazirə1

    Elmi tədqiqatın mahiyyəti, məqsədləri və mərhələləri, fundamental və tətbiqi tədqiqatlar arasındakı fərqlər, tədqiqat prosesində ardıcıllıq, tədqiqat sualı və problemin qoyuluşu öyrənilir.

    Mənbəyə keç: Tədqiqata giriş (yeni pəncərədə açılır)
  2. 2. Tədqiqat metodlarının nəzəri əsasları

    Mühazirə2

    Kəmiyyət və keyfiyyət tədqiqat metodları, onların fərqləri, üstünlükləri və zəif tərəfləri, tətbiq sahələri müqayisəli şəkildə araşdırılır.

    Mənbəyə keç: Tədqiqat metodlarının nəzəri əsasları (yeni pəncərədə açılır)
  3. 3. Tədqiqat sualının (problemin) formalaşdırılması

    Mühazirə3

    Tədqiqat probleminin qoyuluşu, problemin elmi aktuallığı və məhdudiyyətləri, uyğun tədqiqat sualının formalaşdırılması qaydaları öyrənilir.

    Mənbəyə keç: Tədqiqat sualının (problemin) formalaşdırılması (yeni pəncərədə açılır)
  4. 4. Tədqiqat planının hazırlanması

    Mühazirə4

    Tədqiqat təklifinin mahiyyəti və bölmələri, tədqiqatın məqsəd və vəzifələri, gözlənilən nəticələrin formalaşdırılması öyrənilir.

    Mənbəyə keç: Tədqiqat planının hazırlanması (yeni pəncərədə açılır)
  5. 5. Elmi mənbələr və axtarışı

    Mühazirə5

    Kitabxana, elmi bazalar və elektron resurslardan istifadə, ədəbiyyat mənbələrinin növləri və onların axtarış üsulları araşdırılır.

    Mənbəyə keç: Elmi mənbələr və axtarışı (yeni pəncərədə açılır)
  6. 6. Elmi mənbələrin axtarışı və analizi

    Mühazirə6

    Nəşr növləri, nəşrlərdə trend təhlili, tədqiqatın təsirinin ölçülməsi, nəşrin dəyəri, AzTU-da kitabxana sistemi və imkanlar, bibliometrik göstəricilər və elmi mənbələrin analizi öyrənilir.

    Mənbəyə keç: Elmi mənbələrin axtarışı və analizi (yeni pəncərədə açılır)
  7. 7. Tədqiqatın nəticələrinin nəşri və müəlliflik hüququ

    Mühazirə7

    Nəticələrin (məqalənin) nəşr olunması prosesi, patent və müəlliflik hüququ, AzTU-da dissertasiyanın təhvil verilməsi, magistr tələbəsinin tədqiqatı üzrə müəlliflik, tədqiqatın gələcəkdə istifadəsi və genişləndirilməsi araşdırılır.

    Mənbəyə keç: Tədqiqatın nəticələrinin nəşri və müəlliflik hüququ (yeni pəncərədə açılır)
  8. 8. Elmi tədqiqatda etika

    Mühazirə8

    Etika və metodoloji prinsiplər, plagiat, müəlliflik hüquqları və etik icazələr, akademik dürüstlük məsələləri öyrənilir.

    Mənbəyə keç: Elmi tədqiqatda etika (yeni pəncərədə açılır)
  9. 9. Ədəbiyyat icmalı (xülasə), elmi yazı üslubu

    Mühazirə9

    Açar sözlər, xülasə, akademik yazı üslubu, giriş, metodologiya, nəticələr və ədəbiyyat bölmələri, hesabat, dissertasiya və məqalə yazı standartları, APA, IEEE, Chicago və digər sitatlaşdırma formatları öyrənilir.

    Mənbəyə keç: Ədəbiyyat icmalı (xülasə), elmi yazı üslubu (yeni pəncərədə açılır)
  10. 10. Tədqiqat nəticələrinin təqdimatı və elmi diskussiya

    Mühazirə10

    Müdafiə tələbləri, tədqiqat metodları və eksperimental üsulların təqdimat standartı, xülasənin yazılması, müdafiə və konfrans üçün təqdimatın hazırlanması, konfrans çıxışı, seminar və poster təqdimatları öyrənilir.

    Mənbəyə keç: Tədqiqat nəticələrinin təqdimatı və elmi diskussiya (yeni pəncərədə açılır)
  11. 11. Hipotezlərin qurulması

    Mühazirə11

    Hipotezin mahiyyəti və növləri, eksperimental və müşahidə xarakterli tədqiqatların strukturlaşdırılması, hipotezlərin tədqiqat sualı ilə əlaqələndirilməsi öyrənilir.

    Mənbəyə keç: Hipotezlərin qurulması (yeni pəncərədə açılır)
  12. 12. Verilənlərin toplanması üsulları

    Mühazirə12

    Sorğu, müsahibə, eksperiment, müşahidə və digər məlumat toplama üsulları, onların tətbiq şərtləri, üstünlükləri və məhdudiyyətləri araşdırılır.

    Mənbəyə keç: Verilənlərin toplanması üsulları (yeni pəncərədə açılır)
  13. 13. Ölçmə alətləri və verilənlərin etibarlılığı

    Mühazirə13

    Ölçmə alətləri, reliabilik və validlik anlayışları, ölçmənin dəqiqliyi və verilənlərin etibarlılığının qiymətləndirilməsi öyrənilir.

    Mənbəyə keç: Ölçmə alətləri və verilənlərin etibarlılığı (yeni pəncərədə açılır)
  14. 14. Statistik təhlil üsulları

    Mühazirə14

    Xəta və qeyri-müəyyənlik mənbələri, birölçülü, ikiölçülü və çoxölçülü statistika, sıfır hipotez testi, deskriptiv təhlil, korrelyasiya və reqressiya üsulları öyrənilir.

    Mənbəyə keç: Statistik təhlil üsulları (yeni pəncərədə açılır)
  15. 15. Verilənlərin vizuallaşdırılması və nəticələrin interpretasiyası

    Mühazirə15

    Qrafik və cədvəllərin hazırlanması, proqram təminatlarının (MS Excel, SPSS, Python) tətbiqi, statistik nəticələrin şərh edilməsi araşdırılır.

    Mənbəyə keç: Verilənlərin vizuallaşdırılması və nəticələrin interpretasiyası (yeni pəncərədə açılır)
  16. 16. Elmi tədqiqatın mahiyyəti, məqsədi və əsas mərhələləri

    Sərbəst iş1

    Elmi tədqiqatın anlayışı, məqsədi, növləri və əsas mərhələləri araşdırılır, nəticələr PPT təqdimat və hesabat şəklində hazırlanır.

    Mənbəyə keç: Elmi tədqiqatın mahiyyəti, məqsədi və əsas mərhələləri (yeni pəncərədə açılır)
  17. 17. Tədqiqat probleminin müəyyənləşdirilməsi və tədqiqat suallarının hazırlanması

    Sərbəst iş2

    Tədqiqat probleminin seçilməsi, aktuallığının əsaslandırılması və tədqiqat suallarının formalaşdırılması qaydaları öyrənilir.

    Mənbəyə keç: Tədqiqat probleminin müəyyənləşdirilməsi və tədqiqat suallarının hazırlanması (yeni pəncərədə açılır)
  18. 18. Kəmiyyət və keyfiyyət tədqiqat metodlarının müqayisəli təhlili

    Sərbəst iş3

    Kəmiyyət və keyfiyyət metodlarının xüsusiyyətləri, üstünlükləri, məhdudiyyətləri və qarışıq metodlar nümunələr əsasında müqayisə edilir.

    Mənbəyə keç: Kəmiyyət və keyfiyyət tədqiqat metodlarının müqayisəli təhlili (yeni pəncərədə açılır)
  19. 19. Müşahidə metodunun tədqiqatlarda tətbiqi və xüsusiyyətləri

    Sərbəst iş4

    Müşahidənin növləri (strukturlaşdırılmış, strukturlaşdırılmamış, iştirakçı), tətbiq sahələri və məhdudiyyətləri araşdırılır.

    Mənbəyə keç: Müşahidə metodunun tədqiqatlarda tətbiqi və xüsusiyyətləri (yeni pəncərədə açılır)
  20. 20. Sorğu və anket metodları: üstünlükləri və məhdudiyyətləri

    Sərbəst iş5

    Sorğu və anketin hazırlanması, sualların tərtibi, tətbiqi, üstünlükləri və məhdudiyyətləri öyrənilir.

    Mənbəyə keç: Sorğu və anket metodları: üstünlükləri və məhdudiyyətləri (yeni pəncərədə açılır)
  21. 21. Müsahibə metodunun elmi tədqiqatlarda rolu

    Sərbəst iş6

    Müsahibənin növləri (strukturlaşdırılmış, yarımstrukturlaşdırılmış, açıq), aparılma qaydaları və nəticələrin təhlili araşdırılır.

    Mənbəyə keç: Müsahibə metodunun elmi tədqiqatlarda rolu (yeni pəncərədə açılır)
  22. 22. Eksperiment metodunun mahiyyəti və tətbiq sahələri

    Sərbəst iş7

    Eksperimentin mahiyyəti, dəyişənlər, nəzarət şərtləri, eksperimental dizaynın növləri və mühəndislik sahəsində tətbiqi öyrənilir.

    Mənbəyə keç: Eksperiment metodunun mahiyyəti və tətbiq sahələri (yeni pəncərədə açılır)
  23. 23. Elmi tədqiqatlarda məlumatların toplanması və təhlili üsulları

    Sərbəst iş8

    Məlumat toplama və təhlil üsulları arasındakı əlaqə, ilkin emal, təsnifatlaşdırma və təhlil yanaşmaları araşdırılır.

    Mənbəyə keç: Elmi tədqiqatlarda məlumatların toplanması və təhlili üsulları (yeni pəncərədə açılır)
  24. 24. Tədqiqat etikasının əsas prinsipləri və akademik dürüstlük

    Sərbəst iş9

    Etik prinsiplər, informasiyalı razılıq, məxfilik, saxtakarlıq və akademik dürüstlük məsələləri nümunələr əsasında araşdırılır.

    Mənbəyə keç: Tədqiqat etikasının əsas prinsipləri və akademik dürüstlük (yeni pəncərədə açılır)
  25. 25. Elmi işin hazırlanması: struktur, istinad qaydaları və nəticələrin təqdim edilməsi

    Sərbəst iş10

    Elmi işin strukturu, istinad və sitatlaşdırma qaydaları, nəticələrin yazılı və şifahi təqdimatı öyrənilir.

    Mənbəyə keç: Elmi işin hazırlanması: struktur, istinad qaydaları və nəticələrin təqdim edilməsi (yeni pəncərədə açılır)
  26. 26. Tədqiqat metodunun seçilməsi: əsas meyarlar və prinsiplər

    Sərbəst iş11

    Tədqiqat metodunun seçilməsində tədqiqat sualı, məqsəd, resurs, vaxt və etik meyarların rolu araşdırılır.

    Mənbəyə keç: Tədqiqat metodunun seçilməsi: əsas meyarlar və prinsiplər (yeni pəncərədə açılır)
  27. 27. Elmi ədəbiyyatın araşdırılması və ədəbiyyat icmalının hazırlanması

    Sərbəst iş12

    Elmi ədəbiyyatın axtarışı, seçilməsi, tənqidi oxunması və ədəbiyyat icmalının yazılması qaydaları öyrənilir.

    Mənbəyə keç: Elmi ədəbiyyatın araşdırılması və ədəbiyyat icmalının hazırlanması (yeni pəncərədə açılır)
  28. 28. Seçmə metodları və seçmə həcminin müəyyənləşdirilməsi

    Sərbəst iş13

    Ehtimallı və qeyri-ehtimallı seçmə üsulları, seçmə həcminin hesablanması və nümayəndəliyin təmin edilməsi araşdırılır.

    Mənbəyə keç: Seçmə metodları və seçmə həcminin müəyyənləşdirilməsi (yeni pəncərədə açılır)
  29. 29. Elmi tədqiqatlarda statistik metodlardan istifadə

    Sərbəst iş14

    Statistik metodların tədqiqatda rolu, deskriptiv və təhlil üsullarının MS Excel, SPSS və Python vasitəsilə tətbiqi öyrənilir.

    Mənbəyə keç: Elmi tədqiqatlarda statistik metodlardan istifadə (yeni pəncərədə açılır)
  30. 30. Plagiat anlayışı, növləri və onun qarşısının alınması yolları

    Sərbəst iş15

    Plagiatın anlayışı, növləri, aşkarlanma vasitələri və qarşısının alınması üsulları, düzgün istinad vərdişləri araşdırılır.

    Mənbəyə keç: Plagiat anlayışı, növləri və onun qarşısının alınması yolları (yeni pəncərədə açılır)