Fənn · Elektrik və elektronika mühəndisliyi.

İfrat gərginliklər və izolyasiyanın koordinasiyasıSillabus

MS-03046 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0304
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Auditoriyadankənar saatlar
a) 135 saat - sərbəst iş

Fənn haqqında

Fənn ifrat gərginliklərin yaranma səbəblərini, xarakteristikalarını və təsnifatını, ifrat gərginlik dalğalarının tək və çoxnaqilli sistemlərdə yayılma qanunauyğunluqlarını öyrədir. Hava xətlərinin, yarımstansiyaların və elektrik maşınlarının ildırım mühafizəsi, torpaqlama, mühafizə aparatları və qeyri-xətti ifrat gərginlik məhdudlaşdırıcıları, kommutasiya və ferorezonans ifrat gərginlikləri, izolyasiyanın koordinasiyası və yüksəldilmiş gərginliklə sınaqlar nəzərdən keçirilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problemə əsaslanan təlim
  • layihəyə əsaslanan təlim
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: İfrat gərginliklərin yaranma səbəblərini, ümumi xarakteristikalarını və təsnifatını izah edir, ildırım mənşəli ifrat gərginliklərin elektrik qurğularına təsirini təhlil edir.

  2. CLO 2: İfrat gərginlik dalğalarının elektromaqnit yayılma qanunauyğunluqlarını və çoxnaqilli sistemlərdə dalğa proseslərini təhlil edir, onların elektrik veriliş xətlərində yayılma xüsusiyyətlərini müəyyənləşdirir.

  3. CLO 3: İldırım mühafizə trosları ilə təchiz edilmiş və edilməmiş hava xətlərinin ildırıma davamlılığını qiymətləndirir, elektrik stansiyalarının, yarımstansiyaların və hava xətlərinin ildırımın birbaşa zərbələrindən mühafizə üsullarını izah edir.

  4. CLO 4: Yüksək gərginlikli elektrik qurğularında torpaqlama sistemlərinin və mühafizə aparatlarının təyinatını izah edir, qeyri-xətti ifrat gərginlik məhdudlaşdırıcılarının iş prinsipini və yarımstansiyaların ildırım mühafizəsində tətbiqini əsaslandırır.

  5. CLO 5: Elektrik maşınlarının ildırım mühafizəsini, izolyasiyanın impuls gərginliyinə davamlılığını və daxili ifrat gərginliklərin yaranma səbəblərini təhlil edir, kommutasiya və ferorezonans proseslərinin elektrik avadanlıqlarına təsirini qiymətləndirir.

  6. CLO 6: Elektrik avadanlıqlarının izolyasiyasının ifrat gərginliklərə davamlılığının yoxlanılması məqsədilə yüksəldilmiş gərginliklə sınaqların mahiyyətini və tətbiq xüsusiyyətlərini izah edir.

Mövzu planı

  1. 1.
    Giriş. İfrat gərginliklərin ümumi xarakteristikası. İfrat gərginliklərin təsnifatı. İldırımın atmosfer mənşəli ifrat gərginliklərin mənbəyi kimi roluMühazirə
  2. 2.
    İfrat gərginlik dalğalarının elektromaqnit yayılma qanunauyğunluqlarıMühazirə
  3. 3.
    Çoxnaqilli sistemdə dalğa proseslərMühazirə
  4. 4.
    İldırım mühafizə trosları ilə təchiz edilmiş hava xətlərinin ildırıma davamlılığıMühazirə
  5. 5.
    İldırım mühafizə trosları olmayan hava xətlərinin ildırıma davamlılığıMühazirə
  6. 6.
    Yarımstansiyaların, elektrik stansiyalarının və hava xətlərinin ildırımın birbaşa zərbələrindən mühafizəsiMühazirə
  7. 7.
    Yüksək gərginlikli elektrik qurğularında torpaqlamaMühazirə
  8. 8.
    Mühafizə aparatları və onların xarakteristikalarıMühazirə
  9. 9.
    Qeyri-xətti ifrat gərginlik məhdudlaşdırıcılarıMühazirə
  10. 10.
    Müxtəlif nominal gərginlik siniflərinə aid yarımstansiyaların ildırım mühafizəsiMühazirə
  11. 11.
    Elektrik maşınlarının ildırım mühafizəsiMühazirə

    Yarımstansiya avadanlığının izolyasiyasının impuls gərginliyinə davamlılığının ifrat gərginlik məhdudlaşdırıcılarının (İGM, ОПН) mühafizə xarakteristikaları ilə uzlaşdırılması

  12. 12.
    Daxili ifrat gərginliklərin xarakteristikasıMühazirə
  13. 13.
    Hava xətlərində kommutasiya prosesləri zamanı yaranan ifrat gərginliklərMühazirə
  14. 14.
    Ferorezonans ifrat gərginlikləri. Elektrik veriliş xətlərinin tutum effektindən yaranan ifrat gərginliklərMühazirə
  15. 15.
    İzolyasiyanın yüksəldilmiş gərginliklə sınaqdan keçirilməsiMühazirə
  16. 16.
    Aşırı gərginlik zamanı dalğalanma proseslərinin hesablanmasıMəşğələ
  17. 17.
    Elektrik hava xətlərinin ildırım müqavimətiMəşğələ
  18. 18.
    Yarımstansiyaların, elektrik stansiyalarının və hava elektrik xətlərinin birbaşa ildırım vurmasından mühafizəsiMəşğələ
  19. 19.
    Paylayıcı qurğuların, ildırım çubuqlarının və dayaqların impuls torpaqlama müqavimətinin təyiniMəşğələ

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.40 balFTN 1-6
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6