Fənn · Elektrik və elektronika mühəndisliyi.
Ağıllı elektrik şəbəkələri: Aktiv şəbəkələr və mikro şəbəkələrMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Aktiv şəbəkələr və mikro şəbəkə texnologiyaları. Əsas anlayışlar, strukturu, mini şəbəkələr, dünya ölkələrində inkişaf dinamikası
Mühazirə2. Aktiv və mikro şəbəkələrin tətbiq sahələri, növləri. Kommersiya və sənaye, kommunal, təhsil müəssisələrində və dövlət təşkilatlarında, müstəqil lokal, kənd və uzaq mikro şəbəkələr
Mühazirə3. Aktiv və mikro şəbəkələrə ümumi tələblər. Etibarlılıq, xərclərə qənaət, ətraf mühitlə qarşılıqlı əlaqə
Mühazirə4. Ağıllı elektrik şəbəkələrin idarə edilməsi və tətbiqində problemlər
MühazirəMəhdud sayda prototip qurğular və maliyyələşdirmə modelləri, effektivlik göstəricilərinin olmaması, pərakəndə istehlaka məhdud giriş, kibertəhlükəsizlik, məhdud standartlar və qarşılıqlı əlaqə protokolları, texniki və əməliyyat çətinlikləri
5. Ağıllı elektrik şəbəkələrin komponentləri. Yerli istehsal, enerji saxlama, son istifadə yükləri, kommunal xidmətlər arasında əlaqə, idarəetmə sistemi
Mühazirə6. Aktiv və mikro şəbəkələrin fərqli elementləri. Güc elektronikası, mühafizə, monitorinq, güc çeviriciləri, optimallıq, kibertəhlükəsizlik
Mühazirə7. Konstruksiyasına görə ağıllı şəbəkələrin növləri. Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş, üstünlükləri və çatışmazlıqları, nəzarət sistemlərinin fərqli xüsusiyyətləri
Mühazirə8. Enerji texnologiyasının növünə görə ağıllı elektrik şəbəkələrinin növləri. Dəyişən cərəyan, sabit cərəyan, hibrid, tipik blok diaqramı xüsusiyyətləri
Mühazirə9. Ağıllı elektrik şəbəkələrinin dizaynı
MühazirəMikro şəbəkə layihələrinin tətbiqində mərhələlər, sosial, iqtisadi, texniki, hüquqi və tənzimləyici meyarlar, parametrləri, dizayn mərhələlərinin blok sxemi, kapital xərcləri
10. Ağıllı elektrik şəbəkələrinin iş rejimləri. Şəbəkəyə qoşulma və ada rejimləri arasında keçid, sistemin sabitliyinin və sinxron işləməsinin təmin edilməsi, nasazlıqlar, texniki xidmət
Mühazirə11. Mikroşəbəkələrin istismarı və texniki xidməti
MühazirəMikroşəbəkələrdə sabitliyin və sinxron iş rejiminin təmin edilməsi. Mikroşəbəkələrdə elektrik nasazlıqlarının aşkarlanması və mühafizə sistemləri. Mikroşəbəkə avadanlıqlarının texniki xidməti və təmiri
12. Mikroşəbəkələrin biznes modelləri və maliyyələşdirilməsi
MühazirəMikroşəbəkə layihələrində mülkiyyət və maliyyələşdirmə formaları. İlkin kapital qoyuluşu və bərpa olunan enerji xidməti şirkəti modelləri. Mikroşəbəkə layihələrinin maliyyə səmərəliliyinin qiymətləndirilməsi
13. Mikroşəbəkələrin iqtisadi səmərəliliyi və tənzimlənməsi. Mikroşəbəkə layihələrinin iqtisadi və maliyyə dayanıqlığı. Mikroşəbəkələrin şəbəkəyə qoşulması üzrə siyasət və texniki tənzimləmə qaydaları
Mühazirə14. Gələcəyin elektrik enerji sistemlərində mikroşəbəkələrin rolu
MühazirəElektrik enerji sistemlərində dekarbonizasiya və rəqəmsallaşdırma. Qarşılıqlı əlaqəli mikroşəbəkələrin qurulması və idarə edilməsi. Mikroşəbəkələrdə enerji səmərəliliyinin və təchizat etibarlılığının artırılması
15. Mikroşəbəkələrdə müasir rəqəmsal texnologiyalar. Enerji mübadiləsində blokçeyn texnologiyalarının tətbiqi. Mikroşəbəkələrin monitorinqi və idarə edilməsində Əşyaların İnternetinin (IoT) rolu
Mühazirə16. Məsələ həlli. Aktiv şəbəkələrin və mikroşəbəkələrin strukturunun təhlili. Əsas komponentlərin müəyyən edilməsi və struktur sxemlərinin qurulması
Məşğələ17. Məsələ həlli. Aktiv şəbəkələrin və mikroşəbəkələrin tətbiq sahələrinin təhlili. Uyğun mikroşəbəkə həllərinin seçilməsi
Məşğələ18. Məsələ həlli. Mikroşəbəkələrin etibarlılıq və enerji səmərəliliyi göstəricilərinin qiymətləndirilməsi
Məşğələ19. Məsələ həlli. Ağıllı elektrik şəbəkələrinin komponentlərinin seçilməsi və uyğunlaşdırılması
Məşğələ20. Məsələ həlli. Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş mikroşəbəkə arxitekturalarının müqayisəsi
Məşğələ21. Məsələ həlli. Dəyişən cərəyan, sabit cərəyan və hibrid mikroşəbəkələrin struktur sxemlərinin qurulması
Məşğələ22. Məsələ həlli. Mikroşəbəkələrin layihələndirilməsi və iqtisadi göstəricilərinin hesablanması
Məşğələ23. Məsələ həlli. Mikroşəbəkələrin şəbəkəyə qoşulmuş və ada rejimlərində işinin təhlili
Məşğələ






