Fənn · Elektrik və elektronika mühəndisliyi.

Ağıllı elektrik şəbəkələri: Aktiv şəbəkələr və mikro şəbəkələrSillabus

MS-03146 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0314
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Auditoriyadankənar saatlar
a) 135 saat - sərbəst iş

Fənn haqqında

Fənn aktiv elektrik şəbəkələri və mikroşəbəkələrin əsas anlayışlarını, strukturunu, növlərini və tətbiq sahələrini, ağıllı şəbəkələrin komponentlərini (yerli generasiya, enerji saxlama, güc elektronikası, mühafizə və monitorinq) öyrədir. Mikroşəbəkələrin layihələndirilməsi, şəbəkəyə qoşulma və ada rejimləri, sabitlik və sinxronluq şərtləri, istismarı və texniki xidməti, biznes modelləri, iqtisadi səmərəliliyi və tənzimlənməsi, eləcə də müasir rəqəmsal texnologiyalar nəzərdən keçirilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Aktiv elektrik şəbəkələri və mikroşəbəkələrin əsas anlayışlarını, strukturunu, növlərini, tətbiq sahələrini və inkişaf xüsusiyyətlərini izah edir.

  2. CLO 2: Ağıllı elektrik şəbəkələrinin əsas komponentlərini, güc elektronikasını, güc çeviricilərini, mühafizə və monitorinq sistemlərini təhlil edir.

  3. CLO 3: Aktiv elektrik şəbəkələrinin və mikroşəbəkələrin konstruksiyasına və enerji texnologiyalarına görə növlərini fərqləndirir, onların üstünlüklərini və çatışmazlıqlarını müqayisə edir.

  4. CLO 4: Mikroşəbəkələrin layihələndirilməsi zamanı texniki, iqtisadi, sosial, hüquqi və tənzimləyici meyarları, eləcə də kapital xərclərini qiymətləndirir.

  5. CLO 5: Mikroşəbəkələrin şəbəkəyə qoşulma və ada rejimlərində iş prinsiplərini, sabitlik və sinxronluq şərtlərini, nasazlıqlardan mühafizə və texniki xidmət məsələlərini təhlil edir.

  6. CLO 6: Mikroşəbəkələrin iqtisadi səmərəliliyini, biznes modellərini və maliyyələşdirmə mexanizmlərini qiymətləndirir, onların idarə edilməsində müasir rəqəmsal texnologiyaların, o cümlədən IoT və blokçeyn texnologiyalarının tətbiq imkanlarını izah edir.

Mövzu planı

Mövzu planı hələ dərc edilməyib.

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir40 balFTN 1-6
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6