Fənn · Energetika mühəndisliyi

Tədqiqat metodlarıSillabus

MM-05016 kreditPayız semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM-0501
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a)30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a)75 saat sərbəst iş b)75 saat məsləhət

Fənn haqqında

-

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN1: Elmi tədqiqatların aparılması üçün kəmiyyət və keyfiyyət tədqiqat metodlarını, onların xüsusiyyətlərini və tətbiq sahələrini fərqləndirir və məqsədyönlü şəkildə tətbiq edir;

  2. CLO 2: FTN2: Mühəndislik və texniki sahələrdə tədqiqat sualını formalaşdırır, hipotezlər qurur və tədqiqat dizaynını (eksperimental və ya müşahidə xarakterli) hazırlayır;

  3. CLO 3: FTN3: Elmi mənbələrdən (kitabxana, elmi bazalar, elektron resurslar və s.) sistematik istifadə edərək mövcud bilikləri toplayır və tədqiqat çərçivəsini formalaşdırır;

  4. CLO 4: FTN4: Toplanmış verilənləri ölçür, statistik üsullarla işləyir, vizuallaşdırır və tədqiqat məqsədlərinə uyğun təhlil edir;

  5. CLO 5: FTN5: Tədqiqat nəticələrini məntiqi strukturda təqdim edir, elmi məqalə və hesabat şəklində yazır, nəticələri şifahi və yazılı formada auditoriyaya çatdırır;

  6. CLO 6: FTN6: Tədqiqatın etik və metodoloji prinsiplərinə riayət etməklə müstəqil və ya qrup halında tədqiqat aparır, layihə və dissertasiya işlərinin hazırlanmasında metodoloji əsasları düzgün tətbiq edir.

Mövzu planı

  1. 1.
    Tədqiqata girişMühazirə

    Elmi tədqiqatın mahiyyəti, məqsədləri və mərhələləri, fundamental və tətbiqi tədqiqatlar arasındakı fərqlər, tədqiqat prosesində ardıcıllıq, tədqiqat sualı və problemin qoyuluşu öyrənilir.

  2. 2.
    Tədqiqat metodlarının nəzəri əsaslarıMühazirə

    Kəmiyyət və keyfiyyət tədqiqat metodları, onların fərqləri, üstünlükləri və zəif tərəfləri, tətbiq sahələri müqayisəli şəkildə araşdırılır.

  3. 3.
    Tədqiqat sualının (problemin) formalaşdırılmasıMühazirə

    Tədqiqat probleminin qoyuluşu, problemin elmi aktuallığı və məhdudiyyətləri, uyğun tədqiqat sualının formalaşdırılması qaydaları öyrənilir.

  4. 4.
    Tədqiqat planının hazırlanmasıMühazirə

    Tədqiqat təklifinin mahiyyəti və bölmələri, tədqiqatın məqsəd və vəzifələri, gözlənilən nəticələrin formalaşdırılması öyrənilir.

  5. 5.
    Elmi mənbələr və axtarışıMühazirə

    Kitabxana, elmi bazalar və elektron resurslardan istifadə, ədəbiyyat mənbələrinin növləri və onların axtarış üsulları araşdırılır.

  6. 6.
    Elmi mənbələrin axtarışı və analiziMühazirə

    Nəşr növləri, nəşrlərdə trend təhlili, tədqiqatın təsirinin ölçülməsi, nəşrin dəyəri, AzTU-da kitabxana sistemi və imkanlar, bibliometrik göstəricilər və elmi mənbələrin analizi öyrənilir.

  7. 7.
    Tədqiqatın nəticələrinin nəşri və müəlliflik hüququMühazirə

    Nəticələrin (məqalənin) nəşr olunması prosesi, patent və müəlliflik hüququ, AzTU-da dissertasiyanın təhvil verilməsi, magistr tələbəsinin tədqiqatı üzrə müəlliflik, tədqiqatın gələcəkdə istifadəsi və genişləndirilməsi araşdırılır.

  8. 8.
    Elmi tədqiqatda etikaMühazirə

    Etika və metodoloji prinsiplər, plagiat, müəlliflik hüquqları və etik icazələr, akademik dürüstlük məsələləri öyrənilir.

  9. 9.
    Ədəbiyyat icmalı (xülasə), elmi yazı üslubuMühazirə

    Açar sözlər, xülasə, akademik yazı üslubu, giriş, metodologiya, nəticələr və ədəbiyyat bölmələri, hesabat, dissertasiya və məqalə yazı standartları, APA, IEEE, Chicago və digər sitatlaşdırma formatları öyrənilir.

  10. 10.
    Tədqiqat nəticələrinin təqdimatı və elmi diskussiyaMühazirə

    Müdafiə tələbləri, tədqiqat metodları və eksperimental üsulların təqdimat standartı, xülasənin yazılması, müdafiə və konfrans üçün təqdimatın hazırlanması, konfrans çıxışı, seminar və poster təqdimatları öyrənilir.

  11. 11.
    Hipotezlərin qurulmasıMühazirə

    Hipotezin mahiyyəti və növləri, eksperimental və müşahidə xarakterli tədqiqatların strukturlaşdırılması, hipotezlərin tədqiqat sualı ilə əlaqələndirilməsi öyrənilir.

  12. 12.
    Verilənlərin toplanması üsullarıMühazirə

    Sorğu, müsahibə, eksperiment, müşahidə və digər məlumat toplama üsulları, onların tətbiq şərtləri, üstünlükləri və məhdudiyyətləri araşdırılır.

  13. 13.
    Ölçmə alətləri və verilənlərin etibarlılığıMühazirə

    Ölçmə alətləri, reliabilik və validlik anlayışları, ölçmənin dəqiqliyi və verilənlərin etibarlılığının qiymətləndirilməsi öyrənilir.

  14. 14.
    Statistik təhlil üsullarıMühazirə

    Xəta və qeyri-müəyyənlik mənbələri, birölçülü, ikiölçülü və çoxölçülü statistika, sıfır hipotez testi, deskriptiv təhlil, korrelyasiya və reqressiya üsulları öyrənilir.

  15. 15.
    Verilənlərin vizuallaşdırılması və nəticələrin interpretasiyasıMühazirə

    Qrafik və cədvəllərin hazırlanması, proqram təminatlarının (MS Excel, SPSS, Python) tətbiqi, statistik nəticələrin şərh edilməsi araşdırılır.

  16. 16.
    Elmi tədqiqatın mahiyyəti, məqsədi və əsas mərhələləriSərbəst iş

    Elmi tədqiqatın anlayışı, məqsədi, növləri və əsas mərhələləri araşdırılır, nəticələr PPT təqdimat və hesabat şəklində hazırlanır.

  17. 17.
    Tədqiqat probleminin müəyyənləşdirilməsi və tədqiqat suallarının hazırlanmasıSərbəst iş

    Tədqiqat probleminin seçilməsi, aktuallığının əsaslandırılması və tədqiqat suallarının formalaşdırılması qaydaları öyrənilir.

  18. 18.
    Kəmiyyət və keyfiyyət tədqiqat metodlarının müqayisəli təhliliSərbəst iş

    Kəmiyyət və keyfiyyət metodlarının xüsusiyyətləri, üstünlükləri, məhdudiyyətləri və qarışıq metodlar nümunələr əsasında müqayisə edilir.

  19. 19.
    Müşahidə metodunun tədqiqatlarda tətbiqi və xüsusiyyətləriSərbəst iş

    Müşahidənin növləri (strukturlaşdırılmış, strukturlaşdırılmamış, iştirakçı), tətbiq sahələri və məhdudiyyətləri araşdırılır.

  20. 20.
    Sorğu və anket metodları: üstünlükləri və məhdudiyyətləriSərbəst iş

    Sorğu və anketin hazırlanması, sualların tərtibi, tətbiqi, üstünlükləri və məhdudiyyətləri öyrənilir.

  21. 21.
    Müsahibə metodunun elmi tədqiqatlarda roluSərbəst iş

    Müsahibənin növləri (strukturlaşdırılmış, yarımstrukturlaşdırılmış, açıq), aparılma qaydaları və nəticələrin təhlili araşdırılır.

  22. 22.
    Eksperiment metodunun mahiyyəti və tətbiq sahələriSərbəst iş

    Eksperimentin mahiyyəti, dəyişənlər, nəzarət şərtləri, eksperimental dizaynın növləri və mühəndislik sahəsində tətbiqi öyrənilir.

  23. 23.
    Elmi tədqiqatlarda məlumatların toplanması və təhlili üsullarıSərbəst iş

    Məlumat toplama və təhlil üsulları arasındakı əlaqə, ilkin emal, təsnifatlaşdırma və təhlil yanaşmaları araşdırılır.

  24. 24.
    Tədqiqat etikasının əsas prinsipləri və akademik dürüstlükSərbəst iş

    Etik prinsiplər, informasiyalı razılıq, məxfilik, saxtakarlıq və akademik dürüstlük məsələləri nümunələr əsasında araşdırılır.

  25. 25.
    Elmi işin hazırlanması: struktur, istinad qaydaları və nəticələrin təqdim edilməsiSərbəst iş

    Elmi işin strukturu, istinad və sitatlaşdırma qaydaları, nəticələrin yazılı və şifahi təqdimatı öyrənilir.

  26. 26.
    Tədqiqat metodunun seçilməsi: əsas meyarlar və prinsiplərSərbəst iş

    Tədqiqat metodunun seçilməsində tədqiqat sualı, məqsəd, resurs, vaxt və etik meyarların rolu araşdırılır.

  27. 27.
    Elmi ədəbiyyatın araşdırılması və ədəbiyyat icmalının hazırlanmasıSərbəst iş

    Elmi ədəbiyyatın axtarışı, seçilməsi, tənqidi oxunması və ədəbiyyat icmalının yazılması qaydaları öyrənilir.

  28. 28.
    Seçmə metodları və seçmə həcminin müəyyənləşdirilməsiSərbəst iş

    Ehtimallı və qeyri-ehtimallı seçmə üsulları, seçmə həcminin hesablanması və nümayəndəliyin təmin edilməsi araşdırılır.

  29. 29.
    Elmi tədqiqatlarda statistik metodlardan istifadəSərbəst iş

    Statistik metodların tədqiqatda rolu, deskriptiv və təhlil üsullarının MS Excel, SPSS və Python vasitəsilə tətbiqi öyrənilir.

  30. 30.
    Plagiat anlayışı, növləri və onun qarşısının alınması yollarıSərbəst iş

    Plagiatın anlayışı, növləri, aşkarlanma vasitələri və qarşısının alınması üsulları, düzgün istinad vərdişləri araşdırılır.

Ədəbiyyat

  1. 1. David V. Thiel, Research Methods for Engineers, 1st edition;
  2. 2. Creswell, J. W. (2018). Research Design: Qualitative, Quantitative, and Mixed Methods Approaches (5th ed.). SAGE;
  3. 3. F.Əhmədov, İ.Seyfullayev, O.Quliyev, A.Məmmədov. Tədqiqat metodları. Dərslik. Bakı, 2023, ISBN: 978-9952-8479-3-2;
  4. 4. OECD (2015), Frascati Manual 2015: Guidelines for Collecting and Reporting Data on Research and Experimental Development. The Measurement of Scientific, Technological and Innovation Activities, OECD Publishing, Paris;
  5. 5. Mertens, D. M. (2014). Research and Evaluation in Education and Psychology. SAGE;
  6. 6. Borg, W. R., & Gall, M. D. (1989). Educational Research: An Introduction. Longman;
  7. 7. Azərbaycan Texniki Universiteti, Yüksək Təhsil İnstitutu, “Magistr dissertasiyalarının yazılması qaydaları” təlimatı, 2025.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5